İranın yeni prezidenti - Məsud Pezeşkian...
09.07.2024 [10:36]
Azərbaycan əsilli cərrah ikinci turda səslərin yarıdan çoxunu qazandı
İran İslam Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian qələbə qazandı. İranın Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami bildirib ki, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, İranın yeni prezidenti Pezeşkiyan 16,384 milyon səs toplayıb. Bu isə səslərin 53,6 faizi deməkdir. Digər namizəd, İran ali dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 13,538 milyon - 44,3 faiz səs toplayaraq ikinci turda da ikinci olub. Prezident seçkilərində seçici fəallığı isə 49,8 faiz təşkil edib. Qeyd edək ki, İran prezidenti ali dini rəhbərdən sonra dövlətin başçısı sayılır. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni prezidentdən asılı olacaq.
Azərbaycan Prezidenti təbrik etdi...
Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb. Məktubda Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk: “Ötən onilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir. Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir. Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq. İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Məsud Pezeşkianı təbrik edib. İRNA-nın yaydığı məlumatda bildirib ki, Ərdoğan Pezeşkianı 14-cü İran Prezidenti seçilməsi münasibətilə təbrik edib, bu böyük məsuliyyətli işdə uğurlar arzulayıb. “Ümid edirəm ki, seçkilərin nəticələri dost və qardaş İran xalqı üçün xeyir və bərəkət mənbəyi olacaq”. İnanıram ki, prezidentliyiniz dövründə ölkələrimiz arasında əməkdaşlıq daha da güclənəcək. Bu mənada sizinlə əməkdaşlıq etməkdən məmnun olduğumu bildirmək istərdim. Sizə cansağlığı və xoşbəxtlik, dost və qardaş İran xalqına rifah və xoşbəxtlik arzulayıram”, - deyə təbrikdə qeyd olunub.
Xamenei çağırış etdi, Pezeşkian sələfləri ilə görüşdü...
Qeyd edək ki, artıq İran İslam Respublikası Konstitusiyasının Nəzarət Şurası da prezident seçkisinin nəticələrini təsdiqləyib. Bu barədə şuranın nümayəndəsi Hadi Təhanə Nəzif məlumat verib. Bildirilib ki, ikinci turda iştirak edən digər namizəd şikayət etməyib. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə İranın yeni prezidenti Məsud Pezeşkianı sələfi İbrahim Rəisinin kursunu davam etdirməyə çağırıb. Telegram kanallarının yaydığı məlumata görə, dini lider qeyd edib ki, əvvəlki kursun davam etdirilməsi İran xalqının firavanlığına və ölkənin uğurlarına gətirib çıxaracaq.
Məsud Pezeşkian isə dövlət başçısı seçiləndən həmən sonra İranın sabiq prezidenti Seyid Məhəmməd Xatəmi ilə görüşüb. Keçmiş prezident Pezeşkiana müvəffəqiyyət arzulayıb. Məsud Pezeşkianın keçmiş prezident Həsən Ruhani ilə də görüşdüyü bildirilir. Xatırladaq ki, seçki kampaniyası dövründə hər iki keçmiş prezident Pezeşkianı dəstəklədikləri ilə bağlı bəyanat vermişdilər.
Vaşinqtondan seçki açıqlaması...
İranda keçirilən prezident seçkiləri ABŞ-da da diqqətlə və maraqla izlənib. ABŞ Dövlət Departamentinin seçkinin nəticələri ilə bağlı rəsmi məlumatında bildirilib ki, prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək. Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı “dəyişməmiş” olaraq qalır. “Bununla birlikdə biz Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”, - deyə, vurğulanıb.
ABŞ hakimiyyəti İrandakı seçkilərin azad və ədalətli keçirilmədiyi barədə mövqeyini təkrarlayıb. “Biz bu seçkinin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya vətəndaşların insan hüquqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”, - deyə bildirilib.
Səhiyyə naziri, vitse-spiker...
Xatırladaq ki, milliyyətcə əslən azərbaycanlı olan Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da İranın Mehabad şəhərində anadan olub. Tibb üzrə təhsil alan Pezeşkian Təbriz Tibb Elmləri Universitetinə 5 il rəhbərlik edib. İranın Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə ixtisaslaşıb.
Məsud Pezeşkian 1997-ci ildə Məhəmməd Hatəminin prezidentliyi zamanı səhiyyə nazirinin müavini vəzifəsini tutub. 2001-ci ildə nazir təyin edilib və bu vəzifəni 4 il icra edib. Daha sonra İran parlamentinə üzv seçilən Pezeşkian 2016-2020-ci illərdə o zamankı prezident Həsən Ruhani ilə əlaqəli fraksiyanı təmsil edərək parlamentin birinci vitse-spikeri vəzifəsinə seçilib.
İlk dəfə 2013-cü ildə İranda keçirilən seçkilərdə iştirak etmək arzusunu açıqlasa da, digər namizəd Əli Əkbər Haşimi Rəfsəncaninin xeyrinə öz namizədliyini geri götürüb. 2021-ci ildə prezidentliyə namizədliyini irəli sürən Pezeşkiyanın iddiası Konstitusiyanın Mühafizəçiləri Şurası tərəfindən qəbul edilməmişdi...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

