/ / Azərbaycan mühüm beynəlxalq platformalar vasitəsilə sülh və əməkdaşlıq təşəbbüslərini nümayiş etdirir
Azərbaycan mühüm beynəlxalq platformalar vasitəsilə sülh və əməkdaşlıq təşəbbüslərini nümayiş etdirir
25.05.2021 [08:53]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, məlum olduğu kimi, bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr təşkil olunub. Sizcə, bu tədbirin əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mühüm bir platformadır. Burada müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçıları, dünyada tanınan ekspertlər, nüfuzlu elm, ictimai və siyasi xadimlər təmsil olunur. Bu mənada, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlər önəmi ilə hər zaman diqqət mərkəzində olur. Azərbaycan bu kimi mühüm beynəlxalq platformalar vasitəsilə sülh və əməkdaşlıq təşəbbüslərini nümayiş etdirir.
Mayın 20-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr də bu baxımdan böyük önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələr zamanı mühüm məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri və digər bir sıra vacib məsələlər haqqında ətraflı şəkildə fikirlərini ifadə etdi.
Dövlətimizin başçısı beynəlxalq tədbirdə mühüm mesajlar verdi. Cənab Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanda müstəqilliyi qazanan zamanla müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.
- Tədbirdə regionun gələcək inkişafı ilə bağlı da önəmli məqamlar vurğulandı...
- Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Sabitlik inkişafın əsasıdır. İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riski sıfır olmalıdır. Əks halda, onlar üçün çox pis olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgiləməlidir. Azərbaycanlıların və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində Ermənistanla sülh sazişi də imzalamağa hazırdır. Amma qarşı tərəfdən belə təşəbbüslər görünmür. Ermənistanda Azərbaycanafobiya, türkofobiya əvvəllər də olduğu kimi, ən böyük problemlərdən biridir.
Hazırda regionumuzun inkişafı strateji prioritetlərdən biridir. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularla müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət ayrılmalıdır. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Biz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu baxımdan Azərbaycan gələcək əməkdaşlığa hazırdır.
- Son günlərin ən yaddaqalan hadisələrindən biri mədəniyyət paytaxtımız olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi oldu. Festivalla bağlı təəssüratlarınız necədir?
- Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Çox sevindirici haldır ki, bu ildən başlayaraq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il şəhərin 270 illik yubileyi qeyd olunacaq. Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, onun əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.
Şuşa xalqımızın əvəzsiz sərvətidir. Bu yaxınlarda dövlətimizin başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha sübut edir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilməyiblər. Uzun illərdən sonra bərpa edilən festival, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Bizlərə belə qürurlu günlər yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımız başda olmaqla qəhrəman hərbçilərimizə borcluyuq.
Bildiyiniz kimi, “Xarıbülbül” musiqi festivalında Prezidentimiz İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı bildirdi ki, münaqişənin ilk günlərindən etibarən Ermənistanın rəsmi təbliğatı Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək və parçalamaq üçün davamlı iş aparmışdı. Düşmən tərəfindən bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdi. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstəriblər. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində yüksək diqqət ayrılmasının da nə qədər düzgün siyasət olduğunu sübut etdi.
Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi əsasında həyata keçirilən builki “Xarıbülbül” festivalı həm də Azərbaycanın multikulturalizm ənənələrinin rəmzinə çevrildi.
Xəbər lenti
Hamısına bax 
                    Gündəm
01 Noyabr 12:48
 
                    İqtisadiyyat
01 Noyabr 12:31
 
                    Siyasət
01 Noyabr 12:19
 
                    İqtisadiyyat
01 Noyabr 11:57
 
                    Xəbər lenti
01 Noyabr 11:46
 
                    Gündəm
01 Noyabr 11:44
 
                    MEDİA
01 Noyabr 11:42
 
                    Siyasət
01 Noyabr 11:28
 
                    Analitik
01 Noyabr 10:53
 
                    Siyasət
01 Noyabr 10:38
 
                    Sosial
01 Noyabr 10:16
 
                    Analitik
01 Noyabr 09:52
 
                    Analitik
01 Noyabr 09:35
 
                    Sosial
01 Noyabr 09:13
 
                    MEDİA
01 Noyabr 08:59
 
                    Ədəbiyyat
01 Noyabr 08:24
 
                    Dünya
31 Oktyabr 23:46
 
                    Siyasət
31 Oktyabr 23:41
 
                    Daxili siyasət
31 Oktyabr 23:32
 
                    YAP xəbərləri
31 Oktyabr 23:27
 
                    Siyasət
31 Oktyabr 23:22
 
                    Dünya
31 Oktyabr 23:18
 
                    Dünya
31 Oktyabr 22:51
 
                    Dünya
31 Oktyabr 22:45
 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
| B | Be | Ça | Ç | Ca | C | Ş | 
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 
| 30 | 
 
                             
                    
 
                        