Qərbdən uzanan “dirijor çubuğu”...
11.09.2024 [10:48]
Rediküllərə Avropadan yeni sifarişlər gəlib
2020-ci ildə Ermənistanın məğlubiyyəti ilə bitmiş II Qarabağ müharibəsi bəzi xarici ermənipərəst dairələrin fərqli adlar altında ölkəmizə qarşı kampaniyalar təşkil etməsini, fərqli spektrlərdən yalan və böhtan fikirlər irəli sürməsini “şərtləndirdi”. Maraqlıdır ki, ötən 4 ildə Azərbaycanın bütün sahələr üzrə apardığı uğurlu siyasət xüsusilə Qərb tərəfindən gözardı edilir - Avropanın “demokratik təsisat” adlanan bəzi qurumları daha da uzağa gedərək ölkəmizdə baş verən hadisələri özünəməxsus donda qiymətləndirir, erməni maraqlarından irəli gələn baxış bucağından dəyərləndirirlər. Təsadüfi deyil ki, 2024-cü ildə ölkəmizdə baş tutan iki seçki prosesi eyni qurumlar tərəfindən böhtana məruz qalır, hədəfə alınır. Sentyabrın 1-də baş tutmuş növbədənkənar parlament seçkiləri ilə bağlı fərqli standartlar üzrə yanaşma sərgiləyən Avropa qurumları əslində Azərbaycanın yaratdığı yeni siyasi reallıqları, geostrateji situasiyanı, ən nəhayət bölgənin separatizmdən xilas edilməsini həzm edə bilmirlər. Nəzərə alsaq ki, cəmisi 2 aydan sonra ölkəmizdə daha böyük və mühüm beynəlxalq tədbir - COP29 baş tutacaq, ermənipərəst dairələrin bütün “güclərini” səfərlər edərək üzərimizə gəlməsi gözləniləndir...
COP29 hədəfdə...
Əslində bu məqam özünü çox gözlətməyib - artıq ermənipərəst maraqların xidmətində dayanan “milli xəyanətkarlar” sifariş əsasında “işlərini görməyə başlayıblar”. Qərbin vaxtilə “vətəndaş cəmiyyəti nümayəndəsi”, “media təmsilçisi” adı altında gizlətməyə çalışdığı bəzi “ocaqların” ifşasından sonra, deyəsən ənənəvi “xidməti personaldan” istifadə qərarı verilib. Bunu, sosial şəbəkələrdə yayılan bəzi məqamlar da təsdiqləyir.
Məsələn, fəaliyyəti qeyri-qanuni olan, heç bir hüquqa söykənməyən “Milli şura”nın, xəyanətkar fəaliyyəti bütünlüklə ortada olan AXCP-nin və bu kimi destruktiv qüvvələrin bir ağızdan eyni tezis üzərindən “danışması” onu göstərir ki, Avropadan uzanan “dirijor çubuğu” yenidən fəaliyyətdədir. Zəifliyini, elektoratının olmamasını gizlətmək üçün iştirak etmədiyi parlament seçkiləri haqda “mülahizələr” yürüdən, Qərbin ermənipərəst kəsiminin direktivlərini birbəbir təkrarlayan rediküllərin əsas hədəfinin seçki olmadığı birinci andaca aşkara çıxır - onlar seçki bəhanəsi üzərindən qarşıdakı COP29-u açıq hədəfə gətirirlər. Sığındıqları ənənəvi və dəyişməyən “pərdə parametrləri” - demokratiya, insan hüquqları və bu kimi Qərbin “yumşaq güc aləti” statusunu almış dəyərləri əllərində yalançı bayrağa çevirərək ölkəmizin bu böyük tədbirə ev sahibliyi etməsinə qarşı kampaniya təşkil edirlər. Əlbəttə ki, bu “hücumlar” da iflasa məhkumdur - necə ki, siyasi möhtəkirlikləri, siyasi xainlikləri aşkara çıxıb, xalq onların əsl kimliyini tanıyır, bu dəfə də həmin şəxslər çirkin niyyətlərinin altında əziləcəklər.
“Mühacir” kod adlı xəyanətkarlar “iş başında”...
Budəfəki kampaniyanı digərlərindən fərqləndirən bir cəhət isə bəzi xaricdə yaşayan “mühacir” statusu “qazanmış” xainlərin də prosesə “cəlb olunmasıdır”. Diqqət yetirsək, xüsusilə Fransada yaşayan belələri son dövrdə “fəallaşdırılıblar”. Bəzilərinin sosial şəbək?də yenidən “zühur etmələri”, xalqın və dövlətin maraqlarına qarşı təbliğat aparan internet kanalların?a “peyda olmaları”, ən əsası isə onların da eyni fikirləri, hətta eyni cümlələri istifadə etmələri göstərir ki, bu şəxslər məqsədli şəkildə “görəvləndiriliblər”. Onlar indidən başlayaraq COP29-a kimi ölkənin imicinə zərbə vurmaq, Azərbaycandakı demokratik mühitə xələl gətirmək, yüksək təminatla qorunan söz azadlığı və insan hüquqları prinsiplərinin “pozulması” kimi yalan və böhtanları dövriyyəyə buraxmaq üçün fəallaşıblar. Əlbəttə ki, bunu həm “mühacirət” etdikləri ölkələrdə lüks həyatı yaşamaq, həm də qeyri-qanuni fəaliyyətlərini davam etdirmək üçün edirlər.
Onların da fəaliyyəti xalqımıza bütünlüklə aydındır - belələrinin pul üçün nələr etdikləri, hətta müharibə dövründə erməniləri dəstəkləmələri, Paşinyanı “demokrat” adlandırmaları, milli dəyərlərimizə qarşı h?rmətsizlik etmələri yaddan çıxmayıb. Həmin şəxslərin budəfəki yalan kampaniyasının da nəticəsi olmayacaq - çünki həm Azərbaycan xalqı, həm də dünya ictimaiyyəti dövlətimizin apardığı uğurlu siyasəti görür və dəstəkləyir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

