Ermənistanda proseslər əks istiqamət alır
25.05.2024 [10:40]
Kilsənin siyasi böhran yaratmaq istəyi ifşa edilir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses ötən ilin dekabrından yeni yön alıb. İki ölkənin müvafiq delimitasiya və demarkasiya komissiyalarının iştirakı ilə keçirilən görüşlər nəticə etibarı ilə bir sıra razılaşmalar üçün münbit zəmin formalaşdırdı - beləliklə, dövlət strukturlarının birgə açıqlamasının, eyni zamanda, bir sıra məsələlərdə razılaşmaların şahidi olduq. Xüsusilə, Qazax rayonu istiqamətində işğal altındakı Azərbaycan kəndlərinin qaytarılması, delimitasiya ilə bağlı ilkin addımların atılması gələcək üçün də bir sıra mühüm ümidlər formalaşdırır.
Təbii ki, bu razılaşmaların əldə edilməsi, qarşılıqlı anlaşma mühitinin formalaşdırılması, ən əsası sülhlə bağlı ümidlərin yaranması bölgədə destruktiv maraqları olan bəzi xarici güclərin “hesabları” ilə uyğun gəlmir. Nəticə etibarı ilə illərlə Ermənistanı qeyri-konstruktiv mövqe sərgiləməyə “həvəsləndirən” Fransa kimi ölkələr hazırki şəraitdən narahatlıq keçirir - yeni mərhələdə ikili təmasların uğurla nəticələnməsi Fransanın bölgədə Ermənistan üzərindən “yürütməyə çalışdığı” bütün siyasi addımları bloklayacaq. Beləliklə də, Cənubi Qafqazda yeni inkişaf perspektivləri formalaşacaq. Bunun qarşısını almaq üçün isə xarici maraqların təsiri altında olan siyasi qüvvələr yenidən qızışdırılır, onların əli ilə ölkədə siyasi böhran, hətta qarşıdurmalar yaradılmasına çalışılır.
Müxalifətin destruktiv fəaliyyəti...
Təsadüfi deyil ki, bu fakt elə erməni parlamentarilər tərəfindən də təsdiqlənir. Məsələn, mayın 23-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, bəzi müxalifət deputatlarının açıqlamaları sərhəddə yeni eskalasiya riskləri yaradır. Onun sözlərinə görə, söhbət Seyran Ohanyan, Qarnik Danielyan və Hayk Mamicanyandan gedir. Onlar delimitasiya və demarkasiya prosesini yanlış və vaxtından əvvəl hesab edərək onu aktiv şəkildə tənqid edirlər.
“Bu, Ermənistan üçün ciddi eskalasiya riskləri yaradır. Nə baş verə bilər? Bunu özünüz də bilirsiniz”, - deyə Ovannisyan qeyd edib.
Ermənistan parlamentinin sədri də müxalifət deputatları ilə bağlı narazılıqlarını səsləndirib. Alen Simonyan Ermənistanda yerli müxalifətin niyə qanunların az qala 90 faizinin baxılmasında iştirak etmədiyi və vaxtaşırı parlamentdə hökumət saatını boykot etməsini belə şərh edib: “Müxalifət parlamentin əksər iclaslarında iştirak etmir, daimi komissiyaların sədr və müavinləri vəzifələrinə namizədlər irəli sürmür, bu komissiyalarda fəaliyyət göstərmir. Amma parlamentə gəlir, qeydiyyatdan keçir və qanunlara səs verir, əleyhinə çıxırlar və ya bitərəf qalırlar. Təxmin edin niyə? Cavab sadədir: çünki parlamentdə bir iclasda iştirak etmədiyin halda, maaşdan 24 min dram tutulur. Bu, həqiqətən də mövcud olmayan müxalifətin ən yaxşı nümunəsidir”.
Kilsə oğurluqla məşğuldur...
Hazırda daha çox diqqəti cəlb edən “cinah” isə Erməni Apostol Kilsəsidir. Baqrat Qalstanyanın “başçılığı” ilə başladılan və sülhə qarşı olan “etirazların” arxasında “xarici əl”in olması faktı artıq bəlli fakta çevrilib - xüsusilə, bu etirazlarla bağlı Avropanın, konkret olaraq Fransanın mövqeyi onu deməyə əsas verir ki, Paris bölgədəki qeyri-kosntruktiv planlarından əl çəkməyib. Beləliklə də, hər zaman siyasi oyunların əsasında yer alan, hətta bu oyunların “qurucusu” olan erməni kilsəsi yenidən “aktivləşdirilib”. Bir müddət öncə hətta “siyasi qüvvələri birləşdirmə” funksiyasını üzərinə götürməyə “hazır olduğunu” dilə gətirən kilsə və onun başçısı II Qaregin baş nazir Nikol Paşinyana qarşı ədavətini həm də sərhədlərin delimitasiyası üzərindən manipulyasiya etməyə çalışır. Bu isə onu göstərir ki, erməni kilsəsi hər zaman olduğu kimi terror və təhdid yaratmaq üçün hazır vəziyyətdədir. Kilsənin qarşıdurmaları alovlandırmağa istiqamətlənən kursu isə artıq ifşa olunur - erməni deputatlar açıq şəkildə kilsəni siyasi böhrana yol açmaq üçün çalışdığını deyirlər. Belə ki, “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, Erməni Apostol Kilsəsinin dövlət üçün faydalı ola biləcək istifadəsiz sahələri var, kilsə bununla məşğul olmalı, maliyyə vəsaitlərinin kölgədən çıxarılmasına şərait yaratmalıdır. Ovannisyan kilsəni oğurluqda ittiham edib: “Bizim anlayışımıza görə xristianlıq oğurluq etməmək, korrupsiyada iştirak etməməkdir. Kilsə bu məntiqi rəhbər tutmalı və korrupsiyanın mümkün olduğu bir vəziyyəti yaratmamalıdır”,-deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda artıq proses əks istiqamətdə cərəyan etməyə başlayıb. Kilsə bütün cəhdlərinə, aksiyalarına, çağırışlarına baxmayaraq Paşinyanı devirə bilmədi - bu isə kilsənin böyük və açıq fiaskosu ola bilər. Zaman keçdikcə, əsl reallıqlar cəmiyyətə aşılandıqca isə insanların bu “etirazlara” marağı da azaldı - beləliklə, Ermənistanda aksiyalar da səngidi, keşiş Baqrat Qalstanyanın ətrafında toplaşanlar dağıldılar. İndi isə Paşinyan və tərəfdarları kilsənin iç üzünü cəmiyyətə göstərmək üçün fəal ifşaetmə kampaniyasına başlayıblar.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

