“Ədalətsizlik” düsturu, yaxud ziddiyyətlərin kəsişməsi
03.07.2024 [10:46]
ABŞ NATO-nun güclü müttəfiqi olaraq qalacaqmı?
N.BAYRAMLI
İyul ayında ABŞ-da keçiriləcək NATO sammitində Alyansın müdafiə sahəsində gələcəyə yönəlmiş mühüm qərarlar qəbul edəcəyi gözlənilir. Sammit ərəfəsində NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Yaponiyanın “Yomiuri” qəzetinə verdiyi müsahibəsində Alyansın fəaliyyəti ilə bağlı bir sıra maraqlı fikirlər səsləndirib. O bildirib ki, NATO Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya da daxil olmaqla Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə davam edəcək. Müsahibin sözlərinə görə, söhbət silahlara nəzarət, texnologiyanın inkişafı, kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsindən gedir. NATO-nun Tokioda ofisinin açılması perspektivlərindən danışan Baş katib Şimali Atlantika Alyansının iyulda keçiriləcək sammitində bununla bağlı qərarın verilməyəcəyini bildirib.
Stoltenberq qeyd edib ki, NATO hazırda nüvə doktrinasına yenidən baxmağa ehtiyac görmür. Çünki hazırda Alyans üçün ciddi təhlükə yoxdur. Buna görə də NATO nüvə strategiyasına yenidən baxmaq niyyətində deyil: “Nüvə silahlanmasının qarşısının alınması üçün istifadə edilən Birləşmiş Ştatların F-16 qırıcılarının F-35-lər ilə əvəzlənməsi prosesi də davam edəcək”.
Yeri gəlmişkən, hazırda ABŞ-NATO münasibətləri ilə bağlı ziddiyyətli məqamlar var. Çünki Donald Tramp bəyan edib ki, prezident seçiləcəyi təqdirdə ABŞ NATO-dan çıxa bilər. O, fikrini Alyansın saxlanılmasında Birləşmiş Ştatların daha çox vəsait xərcləməsi ilə əsaslandıırb. Lakin Stoltenberq müsahibəsində NATO-ABŞ münasibətlərindən danışarkən qeyd edib ki, ABŞ Ukraynaya güclü ikitərəfli dəstək verir: “Kimin prezident seçilməsindən asılı olmayaraq, Birləşmiş Ştatlar NATO-nun güclü müttəfiqi olaraq qalacaq”.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton demişdi ki, Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxması məsələsini gündəmə gətirəcək. Belə bir bəyanatla ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da çıxış etmişdi. Fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı xanım Klinton xəbərdarlıq etmişdi ki, keçmiş prezident Donald Tramp Ağ Evdə ikinci müddətə seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq: “2016-cı ildə insanlar onu ciddi qəbul etmədilər. İndi o, bizə nə edəcəyini söyləyir. İmkan verilsə, avtoritar lider olmaq üçün əlindən gələni edəcək. Tramp bizi NATO-dan çıxaracaq”.
Bəs bu iddialar hardan qaynaqlanır? Bunun əsas səbəbkarı elə Trampın özüdür. Belə ki, Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə müdafiə xərcləri hədəflərinə çata bilməyən NATO üzvlərini dəstəkləməyəcəyi barədə fikrini bir neçə dəfə təkrarlayıb. Tramp hesab edir ki, NATO üzvü olan ölkələr alyansa üzvlük haqlarını ödəməlidirlər. D.Tramp ABŞ-ın NATO-ya başqa üzv ölkələrdən xeyli çox vəsait xərclədiyini və bunun “ədalətsizlik” olduğunu dilə gətirmişdi.
Hələ prezidentliyi dövründə də Tramp NATO-nu tərk etmək fikrinə düşübmüş. 2019-cu ilin yanvarında “The New York Times” qəzeti Ağ Evdəki mənbələrinə istinadən yazmışdı ki, 2018-ci ildə dövlət başçısı Tramp şəxsi söhbətlər zamanı bir neçə dəfə belə bir istəyinin olduğunu bildirib. Prezidentliyi dövründə D.Tramp hətta NATO-nun adının dəyişdirilməsi təklifi ilə də çıxış etmişdi. O, bunu 2020-ci ilin yanvarında NATO-nun Baş katibi Yens Stoltenberqə telefon danışığında təklif etmişdi. Ağ Evin o vaxtkı rəhbəri bildirib ki, NATO Yaxın Şərqdə qoşunlarını yerləşdirməlidir. Əks halda bu yük ABŞ-ın üzərində qalıb. Buna görə də, Tramp hərbi alyansın adının NATOME-yə (NATO və Yaxın Şərq (Middle East)) dəyişdirilməsini təklif edib. Xarici medianın yazdığına görə, ABŞ prezidentinin bu təklifi isə Yens Stoltenberqi həyəcanlandırıb.
Ümumiyyətlə, Tramp dəfələrlə bəyan edib ki, müttəfiqlər maliyyə öhdəliklərini yerinə yetirməsə və Rusiya üzv ölkələrə hücum edərsə, ABŞ onları dəstəkləməyəcək. Trampın məlum çağırışları müttəfiqlər arasında da narahatlığa səbəb olub. Hərçənd, NATO rüsumlara əsaslanan ittifaq deyil, o, tarixin ən böyük hərbi blokudur və keçmiş SSRİ-yə qarşı alternativ alyans kimi yaradılmışdı. Şimali Atlantika Müqaviləsi Təşkilatı rəsmi olaraq sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır. Təşkilat “Vaşinqton” Müqaviləsi əsasında 4 aprel 1949-cu ildə qurulub və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70 faizindən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri isə ÜDM-nin ən azı 2 faizini təşkil etməlidir.
Alyansın Nizamnaməsinin 5-ci bəndində təsbit edilmiş prinsipə əsasən, bir üzvə hücum hamıya hücumdur və kollektiv müdafiə ilə ona cavab verilməlidir. Amma 5-ci bənd indiyə kimi yalnız bir dəfə - ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub. Nəzərə alsaq ki, NATO-nun yaradılması ABŞ-ın çətiri altında baş tutub, o zaman bu ölkənin təşkilatı tərk etməsi o qədər də real görünmür. Lakin təşkilat daxilində gərginliyin, fikir ayrılığının artması istisna deyil. Avropa da yaxşı anlayır ki, ABŞ-ın iştirakı olmasa, qitənin təhlükəsizlik təminatına ciddi təhdidlər yarana bilər. Ona görə də, D.Tramp dövlət başçısı seçilərsə, müttəfiqlər öz maliyyə öhdəliklərini tam yerinə yetirməyə çalışacaqlar. Beləliklə, Tramp NATO-nu dağıtmaqdan çox, onu “formatlamaq” yolunu tutmağa çalışır. Bu amil alyans üzərində ABŞ-ın hegemonluğunu daha da artıracaq.
Bütün hallarda, davam edən ziddiyyətlər NATO-nu daxildən silkələyir və zəiflədir. Mövcud vəziyyəti müsbətə doğru dəyişmək üçün Alyansın yeni Baş katibi Mark Ruttenin üzərinə böyük məsuliyyət düşəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05

