Ana səhifə »  Müsahibə »  Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi
A+   Yenilə  A-
Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, bir neçə gündən sonra Azərbaycan Milli Qurtuluş Gününü qeyd edəcək. Azərbaycan tarixində Milli Qurtuluş Gününün yerini necə dəyərləndirirsiniz?
- Milli Qurtuluş Gününə qədər baş verən prosesləri obyektiv analiz etdikdə bir daha aydın olur ki, Ulu Öndər Heydər Əliyev üçün necə ağır bir miras qalmışdı. Bilirsiniz ki, 1987-ci ildə Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən kənarlaşdırıldı. Bunun arxasında Azərbaycan xalqının düşməni və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən Mixail Qorbaçov dayanmışdı.
Məhz bu hadisədən sonra keçmiş İttifaqın ermənipərəst rəhbərləri və erməni lobbisi Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 250 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Məqsəd aydın idi - Qarabağı Azərbaycandan qoparmaq. Bunun ardınca Sumqayıtda provokasiya törədildi və bu təxribatı azərbaycanlıların üzərinə yıxmağa cəhd etdilər. Bundan sonra Qarabağda separatizm ciddi surətdə baş qaldırdı. 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı, həmçinin cəbhəçilərin təxribatçı davranışları sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Qanlı faciəyə ilk olaraq kəskin etirazını bildirən və ən dəqiq və obyektiv tarixi qiyməti verən də Ulu Öndər Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da geniş vüsət aldı.
Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi və xalq Ulu Öndəri hakimiyyətdə görmək arzusu ilə yaşayırdı. Amma o zaman hakimiyyətdə olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Heydər Əliyev Moskvada çəkinmədən, Sovet İttifaqının hələ gücü olan bir zamanda Qorbaçovu, sovet rəhbərliyini Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə açıq şəkildə ittiham etdi. Bundan sonra Ona qarşı təzyiqlər daha da artdı. 1990-cı ilin yayında Bakıya gələn Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı.
- Həmin vaxt ölkə ağır vəziyyətdə idi. Hərc-mərclik, xaos baş alıb gedirdi.
- Bəli, həmin vaxt Bakıda tamamilə fərqli hadisələr baş verirdi. Qarabağda separatizm geniş vüsət almışdı. Mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. AXC-”Müsavat” cütlüyü xalqa xəyanət yolu tutmuşdu. Onları xalqın, dövlətin düşdüyü ağır vəziyyət maraqlandırmırdı. Ancaq hakimiyyət uğrunda mübarizə gedirdi. 1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ savaşında ermənilərin üstünlüyü ələ almasına gətirib çıxardı. Bir-birinin ardınca strateji cəhətdən ən əhəmiyyətli ərazilərin itirilməsi ilə müşayiət olunan bu olaylar daha çox AXC-”Müsavat” cütlüyünün Azərbaycan dövlətinə qarşı satqın və xəyanətkar mövqeyi ilə əlaqəli idi. AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində 1992-ci ilin mayında Şuşa və Laçın işğal olundu. Bu məsələlərə hüquqi qiymət verilmişdir. Mən Ali Məhkəmədə çalışmışam və ona görə də bu məsələdən məlumatlıyam.
Xocalı şəhərinin, Şuşa, Laçın, Kəlbəcər rayonlarının və digər yaşayış məntəqələrinin işğal edilməsi barədə hələ 1992-ci ilin may ayında başlanmış cinayət işlərinin materialları, daha sonra 1994-1996-cı illər ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin Xocalı, Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı çıxardığı hökmlər və digər araşdırmaların nəticələri xəyanət əməlləri ilə müşayiət olunan hadisələrin qaranlıq məqamlarına işıq salan və onların hüquqi qiymətinin əks olunduğu sənədlərdir. Özünümüdafiə dəstələri onların nəzarətində idi. Şuşanın, Laçının müdafiəsini təşkil etmək əvəzinə tabeliklərində olan silahlı birləşmələri cəbhə xəttindən çıxarıb Bakıya gətirdilər. Həmin qüvvələri Ali Sovetin qarşısına topladılar və faktiki olaraq silah yolu ilə, güc yolu ilə, zorla Mütəllibovu devirərək hakimiyyəti faktiki olaraq zəbt etdilər.
AXC-”Müsavat” cütlüyünün hakimiyyətdə olduğu dövrü dəyərləndirmək çox asandır. Bir il ərzində ölkə daha dərin iqtisadi və siyasi böhrana yuvarlandı. AXC-”Müsavat” cütlüyünün əsl siması bu birillik hakimiyyətləri dövründə tam şəkildə bəlli oldu. Ulu Öndər Azərbaycanda ilk hakimiyyəti illərində ölkədə güclü iqtisadi potensial yaratmışdı. Həmin iqtisadi potensialı bir il ərzində dağıtdılar.
Sərvətlər talan edilir, işbazlar tərəfindən xaricə satılırdı. Ümumiyyətlə, ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr tərəfindən idarə olunurdu. Ölkə vətəndaş müharibəsinə doğru sürüklənir, AXC-”Müsavat” hakimiyyətinin biabırçı sonuna yaxınlaşırdı.
1993-cü ilin 4 iyun hadisələrindən sonra AXC-”Müsavat” iqtidarı Heydər Əliyevi dəvət etmək məcburiyyətində qaldı. Onlar bunu xalq üçün etmirdilər, özlərini Surət Hüseynovdan xilas etmək üçün edirdilər. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Lideri dəvət etdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını Öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı. Gəncədə real vəziyyəti öyrənən Heydər Əliyev Bakıya qayıdaraq parlamentə, xalqa məlumat verdi. Azərbaycan xalqı AXC-”Müsavat” iqtidarının əsl simasını bir daha gördü, onların bacarıqsızlığının, səriştəsizliyinin, xəyanətinin şahidi oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün xalqın gələcəyə ümidi yarandı. Böhrandan, xaosdan, vətəndaş müharibəsindən, səfalətdən qurtulacağına inandı. Ona görə də həmin tarix Milli Qurtuluş Günüdür.
Amma canlarını qurtarmaq üçün Ulu Öndəri Bakıya dəvət edən AXC-”Müsavat” cütlüyü hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, Onun gördüyü taleyüklü işləri gözdən salmağa çalışırdılar. Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-”Müsavat” cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Nəticədə, 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi. Onların xəyanəti məhkəmə qərarlarında yer alıb. Belə ki, onların tabeliklərində olan silahli qüvvələr müdafiəni təmin etmirdilər. Bir sıra hallarda isə ərazinin boşaldılmasına şərait yaradırdılar. Bununla bağlı məhkəmə qərarları mövcuddur.
Vəziyyət daha da gərginləşdi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında bir halqa yarandı. Faktiki olaraq bir bufer zona yaradıldı. AXC-”Müsavat” cütlüyü, demək olar ki, bütün qonşu dövlətlərlə - Rusiya ilə, İranla, hətta qardaş Türkiyə ilə də münasibətləri korlamışdı.
1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan Ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı.
Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı.
Bundan sonra, Heydər Əliyev, ilk növbədə, Azərbaycanı gücləndirmək, iqtisadiyyatı bərpa etmək, ordu quruculuğu istiqamətində işə başlamağı qarşıya məqsəd qoydu. “Əsrin kontraktı” və Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı məsələ çox vacib idi. Amma 1993-cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimal bölgəsində isə 1990-cı ildən bəri milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində, AXC-”Müsavat” cütlüyünün yanlış milli siyasəti nəticəsində baş qaldırmışdılar. Heydər Əliyev xalqın dəstəyi ilə həm şimal, həm də cənub bölgəsində süni yaradılmış separatçı meyillərin qarşısını aldı. Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlanıldı.
Zaman keçdikcə Milli Qurtuluş Gününün əhəmiyyətini daha yaxşı dərk edirik. Azərbaycanın qurtuluşu Heydər Əliyevlə bağlıdır. Əgər 1990-cı ildə Heydər Əliyev Moskvadan Bakıya dönərkən hakimiyyətdə olan qüvvələr Ümummilli Liderin bacarığından istifadə etsəydilər, Azərbaycan əraziləri işğal olunmayacaq, ölkə elə ağır vəziyyət düşməyəcəkdi. 1991-ci ildə keçmiş İttifaqın digər dövlətləri də müstəqilliklərini elan etdilər. Amma onlar bizim kimi ağır dövr keçirmədilər. Milli Qurtuluş Günü Azəribaycanda milli hakimiyyətin bərqərar olmasıdır. Heydər Əliyevə qədər Azərbaycanda hakimiyyətdə olmuş qüvvələrin heç biri milli qüvvələr olmayıb. Əsl milli hakimiyyət Heydər Əliyevlə, Milli Qurtuluşla gəldi. Azərbaycan xalqı xəyanətkarlardan qurtularaq ümid etdiyi, arzu etdiyi, inandığı, güvəndiyi Liderinə qovuşdu.
- Milli Qurtuluşdan başlayan uzaqgörən siyasətin məntiqi nəticəsi tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası oldu.
- Azərbaycan xalqı hər zaman əmin idi ki, məhz Heydər Əliyev siyasətinin davam etdirilməsi torpaqlarımızı işğaldan azad edəcək və ərazi bütövlüyümüz bərpa olunacaq. Heydər Əliyev siyasəti davam edir və davam edəcək. Dünya dəyişib, amma xalqa sədaqətlə xidmət, dövlətçilik, azərbaycançılıq kimi fundamental dəyərlər dəyişməyib.
Məhz bu prinsiplərlə inkişaf edən Azərbaycan tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda yaşayan bütün xalqlar dilindən, dinindən, etnik məsubiyyətindən asılı olmayaraq, Vətən müharibəsində iştirak etdilər. Bu, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin məntiqi nəticəsidir. Postsovet məkanında həllini gözləyən münaqişələr var və onların nə zaman həll olunacağı bəlli deyil. Dağlıq Qarabağ münaqişəsi isə Ali Baş Komandanın siyasəti, qətiyyəti, liderliyi, Ordumuzun böyük qəhrəmanlığı ilə həll olundu. Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil siyasət həyata keçirən müstəqil dövlətidir. Çox az xalqlar real müstəqil olan, güclü dövlət qura biliblər. Azərbaycan dövləti də həmin dövlətlərin sırasındadır. Bunun səbəbi Ulu Öndərin əsasını qoyduğu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  10-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 15:19
Vətən müharibəsinin artıq 700-dək qazisinə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcələri təyin olunub
22 İyun 15:08
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvləri ilə bağlı növbəti məhkəmə iclası keçirilib
22 İyun 14:58
UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub
22 İyun 14:57
AzTU-nun təltif olunan əməkdaşlarına mükafatlar təqdim edilib
22 İyun 14:48
Kamal Cəfərov: Artıq ənənəvi media yerini sosial mediaya verib, ictimai gündəmi insanlar müəyyənləşdirirlər
22 İyun 14:43
BMT İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub
22 İyun 14:42
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlara xidmət göstərəcək özəl klinikalar açıqlanıb - SİYAHI
22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25