Bakıdan Xınalığa köçən gənc müəllimin hekayəsi
05.10.2023 [16:46]
Bu gün dünyanın 100-dən çox ölkəsi, eləcə də Azərbaycan müəllimləri peşə bayramını qeyd edir. Həyatlarını xalqın işıqlı gələcəyinə həsr edən, savadlı nəsil yetişdirən, yetirmələrinin uğurları ilə qanadlanan şərəfli peşə sahiblərinin sayı durmadan artır. Sevindirici haldır ki, onların sıralarına yeniləri - gənclər daxil olurlar. Şəhər, kənd, qəsəbə demədən peşə vəzifələrini məsuliyyətlə yerinə yetirirlər. Ən ucqar nöqtələrdən belə onların səsini eşidə bilərsiniz. Belə müəllimlərdən biri də Dilşad müəllimdir. Onun hələ 22 yaşı var. Amma gənc ürəyinə böyük sevgi sığdıra bilib. O sevginin adı müəllim, özü isə Dilşad müəllimdir... Bu şərəfli ada cəmi 1 aydır ki, sahib olub. Buna baxmayaraq, onunla söhbətləşdikcə görürsən ki, önəmli yol qət edib. Dilşad müəllimin bizə deyəcəyi sözləri var...
-İlk növbədə, sizi tanıyaq! Bakıdan Xınalıq kəndinə gəlməyə necə qərara verdiniz?
- Mən, Dilşad Məmmədova, Bakı Dövlət Universitetinin fizika fakültəsinin və SABAH qrupunun məzunuyam. 1 aya yaxındır ki, Xınalıq kənd internat tam orta məktəbində fizika fənnini tədris edirəm. Öz qərarımla Xınalığı seçmişəm. Hətta valideynim, dostlarım, ətrafım məni bu düşüncəmdən dəfələrlə döndərməyə çalışmaq istəmişdilər. “Xınalığı seçmə, oranın şəraiti çətindir, qışı çox sərt keçir, 22 yaşlı gənc xanım kimi sənə çətin gələcək”,- deyə təkid edirdilər. Lakin mən vakansiya seçimində Xınalığı görən kimi mütləq buranı seçməliyəm dedim. Bəlkə də Mingəçevirdə internat məktəbində təhsil almağımın bu məktəbi seçməyimdə böyük təsiri oldu. Qeyd edim ki, internat məktəbində sadəcə valideyn himayəsindən məhrum olmuş uşaqlar yox, evlərindən uzaqda qalan şagirdlər də yataqxanada qala və təhsil ala bilirlər. Nəhayət, seçimimi etdim və buradayam. Həm 7-11-ci siniflərin fizika müəllimi, həm də beşinci sinifin sinif rəhbəriyəm. Sinifimdə 16 nəfər var. Dərslərə maraqla gəlirlər, öyrənməyə çox həvəslidilər. Yaxşı da qiymət alırlar.
- Daha öncə Xınalıqda olmuşdunuz? Necə uyğunlaşırsınız? Ən əsası burada insanlarla necə dil tapırsınız?
- Müəllim kimi fəaliyyətə başlamazdan öncə Xınalıqda heç vaxt olmamışdım. Sadəcə adını və qədim tarixə malik olan bir kənd olduğunu eşitmişdim. Gələndə ilk tanışlığım yolları ilə oldu. Çox təhlükəli yolları var, sıldırım qayalardan keçməli olursan. İlk dəfə nə yalan deyim, çox qorxdum. Bir neçə dəfə sənəd işləri ilə bağlı Bakıdan gedib-gəldikcə yollara öyrəşdim. Artıq gözümə vahiməli görünməməyə başladı. Bir növ, arzularıma çatdırırdı o yollar. Bildiyiniz kimi, xınalıqlıların özünəməxsus dili var. Olduqca çətin dildir. Buna baxmayaraq, bir neçə söz öyrənə bilmişəm (red:gülür).
-Bildiyim qədər, bundan öncə media sahəsində çalışmısınız? Həm işinizi, həm də şəhərinizi dəyişdiniz, ucqar bir kəndə üz tutdunuz... Aktiv sosial həyatınızdan birdən-birə ucqar kənd həyatına keçiddə hansı çətinlikləri yaşadınız?
- Ölkənin bir sıra xəbər saytlarında çalışmışam. “Jurnalistlik yoxsa, müəllimlik edim?” seçimi arasında qalmışdım. Sonda öz peşəmi seçdim. Bakıda olanda düşünürdüm ki, Xınalıqda çox darıxacağam. Axı Bakıda çox aktiv və sosial həyatım vardı. Hər gün tədbirlər, konsertlər, müsahibələr və yeniliklər içərisində günümü keçirirdim. Düzdür, burada o fəaliyyətlər yoxdur. Sadəcə bir neçə muzeyi var. İlk günlərdə necə olacaq deyə narahatlıqlarım vardı. Xınalıq kəndinin camaatını görənə qədər... Sakinləri o qədər qonaqpərvərdilər ki. Gələn gündən özümü burada qətiyyən yad hiss etmədim. İstər şagirdlərim, istər müəllim kollektivi, istərsə də qonşularım çox mehribandılar. Sanki, burada doğulub, boya-başa çatmışam. Burada mən hüzur tapdım. Birdən-birə uzaqlaşmaq mənə yaxşı gəldi. “Kaş indi Bakıda olardım” deyə düşüncəyə qapılmadım. Günlük rutinim belədir: dərsimi keçirəm, şagirdlərimlə dərsdən sonra oturub söhbətləşirik, bol-bol mütaliə edirəm, sabahkı dərslərimə nəzər yetirib erkəndən yatıram. Gün beləcə bitir. Bakıda olanda gec yatıb, gec də oyanardım. Xınalıqda isə səhərin ilk işığıyla oyanıram. Təbiətin gözəlliyinə hər gün bir az daha valeh oluram. Mənzərənin seyrinə dalıb doğru seçim etdiyim üçün özümlə hər dəfə qürur duyuram.
- Harada yaşayırsınız? Sizi evlə təmin ediblər?
- Məktəbə yaxın kirayə ev tutmuşam. Aylıq 100 AZN ödəyirəm. Nazirlik bu məbləği qarşılayır. Ümumiyyətlə, burada kirayə evlərin standart qiyməti 100 manatdır. Ev isə 4 otaqdır. Hazırda anamla yaşayıram. Anam müvəqqəti olaraq buradadır. Mənim şəraitimi yerbəyer etmək üçün gəlib, sonra qayıdacaq. Tək qalmaqdan qorxmuram. Heç bir tərəddüdüm yoxdur. Çünki buradakı insanlara bələdəm, həm də təhlükəsiz mühitdə yaşayıram. 1200-1300 əhalisi var. Burada hamı bir-birini tanıyır. Demək olar ki, hamısı qohumdular. Nəyə ehtiyacın olsa, sənə canla-başla kömək etməyə hazırdılar.
-Yağından, pendirindən, havasından danışardınız bir az da.
- Xınalığın pendiri çox məşhurdur. Bura gələndə tanış olmuşdum. Bir dadlıdır, gəl görəsən. Hər səhər pendiri yuxa arasına qoyub, samovar çayı ilə birgə yeyirəm. Kim belə cənnətdən getmək istəyər ki? Əsasən, maşını olan əhali alış-veriş etmək üçün Qubaya gedir. 2-3 aylıq bazarlıq edib qayıdırlar. Bir də qar əriyənə, yollara açılana qədər kənddən çıxış mümkün olmur. Artıq havalar da sərtləşir. Mən də elə edəcəyəm.
-Sizcə, kəndin hansı ehtiyacları var?
-Yerli əhalidən eşitdiyimə görə, buranın qışı çox sərt keçir. Əsas çətinliyimiz odur ki, burada qaz yoxdur. Ümid edirəm ki, Xınalıqda da qaz olacaq. Buradakı insanların ən böyük arzusu və sevinci qazın çəkilməsidir.
-Sizdən savayı paytaxtdan bura gələn müəllimlər var?
Müəllimlərimiz sırasında əsasən yerlilər üstünlük təşkil edir. Bununla yanaşı, digər şəhər və rayonlardan da üz tutan bir neçə təhsil işçisi var. Eşitdiyim qədərilə, biologiya müəllimi Xınalığa çalışmaq üçün gəlmişdi, sonda ailə qurub burada yaşamağa qərar verdi.
-Siz də subaysınız...
-Bəli, subayam. Amma elə bir fikrim yoxdur (red:gülür). Əsas məqsədim şagirdlərimi öyrətməkdir. Misisyam budur. Məni uzaqdan görüb “Dilşad müəllim” deyə qabağıma qaçırlar. Bax, o an çox sevinirəm. Müqaviləm müddətsiz olduğu üçün daimi qalmağı düşünürəm. Nə vaxtsa düşünürdüm ki, bir il qalıb sonra qayıdaram. Artıq bu fikirlərim tamamilə yox oldu.
-Bu günlərdə “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu xəbəri necə qarşıladınız?
-Bütün əhali olaraq çox sevindik. Mən də burada çalışan gənc müəllim kimi bu xəbərə çox sevindim.
P.S. Müsahibə Dövlət Turizm Agentliyinin “Yeni Azərbaycan” qəzetinin nümayəndəsinin də daxil olduğu jurnalist qrupu üçün təşkil etdiyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur çərçivəsində baş tutub.
Söhbətləşdi: Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

