Yanlış məlumatın yayılma sürəti...
17.03.2022 [10:17]
Doğru xəbərin yayılmasından 6 dəfə çoxdur
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren “Yeni Azərbaycan” qəzetinə müsahibə verib.
Sevil Hilalqızı Ünal
-YTB bəzən Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrə dövlət təqaüdü verən bir təşkilat kimi tanınır. YTB-nin daha hansı sahələrdə fəaliyyətləri var?
-YTB Türkiyə xarici siyasəti çərçivəsində fəaliyyət göstərən çoxşaxəli bir qurumdur. Bizim xaricdəki türk əsillilərdən ibarət olan türk diasporu ilə bağlı məsələlərlə yanaşı, ölkəmizdəki soydaş-qardaş cəmiyyətlər və Türkiyədə təhsil alan xarici tələbələrlə bağlı əhatəli fəaliyyətlərimiz var. Çünki Türkiyə kimi bir ölkə keçmişdə geniş bir coğrafiyada yaxından əlaqəli olduğu, bir çox ortaq dəyərləri paylaşdığı toplumları, ölkələri və mədəniyyətləri görməzlikdən gələ bilməz. Hesab edirik ki, müasirlik və bərabərlik şərtləri altında soydaş cəmiyyətlərlə, əqrəba topluluqlarla münasibətlərimizi, mədəni əlaqələrimizi, mədəniyyətlər mübadiləsini davam etdirmək bütün tərəflər üçün faydalıdır. Türksoylu qardaşlarımızın icmalarına, təşkilatlarına “Mədəni diaspor” və ya “Könül coğrafiyası” adını verməklə onlara hörmətimizi və öz vətəndaşlarımız qədər dəyərli hesab etdiyimizi bildiririk. Əksəriyyəti qohum və qardaş ölkələrdən gələn, Türkiyə təqaüdləri proqramı çərçivəsində ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr bu əlaqələrin gücləndirilməsi məqsədinin bariz nümunəsidir. -- Azərbaycanla və oradakı Diasporla İş üzrə Dövlət Komitəsi ilə nə kimi əməkdaşlığınız mövcuddur?
-Türkiyədə “qohum və ya qardaş toplumlar” dedikdə ağıla ilk gələn ölkə Azərbaycandır. Tariximizin və mədəniyyətimizin ortaqlıqlarının xatırlanması və yaşadılması istiqamətində həyata keçirdiyimiz tədbirlər YTB-nin işinin mühüm hissəsini təşkil edir. YTB iki ölkənin gənclərini təhsil, mədəniyyət və tarixi bilgilər baxımından bir-birinə yaxınlaşdıracaq bir çox fəaliyyətə imza atıb.
Diasporadan təhsilə, mediadan düşüncə tarixi araşdırmasına qədər hərtərəfli şəkildə inkişaf edən fəaliyyətlərə bundan əlavə akademik və sosial baxımdan da görülən işlər daxildir. YTB tərəfindən yönləndirilən və dünyanın hər yerindən gələn xarici tələbələrə verilən dövlət təqaüd proqramından azərbaycanlı tələbələr də geniş faydalanırlar və bununla onlar özlərini həm fərdi karyeralarına hazırlayırlar, həm də iki qardaş ölkənin əlaqələrinin genişlənməsində xidmət göstərmiş olurlar. Onlar məzun olduqdan sonra Türkiyə Məzunları Dərnəkləri vasitəsilə əməkdaşlığımızın, qardaşlığımızın daha da doğmalaşmasına öz töhfələrini vermiş olurlar.
Digər tərəfdən, biz YTB diaspor qurumu olaraq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsilə bağladığımız əməkdaşlıq müqaviləsinə uyğun olaraq, “Bir millətin iki diasporu olmaz!” devizi ilə hərəkət etməyə çalışırıq və aramızda sıx əlaqələr mövcuddur. Onu da deyim ki, xaricdə yaşayan Türkiyə vətəndaşları ilə Azərbaycan vətəndaşları çox vaxt eyni ölkələrdə məskunlaşdıqları üçün biz həmin ölkələrdəki diasporlarımızın bəzi sosial məsələlərdə birgə fəaliyyət göstərməsini arzulayırıq. YTB-nin bütün fəaliyyət sahələrində Can Azərbaycanla birgəliyi mütləqdir.
-Azərbaycandan nə qədər tələbə YTB təqaüdlərindən faydalanır? Siz II Qarabağ müharibəsində şəhid və qazi övladlarının da YTB təqaüdündən yararlanmasına xüsusi dəstək verəcəyinizi demişdiniz. Bu istiqamətdə nə kimi yeniliklər var?
-Təhsil sahəsində əməkdaşlığa ən çox önəm verdiyimiz ölkə Azərbaycandır. Bu baxımdan, qardaş Azərbaycan üçün güclü ixtisaslı kadrların hazırlanmasına töhfə verə biliriksə, bundan çox qürur duyuruq. Mən gələcəyimiz olan gənclərin təhsil prosesində bir-birini daha yaxşı tanıyacağı və daha da yaxınlaşacağı, dostlaşacağını düşünürəm. İndiyədək, Türkiyə təqaüdləri çərçivəsində 6000-ə yaxın azərbaycanlı gəncimiz Türkiyə universitetlərində müxtəlif səviyyələrdə və şöbələrdə təhsil alıb. Amma bizim universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin sayının daha da artmasını ürəkdən arzulayırıq.
Qarabağ zəfəri uğrunda şəhid və qazi olanların da övladlarına, söz verdiyimiz kimi, dəstəyimiz davam edir.
Qarabağ zəfəri mənə görə, ədalətin bərqərar olması, Azərbaycanın haqq mücadiləsinin və sülhü bərpa etməsinin adıdır. Bu zəfər türk dünyasındakı bir qopuqluğu aradan qaldırdı və bizlərin qanayan yarasını sağaltdı. Ona görə də bu qələbə bütün türk dünyasının fəxridir. Savaş müddətində Gəncədə günahsız dinc insanların şəhid olmasından sonra YTB-nin nümayəndə heyətilə birgə dərhal Azərbaycandakı qardaşlarımızın ziyarətinə getdik, Azərbaycan Diaspora Komitəsinin sədri, dostum Fuad Muradovla bir araya gələrək, diasporlarımız çərçivəsində o insanlara verəcəyimiz dəstəyi müzakirə etdik.
Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin “Bir millət, iki dövlət” şüarına yaraşan şəkildə nümayiş etdirdikləri bərabərlik və düzgün siyasət çərçivəsində bizlər də bütün gücümüzlə Azərbaycanın yanındayıq və sonsuzadək də bunun belə olacağına inanıram
- Türkiyə ilə Azərbaycan arasında yaradılmış Ortaq Media Platformasını, media sahəsindəki əməkdaşlığımızı necə qiymətləndirirsiniz?
- Hər kəsə məlumdur ki, medianın hər sahəyə təsiri gündən-günə artır. Doğru, düzgün məlumatın effektiv çatdırılması son dərəcə strateji məsələyə çevrilib. Aparılan araşdırmalara görə, sosial mediada bir yanlış məlumatın yayılma sürəti, dorğu xəbərin yayılmasından 6 dəfə çoxdur. Biz də media sahəsində gerçəkləşdirdiyimiz təlimlərlə və digər dəstəklərlə həm Can Azərbaycanın, həm də bütün türk dünyasının yanında olamağa çalışırıq. Yeri gəlmişkən, YTB-nin təqaüdləri çərçivəsində Azərbaycandan və bütün türk dünyasından media üzrə təhsil alan çoxlu soydaşlarımız var.
Bir məsələni də vurğulayım ki, bizim kimi qardaş ölkələr dünyada və ya regionunda baş verənləri başqa mənbələrdən almaqla kifayətlənməməli, həm də özlərinə sağlam, düzgün məlumat mənbəyi yaratmalıdırlar. Təbii ki, bu məlumatlara şərh vermək məsələsini inkişaf etdirməyi bacarmaq lazımdır. Mən Türkiyə mediasının bu sahədə yaxşı səviyyəyə çatdığını düşünürəm. Qaldı ki, 44 günlük Qarabağ savaşında da Azərbaycanla Türkiyə xalqının birliyi, mediamızın baş verənləri anında və dəqiqliklə dünya ictimaiyyəti ilə bölüşməsi dünyaya örnək olacaq bir nümunədir.
- Dünyada alternativi olmayan Türkiyə-Azərbaycan əlaqələrinin digər türkdilli dövlətlərdə də yaradılması üçün sizcə hansı addımlar atılmalıdır?
- Həqiqətən bu məsələdə Azərbaycanla Türkiyə çox gözəl örnəkdir. Türk dövlətlərinin hər şeydən öncə mənəvi baxımdan bir-birilərini yaxından tanımaları çox önəmlidir. Humanitar əlaqələr genişlənməlidir.
Həm bir-birimizi daha yaxından tanımağa, həm də əlaqələrimizi çox inkişaf etdirməyə şərait yaradacaq sahə isə, şübhəsiz ki, təhsil sahəsidir. Türkiyə dövlətləri arasında tələbə, təhsil mübadiləsi daha da sürətlənməli və intensivləşməlidir. Bu yolla işçi qüvvəsi genşlənər, iqtisadiyyat, mədəniyyət, turizm və s. sahələrdəki əlaqələrimizdə mühüm irəliləyişlər yaranar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

