Makron Yeni Kaledoniyada uduzdu
14.06.2024 [11:00]
MÜBARİZ
Yelisey Sarayının prezidenti Emmanuel Makron dönəmində həyata keçirdiyi uğursuz siyasət bu ölkə üçün kədərli nəticələrini verməkdədir. Bu günlərdə Avropa Parlamentinə seçkilərdə acınacaqlı məğlubiyyət E.Makronun siyasi komandası üçün biabırçılıqdır və soyuq duş effektinə bərabərdir. Ancaq bu, rəsmi Parisin başını aşağı, Makronun dilini gödək edəcək yeganə fakt deyil. Fransa prezidenti, həmçinin daha bir ünvanda acınacaqlı məğlubiyyətə uğradığını etiraf etmək məcburiyyətində qalıb. Söhbət onun Yeni Kaledoniyada “seçki islahatları”nın dayandırıldığını açıqlamasından gedir. Bu barədə “Reuters” məlumat yayıb. “Yeni Kaledoniyada seçicilərlə bağlı konstitusiya layihəsi dayandırılıb”, - deyə Makron bildirib.
Fransa prezidentinin Yeni Kaledoniyada “islahatları” dayandırmasını publik şəkildə bəyan etməsi məcburi qaydada atılan bir addımdır. Bu ölkədə Makronun islahat fiaskosunu şərtləndirən iki mühüm amili qeyd edə bilərik.
Yerli kanak xalqının dönməz, qətiyyətli mübarizəsi
Xatırladaq ki, 2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Yelisey Sarayı bütün digər müstəmləkələrində olduğu kimi, Yeni Kaledoniyada da son dərəcə mürtəce müstəmləkəçilik siyasəti həyata keçirir. Adanın bütün sərvətləri Fransa tərəfindən vəhşicəsinə talanır. Təbii ki, belə vəziyyət ada ölkəsinin aborigen sakinlərində ciddi narazılıqlar yaradır. Onlar Fransanın müstəmləkə əsarətindən qurtulmaq, öz talelərinin və sərvətlərinin sahibi olmaq naminə ardıcıl mübarizə aparırlar və indiyədək müəyyən uğurlar da qazanıblar. Yelisey Sarayı yerli əhalinin proseslərə təsir imkanlarını azaltmağın ən optimal yolunu burada gəlmələrin sayını artırmaqda və hüquqlarını genişləndirməkdə görür. İndiyədək Fransanın mərkəzi hakimiyyəti buraya çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. Bu dəfə söhbət gəlmələrin seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur.
Yelisey Sarayının siyasi gedişinin məkrli niyyət güddüyünü yaxşı anlayan kanak xalqı “islahatlar”ın gündəmə gəldiyi ilk vaxtlardan ayağa qalxaraq sərt etirazlarını bildirir. Ölkədə həyat iflic olub. Mərkəzi hakimiyyətin ölkəyə əlavə hərbi kontingent yeritməsi, etirazları yatırmaq üçün ən qəddar vasitələrə əl atması, hətta Makronun özünün Yeni Kaledoniyaya gələrək burada hansısa yol xəritəsini təqdim etməsi də nəticəsiz qaldı - kanak xalqı geri çəkilmədi.
Bakı Təşəbbüs Qrupunun fəallığı və kanak xalqına güclü dəstəyi
Makronun uduzmasını şərtləndirən ikinci mühüm amil Azərbaycanın təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunun fəallığıdır. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Bakıdan Cenevrə, İstanbul və Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Təşkil edilən bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.
Bakı Təşəbbüs Qrupu, həmçinin Yelisey Sarayının bədnam “konstitusiya islahatlarına” qarşı sərt müqavimət göstərən Yeni Kaledoniyaya dəstək verir. Təsisat Yeni Kaledoniya hadisələri ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələrlə bağlı dərin narahatlıq ifadə olunub. Sənəddə vurğulanır ki, hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur. Qurum həmçinin rəsmi Parisin Yeni Kaledoniya ətrafında qurduğu informasiya blokadasını dağıtmaq istiqamətində fəal çalışmalar reallaşdırır. Bakı Təşəbbüs Qrupu tərəfindən hazırlanaraq müxtəlif KİV-ə təqdim olunan foto, video, çap materiallarında “islahatların” gerçək mahiyyəti barədə müxtəlif auditoriyalara müfəssəl məlumatlar çatdırılır. Belə əməli fəaliyyətin nəticəsidir ki, kanak xalqına beynəlxalq səviyyədə dəstək əhəmiyyətli dərəcədə artıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

