Sahibə Qafarova: Heç bir ölkə gender stereotiplərindən azad olmur
07.11.2012 [02:58]
İstanbulda Avropa Şurası və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə Qadınların siyasi və sosial-iqtisadi həyatda təmsilçiliyinin artırılmasına həsr olunmuş konfrans keçirilir
“İnsan hüquqlarının, o cümlədən, qadınların hüquqlarının möhkəmləndirilməsi, onların ictimai həyatda fəallığının artırılması istiqamətində atılan addımların daha effektiv nəticələr verməsi üçün kütləvi informasiya vasitələrinin imkanlarından yararlanmaq çox vacibdir”. Bu fikirləri dünən İstanbulda Avropa Şurası və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə qadınların siyasi və sosial-iqtisadi həyatda təmsilçiliyinin artırılmasına həsr olunmuş konfransda Azərbaycan parlamentinin deputatı, AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, xüsusilə, ictimai rəyin formalaşmasında medianın rolu olduqca əhəmiyyətlidir. Avropa Şurası Parlament Assambleyası da qadınların hüquq və imkanlarının genişləndirilməsində KİV-in əhəmiyyətli rolunu qəbul edir: “Böyük Britaniyada qadın jurnalistlər təşkilatının apardığı araşdırmaların nəticələri göstərdi ki, manşet səhifələrdə yayımlanan məqalələrin 78 faizi kişilər tərəfindən yazılıb. Bununla yanaşı, digər səhifələrdə verilən və adı çəkilənlərin də 84 faizi məhz kişilərdir. Bu, onu sübut edir ki, heç bir ölkə gender stereotiplərindən və KİV-də qadınların ayrı-seçkiliyindən azad olmur”.
KİV-in demokratiyanın əsaslarından biri olduğunu söyləyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, KİV insan ləyaqətinə hörmət, ayrı-seçkiliyə qarşı mübarizədə və gender bərabərliyinin təminatına görə xüsusi məsuliyyət daşıyır: “KİV gender ayrı-seçkiliyinə qarşı mübarizədə və insanların düşüncəsinə təsir etmək üçün geniş imkanlara malikdir. Ona görə də, medianın gücündən doğru şəkildə və effektiv istifadə etmək lazımdır. Avropa KİV-i bu mənada müəyyən proqressə nail olub. Lakin bununla belə, dəyişikliklər çox yavaş baş verir və araşdırmaların nəticələrindən də göründüyü kimi vəziyyət hələ idealdan çox geridədir. Hələ çox şeyi etmək lazımdır”.
Bir sıra ölkələrdə qadınların hüquqlarının məhdudlaşdırıldığını və kobud şəkildə pozulduğunu söyləyən AŞPA Alt komitəsinin sədri dünya üzrə qadınların üzləşdiyi əsas problemlər haqqında da ətraflı məlumat verib.
Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları barədə danışan Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə qadınlara öz istedad və bacarıqlarını nümayiş etdirmək, idarəçilikdə və ictimai həyatda fəal iştirak etmək üçün hər cür şərait yaradılıb. O, bu sahədə görülən praktik işlərlə bağlı ətraflı danışıb.
Qeyd edək ki, sözügedən konfrans noyabrın 4-də başlayıb. Gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılır. Mədəniyyət və incəsənət sahələrində, eləcə də, KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılır. Dünənki paneldə AŞPA təmsilçisi kimi çıxış edən Sahibə Qafarova iclasın yekun nitqini də söyləyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

