Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Armenin “əsirləri”...

Armenin “əsirləri”...

28.06.2024 [10:30]

Cinayətkarlar cəzasını çəkməlidir!

Ötən ilin dekabrından başlayan yeni ikitərəfli təmaslar Ermənistan ilə Azərbaycan arasında sülh prosesini yeni bir məcraya yönəldib. Belə ki, məhz ikitərəfli təmasların nəticəsi olaraq bəzi ərazilərdə delimitasiya ilə bağlı işlər aparılıb, hətta sülhün yaxın vaxtda imzalanma perspektivindən bəhs açılıb. Bununla belə, sülh açıqlamaları ilə yanaşı, Ermənistanın bəzi qeyri-müəyyən addımları və bəyanatları da diqqəti cəlb edir. Məsələn, sülh prosesinə sadiq olduğunu iddia edən İrəvan aktiv silahlanma prosesi aparır, eyni zamanda, sülh prosesinə mənfi təsir göstərəcək iddialar irəli sürür. Sülhün isə şərtləri bəllidir - hələ 2022-ci ildə Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərini irəli sürmüşdü. Davam edən proses də məhz bu şərtlər daxilində aparılır - orada Ermənistanın Azərbaycan torpaqlarına əsassız iddiadan əl çəkməsi (Konstitusiya dəyişikliyi), kommunikasiyaların açılması, qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və digər məsələlər yer alır.  

Qriqoryanın absurd “arzuları”...

Qeyd edildiyi kimi, Ermənistan sülh prosesini uzatmaq, məsələni daha fərqli istiqamətlərə yönəltmək üçün min bir fərqli bəhanəyə əl atır. Səsləndirilən “bəyanatlar” isə absurd olması ilə yanaşı, benəlxalq hüquqla da ziddiyyət təşkil edir. Məsələn, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, İrəvanla Bakı arasında sülhün tam olmasından çıxış etsək, bunun üçün bütün məhbusların qaytarılmasını təmin etmək lazımdır: “Azərbaycandan erməni əsirlərin qaytarılması Ermənistan hakimiyyəti üçün prioritet olaraq qalır”.

O qeyd edib ki, məhbusların qaytarılması məsələsi Azərbaycan tərəfi və beynəlxalq tərəfdaşlarla daim müzakirə olunur və bu istiqamətdə fəal iş aparılır. Qriqoryana görə, bu məsələni sülh müqaviləsinin imzalanması ilə əlaqələndirmək düzgün deyil, çünki erməni tərəfi hesab edir ki, məhbuslar tez bir zamanda qaytarılmalıdır. O qeyd edib ki, ölkələr arasında sülh hərtərəfli olmalıdır və məhbusların qaytarılması bu prosesin tərkib hissəsidir.

Xatırladaq ki, Qriqoryanın ağızdolusu “əsir” adlandırdığı məhbuslar Azərbaycan qanunlarını pozmuş, Qarabağda vaxtilə mövcud olan qondarma separatçı xuntanın üzvləridir - rejimin “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan hazırda DTX İstintaq təcridxanasında saxlanılırlar. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Parisin separatizm sevgisi...

Qriqoryanın “əsir” dedikdə bu şəxsləri nəzərdə tutması şübhəsizdir - çünki Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar əsasında hərbi əsirlər qarşılıqlı şəkildə azad ediliblər. Sözügedən şəxslər isə vurğulandığı kimi dövlətə qarşı cinayətdə ittiham olunan şəxslər, cinayətkarlardır. Əslində, Qriqoryan bu şəxslərin törətdikləri cinayətlərin miqyasından xəbərdardır. Bu mənada, onun cinayətkarları azad etmək kimi bir “fikir” səsləndirməsi olduqca absurddur. Adıçəkilən bu şəxslərin hər bir onlarla, bəlkə də yüzlərlə şəxsin qətlində iştirakçıdır, 30 ilə yaxın davam edən işğalda günahkardırlar. Axı, dünyanın heç bir nöqtəsində qatilə, cinayətkara və ya separatçıya azadlıq tələb etmək kimi bir “presedent” yoxdur - Qriqoryan hansı haqqla belə bir “fikir” irəli sürür. 

Görünən budur ki, Ermənistanı yenidən revanşizmə sürükləyən Fransa növbəti dəfə özünün çirkin oyununu oynamaq və rəsmi İrəvandan da alət kimi istifadə etmək niyyətindədir. Çünki məhz rəsmi Paris zaman-zaman bu cinayətkarların müdafiəsi, onların azad edilməsi kimi fikirlərlə yadda qalıb - hətta Avropanın bəzi “benəlxalq” statuslu təsisatlarını da bu istiqamətdə bəyanatlar verməyə “məcbur ediblər”. Görünən budur ki, Ermənistana verilən silahların əvəzində Parisin İrəvandan istəklərindən biri də məhz özünün əlaltılarını - separatçı rejim rəhbərlərini azad etmək olub.

Azərbaycanın iradəsinə təsir göstərmək mümkün deyil

Amma Azərbaycan dövləti hər zaman bəyan edib və göstərib ki, bizim iradəmizə kimsə təsir göstərə bilməz. Yürütdüyü dövlət siyasətində hər zaman humanizmi əsas prioritet kimi məyyənləşdirən Azərbaycanda qanunun aliliyinin təmin edilməsi bütün halların fövqündədir - Azərbaycan hüquqi dövlət olaraq öz sərhədləri daxilində separatizmin yayılmasına rəvac vermiş, fərqli cinayətlərdə ittiham olunan şəxslərin qanun qarşısında mühakiməsinə nail olub. Hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən və bütün addımlarında bu kimi bəşəri dəyərlərə istinad edən ölkəmiz üçün ittiham olunan şəxslərin kimliyi, adı, soyadı və ya milli mənsubiyyəti fərq etmir - bizim üçün qanunların çərçivəsində aparılan mühakimə əsasdır. Qriqoryanın dili ilə bu çağırışı “səsləndirənlər” isə Azərbaycan üçün heç bir təsir yarada bilməz - Azərbaycanın davranışları yalnız və yalnız milli maraqlara əsaslanır...

PƏRVİZ

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31