Yeni Azərbaycan Partiyasının üzvü olmaq şərəfdir
03.02.2010 [09:10]
Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan xalqının ümid yerinə çevrilib və onun etimadını doğruldub. İndiki şəraitdə partiyanın fəaliyyətində gənclərin də özünəməxsus rolu var. Bu gün YAP üzvlərinin 40 fazini təşkil edən gənclər ümummilli lider Heydər Əliyev siyasətinin davamçılarıdır. YAP-ın gənclərə müstəqil şəkildə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratması gənclərin partiyaya axınını sürətləndirib. Belə gənclərdən biri də YAP-ın (Nərimanov rayon təşkilatı) 500 mininci üzvü, BDU-nun tələbəsi Ləman Fərzəliyevadır. Partiyanın yarım milyonuncu üzvünün SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Ləman xanım, Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət göstərir. YAP-ı seçməyinizin səbəbini necə izah edərdiniz?
- Qeyd etdiyiniz kimi, ölkəmizdə xeyli sayda partiya var. Lakin, bunlardan biri həmişə xalqın tərəfində olub, dövlətçiliyimizi qoruyub, bütün vətəndaşların inamını qazanıb. Bu da Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasıdır.
YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul etdirdi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında ümummilli lider Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra hakimiyyətə gəldi. Bunun əsas səbəbi isə Azərbaycan xalqının məhz Heydər Əliyevin hakimiyyətə gələcəyi təqdirdə ölkəmizin tənəzzüldən, xaosdan xilas olunacağını, erməni işğalına son qoyulacağını dəqiq bilməsi idi. Bu istək və tələb nəticəsində də, Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi...
YAP-ın yaranması isə Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətlə dəstəklənməsi təsdiqi demək idi. Bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Ulu öndər Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin qəbulu idi.
Bu gün isə ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti Prezidentimizin gəncliyə verdiyi yüksək dəyərin göstəricisidir. Bu Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həmişəyaşar və müasir olduğunu təsdiq etməklə yanaşı, ölkə gənclərinin Azərbaycan Prezidenti, YAP Sədri cənab İlham Əliyevə olan inamını və rəğbətini daha da gücləndirib. Bu siyasəti xüsusi fəallıqla dəstəkləyən Azərbaycan gəncliyi üzərinə düşən məsuliyyəti qürurla dərk edərək, doğma Vətənimizin daha da qüdrətlənməsi üçün yaradılmış imkan və şəraitdən faydalanaraq ölkəsinin layiqli vətəndaşı olacaqdır.
- Bu gün 2 fevral - Gənclər günüdür. Belə bir gündə YAP-ın yarım milyonuncu üzvü olmaq sizin üçün ikiqat bayram olmalıdır...
- Bəli, bu gün mənim üçün həqiqətən də ikiqat bayramdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət bir neçə istiqamətdə - gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması və tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması, gənclərin mənzil-məişət problemlərinin həllinə yönələn tədbirlərin görülməsi, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısı özünü qabarıq şəkildə biruzə verir.
Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev yalnız öz sıralarında 200 mindən artıq gənci birləşdirən YAP tərəfindən deyil, bütün Azərbaycan gəncliyi tərəfindən sevilir və dəstəklənir. Mən bütün partiya üzvlərini 2 fevral - Gənclər günü münasibətilə təbrik edərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətində qazanılmış uğurlara diqqət yönəltmək istəyirəm.
ötən dövrdə dövlət başçısının gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib, ölkəmiz regionun lider dövlətinə çevrilib. Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış yüksək nailiyyətlər Onu haqlı olaraq xalqımızın qürur mənbəyinə və uğur simvoluna çevirib.
- YAP üzvü olmaq sizin üçün nə deməkdir?
- YAP üzvü olmaq mənim üçün həm məsuliyyət, həm də fəal vətəndaşlıq mövqeyidir. Hesab edirəm ki, bu partiyanın sıralarında Vətənimə daha çox xeyir verə bilərəm. YAP haqqında danışarkən ilk növbədə ümummilli liderimiz Heydər Əliyev yada düşür, Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.
XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 18 illik tarixi, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında fəaliyyət göstərərək Azərbaycanın inkişafına xidmət edən mütəşəkkil siyasi təşkilatdır.
Biz gənclər əminik ki, YAP cənab Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən rolunu və missiyasını şərəflə, ləyaqətlə həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

