Ana səhifə »  Müsahibə »  Ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırımını çox amansızlıq və qəddarlıqla həyata keçiriblər
A+   Yenilə  A-
Ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırımını çox amansızlıq və qəddarlıqla həyata keçiriblər

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli www.yap.org.az saytına müsahibə verib:
- Əziz müəllim, hər il 31 mart tarixi ölkəmizdə azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri qətliamların kökləri və səbəbləri haqqında fikirlərinizi bilmək istərdik...
- Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə, ən azı dörd dəfə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm hərəkətində olublar: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər.
Buna görə də 1918-ci ilin 31 mart günü tariximizə azərbaycanlıların soyqırımı günü kimi daxil olsa da, bu soyqırımı təkcə həmin tarixlə və təkcə Bakı şəhərində minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalması ilə məhdudlaşmır. Xalqımıza qarşı bu soyqırımının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilmişdir, həm də bütün Azərbaycan torpaqlarında - Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Bu barədə Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı xatirələrində və başqa mənbələrdə ətraflı yazılıb.
Eyni fikri 1918-1920-ci illər soyqırımı haqqında da demək olar. 1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də dəhşətli soyqırımına məruz qalmış bölgələrimizdən biri də Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi, bu ərazidəki bütün tarixi mahallarımız - İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və s. mahallar olub.
Hər yerdə ermənilər bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçiriblər: dinc əhalini böyük damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımlar kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün I Dünya müharibəsi dövründə Çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirirlər. General Nazaryanın komandanlığı və general Dronun müavinliyi ilə 35 min nəfərlik erməni korpusu yaradılır. Bu korpus üç diviziyaya bölünür. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərələyəzdə; polkovnik Silikov-Silikyanın başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Və doğrudan da hər üç diviziya hər üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdi.
- Ermənilərin azərbaycanlılara qarşı qətliamları çox amansız və qəddar olub. Bu barədə nə deyə bilərsiniz?
- Faciələrin miqyasını təsəvvür etmək üçün bir neçə faktı xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin teleqramında deyilirdi: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürüblər”.
Bir daşnak isə öz xatirələrində yazırdı: “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”.
O vaxtın arxiv və tarixi sənədlərində belə faktlar istənilən qədərdir. Məsələn, o vaxt ən dəhşətli qırğınlardan biri də İrəvan çuxurundakı Vedibasar mahalında baş vermişdi. Zəngəzurun Tatev monastırında qərargah salan Andronikin quldur dəstələri 1918-ci ilin dekabrında Vedibasar kəndlərinə də gəlib çıxırlar. O vaxt mahalın aran kəndləri Abbasqulu bəy Şadlinski tərəfindən qorunduğundan ermənilər Dərələyəzdən keçərək mahalın Çanaxçı dərəsindəki kəndlərini mühasirəyə alırlar. Yerli əhalini inandırırlar ki, bölgədə əmin-amanlıq yaratmaq məqsədilə hökumət adından gəliblər. Bu adla kəndlərə girən ermənilər az sonra mahalın Çanaxçı dərəsindəki bütün müsəlman kəndlərində soyqırımı törədirlər. Xüsusilə Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin dinc müsəlman əhalisi kütləvi şəkildə qırğına məruz qalır. Ermənilər bu kəndlərin əhalisini son nəfərinə qədər qətlə yetirirlər. Həm də tam bir vəhşiliklə. Tam olaraq bir Xocalı soyqırımı kimi! Şahablı Aşıq Cəlil məhz həmin soyqırımı zamanı dili kökündən qopardılaraq, özü gərmə qalağında diri-diri yandırılır. Yeri gəlmişkən, xatırladım ki, elə həmin günlərdə Göyçəli Aşıq Nəcəf də kürəyinə qaynar samovar bağlanaraq öldürülmüşdür.
O vaxt ermənilərin Çanaxçı dərəsi kəndlərində törətdiyi soyqırımı o qədər dəhşətli olub ki, hətta dövrün tarixi sənədlərində də öz izini buraxıb. Məsələn, Naxçıvan Müsəlman Milli Komitəsinin ovaxtkı katibi Mirzə Bağır Əliyev gündəliklərində yazırdı ki, “Vedi qəryəsinin əhli Şəmsəddin bəy Mahmudbəyov Vedibasar müsəlmanlarının barəsində Naxçıvana gəlib böylə məlumat verdi: İran və Naxçıvan nümayəndələri İrəvana azim olandan sonra erməni qoşunu Vedibasar nahiyəsində bulunan müsəlman köylərinə, məsələn, Kərkab, Ağasıbəyli, Keşişdağı, Dəhnəz, Qaraxaç, Qədirli, Şahablı və Çimən kəndlərinə hücum edib 20 mindən ziyad müsəlman əhalisini kəsib, balaca balaları, qadınları və əlil kişiləri evlərə toplayıb, tamamən bıçaq və xəncər ilə kəsib, nizəbuş ediblər... Xülasə, Vedibasar tərəfində müsəlmana olmazın zülmlər və cəfalar ermənilər tərəfindən olundu”.
Bu qırğının əks-sədası uzun müddət eşidildi, çox-çox uzaqlardan dolanıb gəldi. Bu faciə barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli məşhur sənəddə də xüsusi bəhs edilmişdir. Həmin sənəddə erməni daşnaklarının Vedibasar mahalında törətdikləri vəhşiliklər barədə oxuyuruq: “...”Van”, “Sasun” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalisini qılıncdan keçirdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdu, öl-dürülənlərin qarnını yırtıb, gözlərini oydu, bəzi cəsədləri yandırdı, əhalini taladı, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə qədər qətlə yetirildilər”.
- Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet dövründə də davam edib. Bu dövrü necə xarakterizə edərdiniz?
- Təəssüf ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər. Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kv. km-lik tarixdə ilk erməni dövləti - Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kv. km-ə çatdırıldı. Bundan ruhlanan ermənilər dinc metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxardılar.
1945-ci ilin noyabr-dekabr aylarında ermənilər II Dünya müharibəsindən qalib çıxan dövlətlərin - Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu baş tutmayanda İ.Stalindən ovaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu.
Bu da yetmədi, 1988-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbiristanlığının yer üzündən silindiyi vandalizm aktı - soyqırımı idi. Lakin o vaxt Qarabağ münaqişəsi Qarabağ müharibəsinə çevrilməkdə, Azərbaycanın ərazi bütövlüyü təhdid edilməkdə, soydaşlarımız məcburi köçkünə çevrilməkdə idi və Qərbi Azərbaycan qaçqınları bu ümumi faciə önündə öz faciələrini sinələrinə gömməyə üstünlük verdilər.
- Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir...
- Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu Sərəncama əsasən, ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur, soyqırımı qurbanları anılır.
2018-ci ildə bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, geniş tədbirlər planı həyata keçirilib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir.
Artıq 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaratmışdır. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandanımız, şah əsəri qüdrətli Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən, xüsusilə Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər.

 
  • Oxunub:  3840  |  
  • Tarix:  01-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20