Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Aparılan islahatların ən vacib istiqamətlərindən biri siyasi dialoqun başlanmasıdır

Aparılan islahatların ən vacib istiqamətlərindən biri siyasi dialoqun başlanmasıdır

28.04.2020 [09:58]

Firudin Kərimov: Ali Məhkəmənin Plenumunun İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi hakimiyyətin siyasi və hüquqi müstəvidə apardığı islahatların bariz nümunəsidir 

Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.

Bu günlərdə Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədova və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verilməsi də siyasi partiya sədrləri tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndirilir.

Qorqud Partiyasının sədri Firudin Kərimov ilə söhbətimizin mövzusu da yuxarıda qeyd edilən məsələləri əhatə edir.

Firudin müəllim, bildiyiniz kimi, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar siyasi və hüquqi müstəvidə də davam etdirilir. Azərbaycanda aparılan  bu islahatların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

Qorqud Partiyası olaraq biz son dövrlər Azərbaycanda aparılan islahatları yüksək qiymətləndiririk. İdarəçilikdə hər şeyi kadrların həll etdiyi prinsipindən çıxış edərək, ilk növbədə, biz ölkədə aparılan kadr siyasətini alqışlayırıq. Belə ki, bəzi məmurların indiyədək apardığı yanlış siyasət, xalq və hakimiyyət arasında uçurum yaratmağa yönəldilmişdi. Əksər şikayətlər Prezidentə çatmır və gülünc görünsə də, məktublar şikayət subyektinə göndərilirdi. Ölkədə narazılıq yaradan köhnə dünyagörüşlü kadrların mütərəqqi gənclərlə əvəzlənməsi insanlarda hakim strukturlara inamı artırmağa başlayıb. İqtisadi islahatların nəticəsidir ki, “qara mühasibatlıq” aradan qalxıb və biznesdə şəffaflıq yaranıb. Əsasən də vergi və gömrük orqanlarında aparılmış dəyişikliklər xüsusi təqdirəlayiq siyasətin nəticəsi hesab olunmalıdır. Hüquqi müstəvidə aparılan islahatlar vətəndaşların bu strukturlara olan  inamının bərpasına istiqamətləndirilmiş düzgün siyasət hesab oluna bilər. Onu da deyim ki, əvvəllər siyasi qüvvələr arasında süni narazılıqlar yaradılırdı ki, aparılan islahatlardan sonra həmin qüvvələrin hakimiyyətə inamına ümid etmək olar.

– Aprelin 23-də Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni siyasi münasibətlərin inkişafı və milli birliyin gücləndirilməsi kontekstində necə dəyərləndirirsiniz?

–       Bu yaxınlarda Ali Məhkəmənin Plenumunda Real partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi hakimiyyətin siyasi və hüquqi müstəvidə apardığı islahatların bariz nümunəsidir. Məlumdur ki, İlqar Məmmədov  beş idən artıq müddətdə həbsdə saxlanmışdı. Bu həbs bəzi siyasi qrupları hakimiyyətdən narazı qalması, ümumilikdə müəyyən  parçalanmalara  xidmət edə bilərdi.

Ali Məhkəmənin Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərov haqqında bəraət qərarı milli birliyin güclənməsinə, siyasi münasibətlərin inkişafına şərait yaradan qərardır. Bu baxımdan, Qorqud Partiyası olaraq Ali Məhkəmənin bu qərarını alqışlayır və bu istiqamətdə islahatların davamını arzu edirik.

– Son parlament seçkilərindən sonra hakimiyyət tərəfindən siyasi dialoqa start verilməsi, bütün siyasi qüvvələrin təmsilçiləri, o cümlədən partiya sədrləri ilə görüşlərin keçirilməsi, bir neçə siyasi partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınmasını necə dəyərləndirirsiniz?

–Aparılan islahatların ən vacib  istiqamətlərindən biri də siyasi dialoqun başlanmasıdır. Bu istiqamətdə son vaxtlar çox əhəmiyyətli işlər görülməkdədir. Qorqud Partiyası yarandığı 1993-cü ildən indiyədək cəmi bir dəfə, mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən dialoqa çağırılmış və həmin görüşdə bütün partiyalarla birlikdə fikir mübadiləsi aparılmışdı. Məhz bu islahatlar nəticəsində 26 ildən sonra bizi Prezident Administrasiyasına dəvət etdilər və bizim fikrimizlə maraqlandılar. Biz də milli ideologiyamız haqda fikirlərimizi Prezident Administrasiyasının müvafiq şöbəsinin məsul şəxslərinin nəzərinə çatdırdıq. Hansı ki əvvəllər müraciətimiz cavabsız qalardı.

Bildiyiniz kimi, ölkəmizdə çox sayda siyasi partiya fəaliyyət göstərir və hər partiyanın arxasında bizim vətəndaşlarımız durur. Siyasi partiyaların fikirlərinə məhəl qoyulmaması, bəzən onlara soyuq münasibət, bu partiyaların arxasında duran insanları da narazı salmaqla yanaşı, cəmiyyətdə parçalanma yarada bilər. Bu baxımdan, partiyalarla aparılan dialoq milli birliyin yaranması istiqamətində ciddi bir addımdır. Bu kontektsdə bir neçə yeni siyasi partiyanın qeydə alınması da ictimaiyyət və tərəfimizdən müsbət qiymətləndirilir.

– Firudin müəllim, müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Əhməd Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Bu addımı necə dəyərləndirirsiniz?

–       Məlum olduğu kimi, müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi, Prezident İlham Əliyevə təşəkkür məktubu göndərərək, Ə.Orucun səhhəti ilə bağlı hakimiyyətin verdiyi dəstək və qayğıya görə minnətdarlıq bildirib. Prezident İlham Əliyevin siyasi baxışlara fərq qoymadan atdığı bu humanist addım, Onun bütün vətəndaşlarımızın Prezidenti olduğunu göstərir. Təbii ki, bu kimi insani aktlar ictimaiyyət, o cümlədən Qorqud Partiyası tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, son dövrdə aparılan bu islahatlar cəmiyyətin birliyinə, bəzi narazılıqların  aradan qaldırılmasına müsbət təsir göstərir. Qorqud Partiyası olaraq biz bu addımları alqışlayırıq və bunun davamına inanırıq.

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30