Zəfərimiz Azərbaycan tarixinə yazılmış qürur səhifəsidir
14.07.2021 [09:03]
Milli Məclisin deputatı Vüqar İskəndərov www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən bir il ötür. Öncə bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yolun başlanğıcı kimi dəyərləndirilən Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərmiş oldu. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını aldı. O döyüşlərdə də insanlarda böyük mərdliyin, cəsarətin, Vətən sevgisinin şahidi olduq. Heç kəs rayonunu, evini tərk etmir, Azərbaycan Ordusu ilə bir olduğunu qeyd edirdi.
Məsələ bundadır ki, həmin vaxt da ermənilər yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışırdılar. Ermənistan Müdafiə Nazirliyi belə iddia ilə çıxış etdi ki, guya Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən “UAZ” markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkilib və daha sonra artilleriya atəşinə başlayıblar. Azərbaycan tərəfi bunun yalan olduğunu əsaslı şəkildə bildirdi. Qeyd edildi ki, Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin bu ərazidə Ermənistanla dövlət sərhədinə nəzarəti Dövlət Sərhəd Xidməti həyata keçirir. Bu faktlar Azərbaycanın Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini açıq çəkildə nümayiş etdirir.
Tovuz döyüşlərinin diqqətçəkən məqamlarından biri xalqımızın düşmənə qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən Ordumuzla yüksək həmrəylik nümayiş etdirməsi idi. Birliyin, həmrəyliyin nümayişi olaraq həmin günlərdə minlərlə gənc paytaxt Bakıda yürüş keçirdi. Minlərlə Azərbaycan gənci ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Torpaq, Vətən sevgisi xalqımızı hər zaman döyüşə, torpaqlarımızı işğaldan azad etmək üçün silaha sarılıb ərazi bütövlüyümüzü bərpa etməyə çağırırdı. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Dövlətimiz daim bu bəyanatı səsləndirirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə, münaqişənin müharibə yolu ilə həlli şəksizdir.
Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra düşmənin müxtəlif istiqamətlərdən növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürdü, illərdir yaradılan “yenilməz erməni ordusu” mifini dağıtdı, torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadı. Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 10-a yaxın hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldılar. Döyüşlərdə, həmçinin yaralananlar da oldu. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
- Artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından 8 ay ötüb. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun nümayiş etdirdiyi təcrübə beynəlxalq səviyyədə öyrənilməkdə, hətta dərsliklərə salınması ilə bağlı fikirlər səslənməkdədir. Azərbaycanın dünyaya səs salan, 30 illik işğala son qoyan bu Zəfəri ölkəmizin qarşısında hansı imkanları açır?
- Zəfər Azərbaycanın taleyinə yazılmış sevinc payıdır. Azərbaycan 30 ilə yaxın dövrdə haqqın, ədalətin bərpa olunacağını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözləyib. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədlərinin regiona turist səfərlərinin şahidi olmuşuq. Dünya hüquq problemini yaşadığını açıq-aydın nümayiş etdirib və bu gün etdirir. Belə olan təqdirdə təbii ki, dünyanın supergüclərinə, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərə inam azalırdı. Bu reallıq öz təsdiqini tapdı ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır. Azərbaycan bu müddət ərzində bütün sahələrdə gücləndi. İqtisadi müstəqilliyini təmin etdi. Bu isə öz növbəsində, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi. Azərbaycan hərbi qüdrətini artırdı. Ordumuzun müdafiə qabiliyyəti gücləndirildi, vətənpərvərlik hissləri, torpaq sevgisi daha da artdı. Əvvəldə də qeyd etdiyim kimi, rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlhm Əliyevin “hücum” əmrini gözləyirdi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərinə hücumları səbir kasamızı doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” əmri böyük ruh yüksəkliyi ilə qarşılandı, Silahlı Qüvvələrimiz döyüş şücaəti, qəhrəmanlığı nümayiş etdirərək 44 günün hər gününü tariximizə qəhrəmanlıq dastanı kimi yazdı. Bu sevinci xalqımıza yaşadan, Ermənistanı təslimçilik aktını imzalamağa məcbur edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitlərinə minnətdarıq. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı, bu, birliyimizin, həmrəyliyimizin simvoluna çevrildi. “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar”, - deyən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. 44 gündə 30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu, bir sözlə, 6 şəhəri, 5 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun hər bir zabiti, hər bir əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa əməliyyatının böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat olduğunu xüsusi qeyd edərək qürurla bildirir ki, Şuşanın işğaldan azad edilməsi gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.
Azərbaycan tarixi Qələbəsi ilə yeni reallıqlar yaratdı. Uzun illər siyasi, diplomatik səyləri ilə Zəfərə nail olan Azərbaycan bölgədə yeni əməkdaşlıq formatlarının müəllifidir. Azərbaycan bundan sonra da qüdrətlənəcək, yeni-yeni hədəflərə doğru addımlayacaq, hərbi gücünü artıracaq, müasir dövrün imkanlarından, yeni texnologiyalardan bəhrələnərək digər istiqamətlərdə olduğu kimi, İKT sahəsində də öncüllüyünü qoruyacaq. Gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsi prioritet olacaq. Ümumiyyətlə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması hər zaman, hər bir dövlətdə diqqət mərkəzində olmalıdır. Konkret olaraq Azərbaycana gəlincə, hesab edirəm ki, müharibədən əvvəl olduğu kimi, postmüharibə dövründə də bu məsələ gündəmimizdə olmalıdır. Sadəcə olaraq, postmüharibə dövründə bu siyasətin reallaşmasını asanlaşdıran vacib bir məqam var. Bu da real qəhrəmanların olmasıdır. İkinci Qarabağ müharibəsinin şəhid və qazisi olan yüzlərlə, minlərlə qəhrəmanlarımız var ki, gənc nəsil onların həyatını öyrənməli, örnək götürməlidir. Yeni dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın keçdikləri həyat yolundan, onların döyüş meydanında göstərdikləri şücaətlərdən bəhs edilməsi mühüm əhəmiyyət kəsb edir.
- Vüqar müəllim, postmüharibə dövrünün reallıqları da sübut edir ki, dünyanın supergücləri, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ikili yanaşmalarından əl çəkmirlər. Bugünümüzün əsas müzakirə mövzusu olan ABŞ, Fransa və Rusiya səfirlərinin Bakıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərinə qatılmamalarını necə şərh edərdiniz?
- Yenə də ikili standartlar gündəmdədir. Hələ də ikili standartların tüğyan etdiyi dünyada yaşayırıq. Fransa parlamentinin qərəzli, Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan sənədləri məlum faktlardandır. Amma rəsmi Paris bunu parlamentin mövqeyi kimi dəyərləndirir. Eyni addımlar ABŞ tərəfindən atılır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin istər 30 ilə yaxın işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə mövqeyi heç vaxt mandatlarına uyğun olmayıb. Neytrallıq qorunmur, Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verir. Qurum failiyyətsizliyini açıq şəkildə ortaya qoyur. Rəsmi Bakı ATƏT-in Minsk qrupundan yeni reallıqlara uyğun olaraq yeni təkliflər gözlədiyi halda, həmsədr dövlətlərin belə yanaşma nümayiş etdirmələri birmənalı qarşılana bilməz. Reallıqlar budur ki, Azərbaycan qalib ölkə olaraq regionda söz sahibliyini daha da möhkəmləndirib, dünyanın xarici siyasətində dəyişikliklər edib. Yeni reallıqlar Azərbaycanın gücünün, qüdrətinin təqdimatıdır. ABŞ, Fransa və Rusiya səfirləri Şuşaya getməməklə nəyisə dəyişə bilməyəcəklər. Bu gün işğaldan azad edilmiş ərazilərimiz də özünün sevincli günlərini yaşayır. Tarixi sahiblərinə qovuşaraq bərpa və quruculuq dövrlərini yaşayır. Dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanı da Azərbaycanın Vətən müharibəsində əldə edilmiş parlaq Qələbəsinin daha bir uğurlu nəticəsi, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərarıdır. Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yaradılması Azərbaycanın növbəti siyasi uğuru, Ermənistana və hələ də ona havadarlıq edib reallıqlarla barışmayan, işğalçı dövləti sülh razılaşmasına məcbur etmək əvəzinə, vəziyyəti gərginləşdirməyə cəhdlər göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj, həqiqət dərsidir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
