Fransanın informasiya blokadasına son!
12.06.2024 [10:20]
Afrikada, dənizaşırı ərazilərdə törətdiyi insanlıq əleyhinə cinayətləri beynəlxalq ictimaiyyətdən gizlətmək Fransanın bugünkü hakimiyyətinin ən eybəcər formada davam etdirdiyi neokolonializm siyasətinin tərkib hissəsidir. Müstəmləkəçiliyin hər hansı bir formada təzahürlərinin qalması XXI əsrin çağırışları ilə qətiyyən bir araya sığmır. Bu, keçmişin qalığıdır və ondan imtina olunmalıdır. Ancaq başqalarına demokratiyadan dərs vermək cəhdlərində bulunan, insan haqlarından, bərabərlikdən, qardaşlıqdan danışan Fransa siyasətindən heç bir vəchlə əl çəkmək istəmir. O cümlədən apardığı ikrah doğuran siyasətin son dərəcə mürtəce mahiyyət daşıdığının fərqində olan Yelisey Sarayı yüz illər boyunca istismar etdiyi, təbii sərvətlərini taladığı ölkələr ətrafında bir növ informasiya blokadası qurub. Ancaq artıq daş yerindən tərpənib. Hazırda müstəmləkə ölkələrinin xalqlarının azadlıq mübarizəsinin yeni bir mərhələsi başlayıb. Həmçinin müstəmləkə ölkələri Yelisey Sarayının qurduğu informasiya blokadasını yarmaq əzmi nümayiş etdirirlər. Son günlərdə bununla bağlı Bakı Təşəbbüs Qrupundan daha bir təşəbbüs gəlib. Belə ki, Yeni Kaledoniyada informasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı keçirəcək.
Yeni Kaledoniyada nə baş verir?
XX əsrin əvvəllərindən başlayaraq Fransa Yeni Kaledoniyada siyasi mövcudluğunu möhkəmlətməklə yanaşı, burada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar.
Yerli əhalinin fəallığı isə Yelisey Sarayını əsla qane etmir. Paris ada ölkəsinin sərvətlərini sakit şəkildə talamaq üçün planlar qurur. Yeni Kaledoniyada əhalinin milli-etnik tərkibini dəyişmək də bu planların tərkib hissəsidir. Kanakları ayağa qaldıran yeni konstitusiya “islahatları” da məhz bu mürtəce, xəbis niyyətə hədəflənib. İndiyədək Fransanın mərkəzi hakimiyyəti buraya çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. İndi isə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur.
Makron hökuməti Yeni Kaledoniyada konstitusiya “islahatlarının” reallaşmasında israrlı mövqe sərgiləyir. Qeyd edək ki, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. Verilən məlumata görə, müstəqillik tərəfdarı olan aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib. Xatırladaq ki, 1998-ci ildə imzalanmış Numey razılaşmasına əsasən, Yeni Kaledoniya müstəqillik qazanmaq üçün üç referendum keçirməli idi. 2021-ci il dekabrın 12-də kaledoniyalılar sonuncu referendumu keçirdilər. Lakin referendumun nəticəsi “yox” olub və yerli əhali müstəqillik istəyinə çata bilməyib. Ekspertlərin qənaətinə görə, Makron hökumətinin hazırladığı yeni konstitusiya “islahatları” tətbiq edildikdən sonra kanaklar azadlıq istəklərindən bir qədər də uzaq düşəcəklər.
Yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar
Fransa hakimiyyətinin Yeni Kaledoniya ətrafında qurduğu çəpərin dağıdılması yerli əhalinin paytaxtda və digər yaşayış məntəqələrində apardığı mübarizə qədər önəmlidir. Nəhayət, Makron hökumətinin maskaları yırtılmalı və müstəmləkə ölkələrinin həqiqətləri dünyaya yayılmalıdır. İyunun 13-də keçirilməsi nəzərdə tutulan “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrinə və mətbuat konfransına Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış blogerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlər qatılacaqlar.
Konfransın məqsədi Yeni Kaledoniya, o cümlədən Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq və azadlıqlarının pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə etməkdir. Mətbuat konfransında Yeni Kaledoniyadan olan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar. Konfransda 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfransın hibrid formada təşkil olunması nəzərdə tutulub. Tədbir Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48

