Böyük Qayıdışa start verildi
04.06.2022 [10:36]
İlk Ağıllı kəndin ilk məktəb direktoru
Nərmin Hüseynova: Məsuliyyətimizi dərk edirik, əlimizdən gələni edəcəyik
Günel ABBAS
Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində Böyük qayıdışa start verildi. Böyük qayıdışın tarixi missiyalarını daşıyanlardan biri də 30 il sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ilk məktəbin direktoru Nərmin Həsənovadır. Ağalı kənd sakini olan Nərmin Həsənova 1986-cı il sentyabr ayının 23-də Sumqayıtda anadan olub. Orta məktəb təhsilini Sumqayıtda alan N.Həsənova Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. Ailəlidir və bu günə qədər Sumqayıt şəhərində yaşayıb...
- Təhsil sahəsindəki fəaliyyətiniz haqda ətraflı məlumat verməyinizi xahiş edirik...
- On ilə yaxındır ki, köçkün məktəblərində olmaqla orta məktəblərdə dərs keçirəm. Sonuncu iş yerim isə Zəngilan rayon 14 nömrəli tam orta məktəbi olub, orada tarix müəllimi işləyirdim.
- Müəllimlik müqəddəsdir, qürur duyulası məqamlar da kifayət qədərdir, siz daha çox hansı cəhəti ilə fərəhlənirsiniz?
- Orta məktəbdə həm ümumi tarixi, həm də Azərbaycan tarixini tədris etmişəm. Ancaq ən çox Azərbaycan tarixini ölkəmizin gələcək fərdlərinə tədris etdiyim üçün fəxr etmişəm. Bu mənim üçün böyük qürurdur.
- Təyinat xəbərini necə qarşıladınız?
- Təhsil şöbəsindən zəng edib Ağalı məktəbinə direktor təyin edildiyim xəbərini verəndə sevincimin həddi-hüdudu yox idi. Elə bu gün də çox həyəcanlıyam. Böyük qürurdur ki, mən doğma torpaqlarımızda belə məsuliyyətli bir vəzifəni icra edəcəyəm. İndi isə ailəmlə birgə böyük həvəslə Ağalıya köçəcəyimiz zamanı gözləyirik.
- Nə vaxtsa Qarabağda çalışacağınızı düşünürdünüzmü?
- Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət məhz bu arzuların reallaşmasına köklənmişdi. Biz də öz növbəmizdə heç şübhəsiz bu torpaqlara qayıdacağımız günə böyük ümid bəsləyirdik. Fürsətdən istifadə edib ölkə başçısına xalqımızın 30 illik xəyallarını gerçəyə çevirdiyi üçün minnətdarlığımı bildirirəm.
- Ağalı kənd orta məktəbi işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən ilk məktəbdir. 30 ildən sonra fəaliyyətə başlayan məktəbdə direktor olmaq şərəfli və məsuliyyətlidir. Nəzərə alsaq ki, burada həyat yenidən başlayır, sizcə, bunun hansı çətinlikləri və məsuliyyəti var?
- Mayın 27-də ölkə başçısı və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşümüz oldu. Çay süfrəsi ətrafında baş tutan səmimi görüşümüz zamanı məni həm təbrik etdilər, həm də bu məsuliyyətlərdən bəhs edildi. Qarşıdakı tapşırıqlar müəyyənləşdirildi. Biz bu gün prosesin çətinliyini və məsuliyyətimizi dərk edirik, qarşımıza qoyulan hər bir məqsədə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Çünki vətən sevgisi bütün çətinliklərdən üstündür.
- İnteqrasiya prosesi və uşaqların yeni məkana adaptasiyası məsələsi necə tənzimlənəcək?
- Bu məsələlər vəziyyətə uyğun olaraq öz həllini tapacaq.
- Uşaqların sinifdən xaric oxusu üçün məktəbdə kitabxana formalaşdırılıbmı?
- Bəli, Ağalı kənd orta məktəbi bütün lazımi avadanlıqlar və ləvazimatla tam təchiz olunub.
- Məktəblilərin forma ilə təminatı necə olacaq?
- Yəqin ki, bütün ümumrespublika məktəbləri üçün tətbiq edilən qayda Ağalı kənd orta məktəbinə də şamil ediləcək.
- Bu məktəbdə sizin rəhbərliyinizlə hansı yeniliklərin tətbiqi gözlənilir?
- Cənab Prezident digər sahələrə olduğu kimi təhsilə də xüsusi diqqət və qayğı göstərir. İşğaldan azad olunmuş ərazilərdə də bu sahələrin müasir zamana uyğun şəkildə inkişafı prioritetdir. Bu mənada demək olar ki, fəaliyyətimiz dövründə bütün yeniliklər tətbiq olunacaq. Ancaq indidən təfərrüatı ilə proqnoz verməyi düzgün hesab etməzdim.
- Ağalı kənd orta məktəbində ilk dərs nə zaman başlayacaq?
- Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq. Yaxın zamanda da köç prosesinə başlanılacaq. Ölkəmiz üçün yeni dönəm olan bu günlər hər kəsə uğurlu olsun.
- Təhsilimizin hazırkı inkişaf dinamikasını necə qiymətləndirirsiniz?
- Bu gün dövlət başçısının apardığı daxili və xarici siyasət nəticəsində digər sahələrdə olduğu kimi Azərbaycan təhsil sistemi də dünya səviyyəsindədir. Bir təhsil işçisi kimi kiçik də olsa, öz töhfələrimi təhsilimizdən əsirgəməyəcəyəm.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50

