Mübariz Qurbanlı: Türkiyə-Azərbaycan əməkdaşlığı dönməzdir
18.05.2010 [10:11]
- Mübariz müəllim, son dövlər Türkiyənin regiondakı rolunun artmasının qardaş ölkə ilə Azərbaycan arasında olan münasibətlərə təsiri nə dərəcədədir?
- Bu gün Türkiyənin bölgədə rolu getdikcə artmaqdadır. Türkiyə beynəlxalq münasibətlər sistemində demək olar ki, aparıcı dövlətlər sırasındadır. Bu da səbəbsiz deyil. Türkiyənin getdikcə artan iqtisadi potensialı bu ölkəyə imkan verir ki, bu və ya digər məsələlərlə əlaqədar mövqeyini ortaya qoysun və öz maraqları baxımından fəaliyyət göstərsin. Türkiyənin güclənməsi onun beynəlxalq münasibətlərində rolunun artması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Vaxtilə ümummilli lider Heydər Əliyevin “bir millət iki dövlət” prinsipi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ona görə də Türkiyənin güclənməsi istər-istəməz Azərbaycanın da maraqlarının beynəlxalq miqyasda qorunmasına müsbət təsirini göstərir. Təbii ki, Azərbaycan bu gün bölgənin lider dövlətidir. ölkəmiz öz maraqlarını qorumaqda kifayət qədər gücə malikdir. Amma buna baxmayaraq Azərbaycanın müttəfiqlərinin də güclü olması bizim üçün əhəmiyyətlidir.
- Bildiyimiz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizdə səfər etdi. Bu səfərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Türkiyə Azərbaycan üçün strateji tərəfdaş, müttəfiq ölkədir. Bu gün Türkiyə dünyanın iqtisadi cəhətdən inkişaf edən 20 dövləti sırasında 14-15-ci yerləri tutmaqdadır və qardaş ölkə bu göstəricilərə görə, 20 inkişaf etmiş ölkələr sırasında bəzi göstəricilərinə görə 6-7-ci yerləri tutur. Bu gün Türkiyə Avropa iqtisadiyyatında 5-ci yerdə dayanır, onun iqtisadi inkişafı sürətlə gedir. Dünya iqtisadi böhranının fəasadlarına baxmayaraq Türkiyənin ümumi daxili məhsulu 6 faiz civarında artıb və proqnozlar var ki, 2010-cu ilin yekunlarında dost ölkə iqtisadi cəhətdən inkişaf sürətini qoruyub saxlaya biləcək. Türkiyə eyni zamanda bizim bölgəmizdə baş verən hadisələrə həssas münasibət bəsləyir. Türkiyənin xarici siyasətinin 6 mühüm istiqaməti müəyyən olub. Bu hazırkı iqtidarın - AKP hakimiyyətinin xarici siyasətinin mühüm və prinsipal istiqamətləridir. Bunlardan biri Qafqazda sülhün yaradılmasıdır ki, Türkiyə dövləti bu istiqamətdə addımlar atır. Bütün bunları nəzərə alaraq, qardaş ölkənin Baş nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirirəm.
- Türkiyə baş nazirinin ötən gün İrana, sonra isə Azərbaycana səfər etməsi nəyin göstəricisidir?
- Türkiyə baş nazirinin İrana səfəri də təsadüfi deyil. Onun İrana səfər etməsi İran, onun nüvə enerjisi və gündəmdə duran mühüm məsələlərin müzakirəsi ilə əlaqədar olub. Məlumdur ki, İran nüvə enerjisi istehsalı üzrə böyük proqram həyata keçirir. İranın həyata keçirdiyi proqram çərçivəsində uranın zənginləşdirilməsi məsələsi var. Uranın zənginləşdirilməsi məsələsi ilə əlaqədar Qərb dövlətləri ilə İran arasında danışıqlar gedir. Dəfələrlə müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, İran bu məsələnin özü tərəfindən həll ediləcəyini bildirib. Hazırda İranla ABŞ arasında yaranan ziddiyətlər Türkiyənin NATO üzvü olaraq bu məsələyə müdaxiləsini zəruri edib. Ərdoğanın İrana səfəri zamanı İran tərəfi rəsmi qaydada uranın zənginləşdirilməsinin Türkiyə ərazisində aparılmasının razılığını bəyanat şəklində ifadə edib. Bu Qərb-İran münasibətlərində Türkiyə diplomatiyasının əldə etdiyi uğurdur. ümumiyyətlə, bu gün İrana qarşı sanksiyaların tətbiq edilməsi, ona zərbə endirilməsi baxımından ABŞ-ın həyata keçirmək istədiyi siyasəti Türkiyə dəstəkləmir. Türkiyə tərəfi bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirib. O məsələnin hərbi yolla həllinin əleyhinə çıxmaqla bunun sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirir və bu istiqamətdə çox ciddi diplomatik təşəbbüslər irəli sürür, addımlar atır. Təbii ki, baş nazirin İran üzərindən ölkəmizə gəlməsi Azərbaycan-Türkiyə, Türkiyə-İran-Azərbaycan münasibətlərinə, onun inkişafına təsir edən məsələ deyil. Söhbət burada Türkiyə-Azərbaycan münasibətlərindən gedir və bu münasibətlər də yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu strateji əməkdaşlıq dönməz xarakter alıb və Azərbaycan da bu siyasəti davam etdirir.
- Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini necə dəyərləndirirsiniz?
- Türkiyənin xarici siyasətinin mühüm prinsipləri içərisində Qafqazda sülh əsaslı yer tutur və Türkiyə Qafqazda sülhün həll olunması üçün sülh və sabitlik paktının imzalanması təşəbbüsü ilə çıxış edib. Hamıya da bəllidir ki, qardaş ölkə Ermənistanın təcavüzü məsələsində torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar siyasətdə hər zaman ölkəmizi müdafiə edib, bu gün də müdafiə edir. Türkiyə tərəfi yeganə ölkələrdəndir ki, bu yöndə Ermənistana diplomatik, iqtisadi təzyiqlər göstərir. Əgər bütün dövlətlər Türkiyə kimi addım atmış olsaydı, təcavüzkar Ermənistan heç bir hərbi güc tətbiq olunmadan işğal olunan Azərbaycan torpaqlarını çoxdan qaytarmış olardı. Təəssüf ki, biz təcavüzkara qarşı qardaş ölkə kimi həqiqi münasibəti başqa ölkələrdə görmürük. Qərb dövlətləri danışıqlarda, Ermənistana münasibətlərində həddindən artıq liberal mövqe tutur. Bu isə təcavüzkarı dolayısı ilə müdafiə etmək deməkdir. Bu, prinsip etibarı ilə beynəlxalq münasibətlərdə mövcüd olan normalara zidd olan addımdır. Türkiyə Ertmənistanla münasibətini bütün prinsiplərə uyğun olaraq həyata keçirir. Haqlı olaraq Ermənistanla sərhədlərini açmır, haqlı olaraq Ermənistanla diplomatik əlaqələr yaratmır. Əgər bütün MDB ölkələri, Rusiya başda olmaqla təcüvüzkar Ermənistana bu cür münasibət bəsləmiş olsaydı, ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr Fransa, ABŞ bu addımları atmış olsaydı, təcavüzkarı çoxdan buxovlamaq, dayandırmaq və təcavüzə məruz qalan, işğal olunan torpaqları azad etmək mümkün olardı. Türkiyə Dağlıq Qarabağ məsələsində ölkəmizlə tam həmrəylik nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

