Mübariz Qurbanlı: İran yalnız sözdə Ermənistanın təcavüzünü pisləyir
01.06.2012 [21:53]
- Azərbaycanla İran arasında olan səfir məsələlərini necə qiymətləndirərdiniz?
- Səfirlərin geri çağırılması diplomatik prosedurdur və bir qayda olaraq, belə hərəkətlər dövlətlər arasında qarşılıqlı anlaşılmazlıq yarananda, həmçinin mühüm qərarlar qəbul olunan zaman həyata keçirilir. Sözsüz ki, səfirin çağırılması bir qayda olaraq demarş mahiyyəti daşıyır.
Azərbaycan İranda edilən anti-Azərbaycan çıxışlardan öz narazılığını açıq şəkildə Tehrana bildirdi.
Səfirin geri çağırılması həmçinin İran tərəfinin iki azərbaycanlı şairin saxlanması səbəblərinə dair rəsmi olaraq aydınlıq gətirməməsi ilə bağlıdır. ümumilikdə, İran bu ölkədə aparılan anti-Azərbaycan çıxışları ilə əlaqədar rəsmi bəyanatla çıxış etməlidir.
- Sizcə, Azərbaycan və İran arasında diplomatik gərginlik artacaq, yoxsa əksinə, azalacaq?
- Azərbaycan və İran qonşu ölkələrdir. Ona görə, bu ölkələrin aralarında olan problemləri müzakirə etməsi zəruri hal alır. Azərbaycan tərəfi İranla imzalanan ikitərəfli sənədlərə həmişə diqqətlə yanaşıb. Eyni zamanda, Azərbaycan həmişə bəyan edib ki, öz ərazilərindən İrana qarşı təxribata heç zaman yol verməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev öz tərəfindən dəfələrlə bəyan edib ki, digər ölkələrin öz ərazilərindən İrana qarşı müharibə və ya başqa hərəkətlər üçün istifadə etməsinə yol verməyəcək.
Lakin, bununla yanaşı, Azərbaycan öz tərəfindən həmçinin dəfələrlə bəyan edib ki, İran ərazisində Azərbaycana qarşı həyata keçirilən fəaliyyət yolverilməzdir.
- İranda Yeni Azərbaycan Partiyasının anti-İran kampaniyası təşkil etməsi ilə bağlı səsləndirilən ittihamlar nə ilə əlaqədardır?
- Azərbaycanda heç bir formada İrana qarşı kampaniya aparılmır. Ona görə, İranda Azərbaycana qarşı səsləndirilən bu tipli ittihamlar əsassızdır.
Lakin, bunun əksi İranda baş verir, xüsusilə də, Tehranda, Təbrizdə və Ərdəbildə bir sıra din xadimlərinin təhrikçiliyi sayəsində bir sıra təşkilatların, qrupların nümayəndələrinin iştirakı ilə Azərbaycana qarşı mitinqlər keçirilir.
Və bu mitinqlərdə Azərbaycan hökuməti və xalqına qarşı təhqiredici şüarlar səsləndirilir. Yalnız belə çıxışlardan sonra Azərbaycanın bir qrup gənci İranın Bakıdakı səfirliyi qarşısında piketlər keçirərək İran tərəfindən səsləndirilən anti-Azərbaycan çıxışları pislədilər, həmçinin Azərbaycan-İran dostluğuna xələl gətirə biləcək addımların yolverilməz olduğunu ifadə etdilər. Mən etiraf edirəm ki, Bakıda keçirilən piketlərdə Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər. Lakin, bizim partiya belə aksiyaların təşkilatçısı deyil.
Ona görə, İran KİV-i Bakıda İran səfirliyi qarşsında keçirilən aksiyaları Yeni Azərbaycan Partiyası ilə əlaqələndirməyə çalışmaqla səhvə yol verir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası İranda keçirilən aksiyalar zamanı nümayiş etdirilən hərəkətlərin yolverilməz olduğunu və bütün bunların Azərbaycan-İran münasibətlərinə ziyan vurduğunu hesab edir. Hesab edirik ki, İranda iki ölkə arasındakı münasibətlərin pisləşməsinə çalışanlar, eyni zamanda öz ölkələrinə də ziyan vururlar.
- Əməli olaraq bütün beynəlxalq müşahidəçilər İranın öz anti-Azərbaycan siyasətində dini amillərə söykəndiyini göstərirlər. İran tərəfinin bu təbliğatda uğur əldə etməsi üçün hər-hansı bir “şansı” varmı?
- Azərbaycan dünyəvi ölkədir. Və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövlətin siyasi və ideoloji əsaslarını müəyyən edən zaman ölkədə əsas meyarlar qismində respublika və dünyəvi idarəçilik formasını qurub. Lakin, bildiyiniz kimi, Azərbaycanı özünə müxtəlif inkişaf istiqamətləri seçən dövlətlər əhatə edir. Belə ölkələr sırasında idarəçilik forması digər ölkələrdə olan idarəçilik üsullarından tam fərqlənən İran da var.
Lakin, İranda bəzi dairələr bu ölkədə olan dövlət idarəçilik formasını digər ölkələrdə yaymağa çalışırlar. Bununla yanaşı, belə cəhdlər təkcə Azərbaycana qarşı deyil, ərəb ölkələrinə qarşı da həyata keçirilir. İranın tutduğu bu niyyəti səhv hesab edirəm. çünki hər bir ölkə inkişaf yolunu, dövlət idarəçilik formasını özü müəyyən edir.
ümumilikdə, son zamanlar İranda bəzi dairələr tərəfindən Azərbaycana qarşı aparılan təbliğat və təşviqat Azərbaycan-İran münasibətlərinə xələl gətirdi. İran Azərbaycanın bu və ya digər ölkə ilə əməkdaşlıq etməsindən narazı olduğunu bəyan edir. Lakin, siyasi və mənəvi narazılıq hüququ olan ölkə Azərbaycandır. çünki, İran Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistanı açıq şəkildə dəstəkləyir. Eyni zamanda, İran Ermənistana siyasi, mənəvi və iqtisadi cəhətdən dəstək göstərir. Bundan əlavə, İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını yalnız sözdə pisləyir. Ona görə, hesab edirəm ki, İranın İslam dünyasında aparıcı ölkə qismində çıxış etməyə səy göstərməsi Tehranın gördüyü hərəkətlərlə üst-üstə düşmür. çünki, İslam dünyasında aparıcı ölkə olmaq, özünü İslamın müdafiəçisi və mühafizəçisi kimi göstərməyə çalışan ölkə işğalçı xristian dövlət ilə sıx əməkdaşlıq etməzdi.
- Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi bu təşkilatda İrana qarşı hansı mövqeyi tutur?
- Azərbaycan müstəqil siyasət yürüdür. ümumilikdə, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan tərəfindən aparılan müstəqil siyasətin təmin olunmasına yönəlib. Və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu nüfuzlu beynəlxalq təşkilatda ədalət və sülhü müdafiə edir. ölkəmizin BMT TŞ-də İranla bağlı müzakirə olunan məsələlərdə iştirakı Azərbaycanın anti-İran koalisiyasına daxil olması anlamına gəlmir.
Azərbaycan anti-İran koalisiyasına daxil deyil və belə bir niyyəti yoxdur. Azərbaycan İranla xoşqonşuluq siyasətinin tərəfdarıdır. Lakin, Azərbaycan İran tərəfindən qarşılıqlı münasibət gözləyir. Azərbaycan-İran münasibətlərinin pisləşməsinin əsas səbəbi İrandakı bəzi qruplardır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

