Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər mühüm əhəmiyyət daşıyır
24.05.2011 [09:14]
Azərbaycanın baş prokuroru Zakir Qaralov respublikada görülən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı müsahibə verib. APA müsahibəni təqdim edir:
- Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə Sovetlər İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başlayıb, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilib. 1993-cü ilin iyun ayının 15-də xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və onun təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizə yeni müstəviyə qaldırılaraq, qabaqlayıcı tədbirlər önə çəkilib. Hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu xəttini son 8 ildə tamamilə yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlanılıb, 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun imzalanıb. Azərbaycanda korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə konvensiyası” da Azərbaycanda qüvvəyə minib. Beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bunların nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı uğurla icra edilib, 28 iyul 2007-ci il tarixli sərəncamla təsdiq edilməklə dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaradıb. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər müsbət dəyərləndirilib.
- Məlumat verildiyi kimi, son ayda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunda mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər hansı zərurətdən irəli gəldi?
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərinə, cari ilin yanvar ayının 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu tərəfindən bu neqativ təzahürlərə qarşı mübarizənin kəsəri daha da artırılıb. Fəaliyyətə başladığı 2004-cü ildən keçən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar bir sıra qanunvericilik və praktiki tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Prezidentinin 11 mart 2011-ci il tarixli fərmanına əsasən, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb, eyni zamanda texniki işçilərin də sayında da əhəmiyyətli dəyişiklik edilib. 18 mart 2011-ci il tarixdə Azərbaycan Milli Məclisi tərəfindən “Əməliyyat axtarış fəaliyyəti haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilib. Azərbaycan Prezidentinin 8 aprel 2011-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək tapşırılıb. Eyni zamanda, dövlət başçısının qeyd olunan və 10 may 2011-ci il tarixli fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək digər məsələlərlə yanaşı, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədilə idarəyə Mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilib. Qarşıda duran vəzifələrin uğurla icrasını təmin etmək məqsədilə edilmiş dəyişikliklər idarənin rəhbər heyətində müavinlərin sayının artırmağa imkan yaradıb. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən, idarədə yeni 4 şöbə yaradılıb, ləğv edilən iki şöbənin bazasında adları qarşıda duran vəzifələrin icrasına adekvat yeni şöbələr təsis edilib, beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatıb.
- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində aparılmış struktur dəyişikliklərinin işin səmərəliliyinə təsiri sizcə, nə dərəcə uğurlu olacaq?
- Qeyd etmək istərdim ki, bu dəyişikliklərin həyata keçirilməsi zamanı beynəlxalq təşkilatlar, o cümlədən Korrupsiyaya Qaşı Dövlətlər Qrupu, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının tövsiyələri nəzərə alınıb, Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçirilən Tvininq layihəsi üzrə qabaqcıl Avropa ölkələrinin ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının təcrübəsi öyrənilib. Hesab edirəm ki, aparılmış dəyişikliklər Korrupsiyaya qarşı mübarizə idarəsində korrupsiya hüquqpozmalarına qarşı daha çevik mexanizm yaradılmasında mühüm stimul rolunu oynayacaq. Struktur dəyişikliklərinin nəticələri haqqında danışmaq tez olsa da, vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir, görülən işlər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prokurorluq orqanlarının əməkdaşları bundan sonra da göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə məsuliyyətlə yanaşmaqla respublikanın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı daha ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
