MSK treninqlərə başlayıb
05.08.2024 [11:18]
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə davam edir.
AZƏRTAC xəbər verir ki, Komissiyanın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib. MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır.
Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər MSK-nın maarifləndirmə proqramına əsasən ikimərhələli formatda keçiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.
Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.
Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar.
Treninq layihəsi, ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

