Mövcud potensial Azərbaycanın gələcəkdə daha yüksək inkişafına təminat yaradır
14.03.2012 [00:50]
- Azər müəllim, bu yaxınlarda regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. ümumilikdə, bu proqramların bölgələrin inkişafı prosesində əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Son dövrlərdə əldə olunan sosial-iqtisadi inkişafı əks etdirən rəqəmlər 20 illik müstəqillik tarixi olan bir dövlət üçün olduqca mühüm göstəricilərdir. Ən əsası isə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar, regionların əsaslı inkişafına nail olunması yönündə aparılan işlər, yeni infrastrukturların qurulması, yeni iş yerlərinin açılması Azərbaycan dövlətinin bugünkü inkişaf tablosunun əsas ştrixləridir. Bu mənada iki mərhələdə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək yerinə düşər ki, fevralın 28-də regionlarin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans ölkəmizin əldə etdiyi inkişaf yolunun əyani nümayişinə çevrildi. Möhtərəm Prezidentimiz İlham Əliyev bir daha vurğuladı ki, bu proqramın da əsas istiqaməti bölgələrin inkişafına yönəldilib.
ümumilikdə, ötən dövr ölkəmizin inkişafı üçün uğurlu və xüsusi əhəmiyyətə malik olub. Təkcə 2011-ci ildə Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edib və bu göstərici 10 faizdən çox olub. ölkəmizdə sənayeləşmə yüksək inkişaf tempi əldə edib və möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi bölgələrdə minlərlə yeni müəssisə yaradılıb. Valyuta ehtiyatlarımız 40 milyard dolları keçib. ötən ildə də ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etdirilib, 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilib və təmir edilib, 4 Olimpiya İdman Kompleksi və bir sıra mədəniyyət ocaqları inşa edilib. Bu quruculuq işlərinin hər yerdə, o cümlədən bölgələrdə də görüldüyünü bildirən möhtərəm Prezidentimiz 2011-ci ildə 94 min yeni iş yerinin açıldığını, onlardan 73 mininin daimi iş yerləri olduğunu, 2003-cü ildən bu günə kimi isə 1 milyondan artıq yeni iş yerinin açıldığını, işsizliyin səviyyəsinin aşağı düşərək 5,4 faiz, yoxsulluq səviyyəsinin 7,6 faiz təşkil etdiyini vurğulayıb.
2011-ci ilin ən əsas özəlliyyi isə turizmin inkişafı ilə bağlı olub. Belə ki, 2011-ci il ölkəmizdə “Turizm ili” elan edildi və il ərzində bu sahəyə böyük diqqət göstərildi. Turizm ili çərçivəsində ölkəmizdə ən yüksək səviyyədə turizm infrastrukturları yaradılıb ki, bunun içində Qusar rayonunda yerləşən Şahdağ Turizm Kompleksinin xüsüsi yeri var. Möhtərəm Prezidentimiz İlham Əliyev bu turizm obyektinin 2012-ci ildə istifadəyə veriləcəyini diqqətə çatdırıb: “Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik”.
- Regionların sosial-iqtisadi inkişafı daim ölkə Prezidentinin diqqətindədir. Bu diqqətin nümunəsi olaraq Prezident İlham Əliyev bu yaxınlarda Qusar rayonuna da səfər edib. Qusardan seçilmiş millət vəkili kimi bu səfərlə bağlı fikirlərinizi bilmək maraqlıdır. Dövlət başçısının bu səfəri ilə əlaqədar rayon ictimaiyyətinin təəssüratı necədir?
- Cənab Prezident İlham Əliyevin rayonumuza etdiyi səfər Qusar rayonunun əhalisi tərəfindən sevinclə qarşılanıb. ümumiyyətlə, edilən səfərlər ölkə başçısının rayonumuza olan diqqət və qayğısının sübutudur. Müasir Azərbaycanın inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Regionun lider dövləti olan ölkəmizin inkişaf konsepsiyası dövlət başçısının rəhbərliyi altında uğurla həyata keçirilir. Bu, birmənalı həqiqətdir ki, Prezident İlham Əliyev görülən işlərlə hər zaman şəxsən tanış olur və dəyərli məsləhətlərini, göstərişlərini verir. Bu mənada, möhtərəm Prezidentimizin Qusara fevralın 16-da etdiyi səfər də tarixi xarakter daşıyır. Prezidentimizin səfəri hər zaman olduğu kimi yeni-yeni obyektlərin açılışı, o cümlədən, əhali ilə görüş baxımından böyük əhəmiyyətə malikdir. Hər zaman dövlətçiliyə sadiq, möhtərəm Prezidentimizin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyən Qusar əhalisi bu dəfə də dövlət başçısını olduqca yüksək sevgi və hərarətlə qarşıladı. çünki ölkəmizdə gedən böyük inkişaf və quruculuq işindən Qusar rayonuna da pay düşüb. Məhz Prezidentimizin səfəri zamanı Qusar rayon Mərkəzi Xəstəxanasının açılış mərasimi oldu. 170 çarpayılıq xəstəxana bundan sonra əhalinin xidmətində dayanacaq, sağlamlığın keşiyində duracaq. Qeyd etmək lazımdır ki, bu xəstəxana ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunub. Prezident İlham Əliyevin açılışını etdiyi bu möhtəşəm xəstəxana binası həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Prezident İlham Əliyev Qusarda etdiyi tarixi çıxışında da bildirdi ki, məhz xalqın və dövlətin birgə səyi nəticəsində hər bir layihənin təməli qoyulur, işlər sona çatdırılır.
çox qısa zaman kəsiyində Qusarda gözəl Olimpiya İdman Kompleksi açılıb, 20-yə yaxın məktəb tikilib və təmir edilib. Bütün bunlar möhtərəm Prezidentimizin Qusar rayonuna diqqətinin və qayğısının təzahürüdür. Fevralın 16-da dövlət başçımızın səfəri çərçivəsində Qusarda Şahmat Mərkəzi də istifadəyə verildi. Bəli, 2012-ci ili “İdman ili” elan edən möhtərəm Prezidentimizin gələcək nəslin sağlam ruhda böyüyüb boya-başa çatması, ölkəmizin adının yüksəldilməsi üçün apardığı siyasi kursa uyğun olaraq Qusar rayonunda da gənclərin sağlam ruhda inkişafı üçün mühüm addımlar atılıb.
Qusara səfəri zamanı dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzin də açılışında iştirak edib. Mərkəzdə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər və sənədlər saxlanılır. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzində yerləşən internet mərkəzi ilə də tanış olub. Mərkəzdə iclas zalı və elektron kitabxana, həmçinin 118 yerlik kinozal yaradılıb.
Bəli, göründüyü kimi, Qusar rayonu da özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, gələcək illərdə daha böyük inkişafın şahidi olacağıq.
- Azər müəllim, parlamentin Regional məsələlər komitəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanunlar hazırlayıb və bu qanunlar Milli Məclisdə qəbul edilib. Necə hesab edirsiniz, bələdiyyələrin ölkəmizin inkişafı prosesində rolunu qənaətbəxş saymaq olarmı?
- Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir. Vətəndaşlarımız da bələdiyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmaq olmaz. çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa, hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56

