/ / Azərbaycanda uşaqların savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılıb
Azərbaycanda uşaqların savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılıb
02.06.2021 [09:19]
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, uşaq hüquqlarının qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Bildiyiniz kimi, uşaqların sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam ailə mühitində böyüyüb tərbiyə olunması, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır, savadlı və vətənpərvər şəxsiyyət kimi böyümələri üçün hər cür şərait yaradılır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan hələ 1992-ci ildə çətinliklərlə çarpışdığı bir dönəmdə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nı ratifikasiya etmişdir ki, bu Konvensiya dövlətimizin qəbul etdiyi ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Bu Konvensiyanı ratifikasiya etməklə, dövlətimiz bütün uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda qərarlı olduğunu sübut etmişdir.
Ulu Öndər Heydər Əliyevin uşaqlara sevgi və qayğı dolu münasibət göstərdiyi, həssas yanaşdığı hər kəsə bəlli idi. Təsadüfi deyil ki, uşaq hüquqları ilə bağlı yaranan məsələləri tənzimləmək və bu hüquqların müdafiəsini təmin etmək məqsədilə Ulu Öndər tərəfindən 19 may 1998-ci ildə “Uşaq hüquqları” haqqında Qanun qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlarla bağlı dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir. Eyni zamanda, Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”nın iki əlavə protokoluna, eləcə də “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotte Konvensiyası) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş sənədlərə əsasən, daxili qanunvericilikdə mühüm islahatlar aparılmış və aparılmaqdadır.
Hazırda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Mən xüsusilə keçən il bu sahədə həyata keçirilən tədbirlər barədə danışmaq istərdim. Əminliklə deyə bilərik ki, 2020-ci il Dövlət Komitəsi üçün çox məhsuldar bir il kimi qiymətləndirilə bilər. Belə ki, keçən il Dövlət Komitəsi tərəfindən “2018-2030-cu illər üçün Azərbaycan Respublikasının “Milli Uşaq Strategiyası” layihəsi, Milli Fəaliyyət Planı tərtib edilmiş və iyunun 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmişdir. Eyni zamanda, tərəfimizdən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun da eyni ildə qüvvəyə mindi. Bundan əlavə “Uşaq Məcəlləsi” layihəsi hazırlanmışdır ki, hazırda sənəd aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri kimi BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü, Kapital Bankın dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramını (“Kidsafe”) qeyd etmək olar. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir.
Bundan əlavə, Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi icmada risk qrupuna aid olan ailələrə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldir.
- Bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Hazırda bununla bağlı Komitə tərəfindən hansı tədbirlər keçirilir?
- Bu gün uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması aktual məsələlərdəndir. Qeyd etmək istərdim ki, uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər yalnız bu günlə məhdudlaşmır. Dövlət Komitəsi il ərzində bu istiqamətdə müxtəlif layihələr reallaşdırır. Bunlara misal olaraq Uşaq Forumları və Uşaq Səfirlər Məclisinin adını xüsusi vurğulamaq istərdim. Komitənin layihəsi kimi yaradılan Uşaq Səfirlər Məclisi uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması üçün stimul olmuşdur. Komitə tərəfindən mütəmadi olaraq uşaq səfirlərin Azərbaycanın tanınmış ziyalıları, elm adamları, ictimai həyatın müxtəlif sahələrində uğur qazanmış tanınmış simaları ilə görüşləri təşkil edilir, müxtəlif konfranslarda müzakirələrə qatılaraq sərbəst şəkildə fikirlərini söyləmələrinə şərait yaradılır. Səfir uşaqlar çox fəallıq nümayiş etdirir, hər hansı tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edir, təşkilatçılıq prosesində yaxından iştirak edirlər ki, bu da özlüyündə uşaqlara şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsində, təcrübə toplamalarında üstünlüklər qazandırır.
Bundan əlavə bu istiqamətdə 2009, 2011, 2014 və 2017-ci illərdə Dövlət Komitəsi ilə UNICEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Ümumrespublika Uşaq Forumları keçirilib. Qeyd etməliyəm ki, cari ilin noyabr ayında Dövlət Komitəsinin UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirilməsi planlaşdırılır və bu gün, yəni iyunun 1-i Forumun işinə start vermək məqsədilə “Mənim səsim - mənim hüquqlarım” adlı tədbir keçirilir. Dəyirmi masada respublikanın hər rayonunu təmsil edən, il ərzində fəallığı ilə seçilən, dövlət uşaq müəssisələrində yaşayan, habelə qeyri-millətlərdən olan uşaqlar karantin rejiminin qaydalarına uyğun olaraq bir qismi onlayn və bir qismi də əyani formatda iştirak edəcək, onların müxtəlif mövzularda məruzələri, təqdimatları olacaqdır.
- Bahar xanım, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulan vətəndaşlar, xüsusilə uşaqlarla bağlı fikirlərinizi bölüşməyinizi istərdik.
- İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı mübarizədə döyüş meydanında qəhrəman Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan hərbi siyasi rəhbərliyi hərbi təxribatlara əl atdı, dinc Azərbaycan əhalisini hədəfə alaraq onların sıx məskunlaşdığı əraziləri qadağan olunmuş silahlarla atəşə tutdu.
Ermənistan tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Mingəçevir, Xızı, Abşeron, Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına edilən hücumlar zamanı mülki əhaliyə qarşı terror aktları törədilmişdir ki, bu da insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında, xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Terror hadisələri zamanı 12-si uşaq, 27-si qadın olmaqla 100 nəfər mülki vətəndaş həlak olmuş, 50-si uşaq və 101-i qadın olmaqla 416 nəfər yaralanmışdır. Terror nəticəsində bütün bir ailənin məhv edilməsi, eyni zamanda, bu hadisələr nəticəsində uşaqların hər iki valideynini itirməsi ermənilər tərəfindən tarixən törədilən qətliamların və insanlığa sığmayan antihumanist əməllərin bu gün də davam etdirilməsinin təzahürüdür. İnsanlar yatarkən gecəvaxtı baş verən mərmi və raket partlayışları, artilleriya atəşləri dinc əhalidə, xüsusilə də dünyanı hələ yeni-yeni dərk etməyə başlayan uşaqlarda psixoloji narahatlıqların yaşanmasına səbəb olmuşdur.
Bütün bu cinayətləri törətməklə yanaşı, Ermənistan tərəfi həm də uşaqları Ermənistan ordusuna cəlb etməklə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair” Fakültativ Protokolunun, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının müddəalarını kobud şəkildə pozaraq beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını bir daha nümayiş etdirmişdir.
Bu proseslərin baş verdiyi bir zamanda Ermənistanın terror cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlər, eyni zamanda, Dövlət Komitəsinin qadın və uşaqların müharibədə hədəf seçilməsinin qəbuledilməz olduğunu vurğulayan bir sıra bəyanatları yayıldı, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə mətbuat konfransları keçirildi Təəssüflər olsun ki, bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirdilər.
Beynəlxalq aləmin erməni terrorizminə göz yumması, uşaq və qadınların qətlinə biganə qalması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə, insan hüquq və azadlıqlarına qarşı ən böyük hörmətsizlikdir. Bütün bu yaşananlara baxmayaraq, insanların dünyada haqq-ədalətin bərqərar olacağına inamını itirdiyi bir vaxtda Azərbaycan öz gücü hesabına qələbə çaldı və tarixi ədaləti bərpa etdiyini dünyaya nümayiş etdirdi. Biz bu 44 gündə xalqın hər bir nümayəndəsinin “Qarabağ Azərbaycandır!” şüarı altında müqəddəs savaşa qalxan igid Azərbaycan oğullarından ibarət Ordumuza, onun Ali Baş Komandanına dəstək verdiyinə şahid olduq və tariximizin ən parlaq səhifəsini yazdıq.
Bu gün gedən nəhəng quruculuq işlərinin davamında ölkəmizdə çiçəklənmə, inkişaf və sülh dolu günlərin yaşanacağı, işğaldan azad olunan hər qarış torpağımızda xoşbəxt Azərbaycan ailələrinin yaşayacağı, evlərdən xoşbəxt uşaq sədalarının, gülüşlərinin gələcəyi, günahsız insanların, qadın, uşaq, qoca demədən qanına qəltan edildiyi uçurulmuş şəhərlərimizdə əmin-amanlığın bərqərar olacağı günlər uzaq deyil. Bu gün hər birimizin yalnız bir qayəsi, istəyi var: sülh və əmin-amanlıq mühitində bütün uşaqların, o cümlədən xalqımızın hər bir fərdinin xoşbəxt, sağlam və bərabər imkanlar daxilində yaşaması.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

