Milli xəyanətkarlar nə zamandan ziyalı adlandırılır?
21.11.2012 [17:52]
İbrahimbəyov özünü ciddi-cəhdlə ziyalı adlandırsa da, onun xalqımız qarşısındakı əməlləri həmin şəxsin ziyalılıqdan uzaq olduğunu, əsirinə çevrilmiş korporativ maraqları naminə xalqımıza qarşı yönəlmiş dağıdıcı və xain fəaliyyətə malik olmasını göstərir
Bu, bir həqiqətdir ki, hər bir cəmiyyətdə sosial statusundan asılı olmayaraq fərdlərin fəaliyyəti o zaman səmərəli və sosium üçün faydalı olur ki, o, ictimai əhəmiyyət kəsb etsin və hansısa korporativ maraqlara yox, toplumun ümumi dəyərlərinə və ali mənafeyinə tam cavab versin. Cəmiyyətşünaslıq elminin əsasları sübut edir ki, funksional vahid olan ziyalının da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsi onun ictimai dəyərlərlə və maraqlarla uzlaşmasından asılıdır. Əgər ziyalı adlandırdığımız şəxsin intellektual məhsulu fərdi və ictimai dəyərlərlə uzlaşırsa, eləcə də, innovativ səciyyə daşıyırsa, deməli, cəmiyyətin milli maraqlarına və dəyərlərinə adekvat surətdə cavab verir. Bu isə cəmiyyətdə fərdlərin və institutların fəaliyyətinə yeni istiqamət və təkan verməklə stimulverici xarakter daşıyır.
Lakin təəssüflər olsun ki, bir çox hallarda ziyalı və ziyalılıq statuslarından, bütövlükdə ziyalı adından konkret maraqların təmin olunması üçün vasitə qismində istifadə edilir. Bu sırada bəzi reneqatlar fərqlənirlər. Xüsusilə də cəmiyyətdə təşəkkül tapmış norma və dəyərlərə uyğun olmayan fəaliyyət mexanizminə malik olan şəxslər bu və ya digər vasitələrdən özlərinin korporativ maraqlarını təmin etmək üçün yararlanırlar. Təəssüf ki, xalqımızın da bu cür nümayəndələri var və onlar öz antimilli fəaliyyətləri ilə xalqımızın, dövlətimizin ali mənafeyinə zidd mövqedə dayanırlar. Belələrindən biri də öz anti-Azərbaycan mövqeyi və xalqımıza yönəlik təhqiramiz, dağıdıcı fikirləri ilə fərqlənən Rüstəm İbrahimbəyovdur.
...İbrahimbəyov özünü ciddi-cəhdlə ziyalı adlandırsa da, onun xalqımız qarşısındakı əməlləri həmin şəxsin ziyalılıqdan uzaq olduğunu, əsirinə çevrilmiş korporativ maraqları naminə xalqımıza qarşı yönəlmiş dağıdıcı və xain fəaliyyətə malik olmasını göstərir. Qeyd etdiyimiz kimi, bir şəxsin ziyalı kimi dəyərləndirilməsinə əsas verən başlıca meyarlardan biri həmin şəxsin öz fəaliyyətini xalqının, dövlətinin mənafeyi üzərində qurması, öz əməlləri və mövqeyi ilə milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə xidmət etməsidir. Beləliklə, bütün bunları nəzərə alaraq hansı əsasla “biz bir-birimizi qıracağıq” deyən və xalqımıza fəlakətlər arzulayan bir şəxs - İbrahimbəyov ziyalı adlandırıla bilər? Məgər 1990-cı illərdə çox sevdiyi ermənilərin Bakını tərk etməsindən və onların yerinə qaçqın və məcburi köçkünlərin Bakıya gəlməsindən kədərlənən və buna görə də, “Pravda” qəzetində göz yaşları axıdan İbrahimbəyovun özünü ziyalı adlandırması ziyalı adına və ziyalılığa ləkə deyilmi?
Bundan öncə də qeyd etdiyimiz kimi, 2008-ci ildə azərbaycanlı kinorejissorun rus mətbuatına verdiyi erməni həsrətli müsahibə əvvəllər azərbaycanlılarda təəccüb doğursa da, zaman keçdikcə bu təəccüb öz yerini qınağa və haqlı nifrətə verdi. Çünki onun müsahibədəki fikirlərini şərtləndirən yeni faktların aşkarlanması ortada “əbədi bir erməni sevgisi”nin olduğunu göstərdi. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, Sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir. Bütün bunların fonunda belə bir sual ortaya çıxır ki, özünü ziyalı adlandıran şəxsin xalqımıza, millətimizə qarşı dəfələrlə soyqırımı həyata keçirmiş, torpaqlarımızı işğal etmiş erməni cəlladlarının daşıdığı daşnak ideologiyasının nümayəndələri ilə əl-ələ, qol-qola olması, bunun fonunda isə xalqımızı təhqir etməsi məgər milli xəyanət deyilmi!
Ən əsası, özündən başqa heç kəs tərəfindən ziyalı adlandırılmayan bu şəxs Azərbaycan xalqının iradəsinin təmsilçisi olan, milli maraqlarımızı etibarlı şəkildə müdafiə edən hakimiyyətə yönəlik təhqiramiz ifadələr səsləndirməklə hansı mədəniyyət(sizlik) sahibi olduğunu sübuta yetirir. “Bu hakimiyyət 5 dənə julikdir” deməklə, əslində, küçə mədəniyyəti və əxlaqına sahib olduğunu nümayiş etdirən İbrahimbəyova sual olunur ki, məgər bu cür qeyri-etik və səviyyəsiz ifadələr işlədən bir şəxsi hansı məntiq və əsasla ziyalı adlandırmaq olar?
Qeyd etmək lazımdır ki, özünü ziyalılardan adlandıran bir şəxsin başqalarının üzərinə qərəzli şəkildə hücum etməmişdən öncə mövqeyi, fikirləri və fəaliyyətinə nəzər yetirməməsi təəssüfverici və acınacaqlı məqamdır. Belə olan təqdirdə qeyd edilməlidir ki, mətbuat səhifələrində ayrı-ayrı şəxslərin üzərinə hücum edən və “məmurlar mənim üçün heç nədir” deyən bu şəxsin özü kimdir? Öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, milli maraqları ayaqlar altına atmış, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bu adam, doğrudanmı, ictimaiyyət tərəfindən qəbul olunduğunu düşünür? Əlbəttə ki, daşnak Roman Balayanın yaxın dostunun nəinki Azərbaycan məmurlarına, eyni zamanda, bütün Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48

