Qələbəmizin qazanılmasında milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu var
24.11.2020 [09:16]
YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, bu gün Azərbaycan cəmiyyətində möhtəşəm qələbə əhval-ruhiyyəsi hökm sürür. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...
- Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Bu müqəddəs mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Qeyd edim ki, Azərbaycan sentyabrın 27-də başlanan əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Hesab edirəm ki, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur.
Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır.
- Vətən müharibəsində qazanılan qələbədə ölkəmizdə mövcud olan milli birlik və cəmiyyətimizdəki ruh yüksəkliyinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, 44 günlük müharibədə cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı, diplomatik cəbhədə də üstünlüyə sahib olduq. Hazırda diplomatiya sahəsində də davamlı olaraq nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Torpaqlarımızı hərbi yolla azad edərkən, məhz bu tipli diplomatik uğurlara da istinad edirdik.
Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənib. Yaşından asılı olmayaraq minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi.
Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları da həmrəylik nümayiş etdirərək ölkə Prezidentini, Ali Baş Komandanı birmənalı şəkildə dəstəklədiklərini bəyan etdilər. Bütövlükdə, qazanılan qələbəmizdə milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu var.
- Ermənistanın havadarlarından olan Fransa Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, qazandığı qələbəni həzm edə bilmir. Buna münasibətiniz necədir?
- Bilirsiniz ki, Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir.
Bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur. Aydın məsələdir ki, bu, Fransada yaşayan ermənilərin və ölkədə mövcud olan erməni lobbisinin əməlləridir. Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. Eyni zamanda, Fransa Senatının da bu məsələ ilə bağlı sənədin müzakirəyə çıxaracağı haqda xəbərlər var. Bu addımlar, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə ziddir.
Fransa tərəfi anlamalıdır ki, həmin separatçı rejimi heç Ermənistanın özü tanıya bilməyib. Çünki bu, beynəlxalq hüquqa zidd bir məsələdir və Ermənistan üçün çox ağır nəticələr verə bilərdi. Əgər Fransa Senatı qondarma “DQR”i tanıyarsa, bu ölkənin Minsk qrupunun həmsədrliyində qalması yolverilməzdir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

