Yeni Azərbaycan Partiyası ötən 17 ildə çətin və şərəfli yol keçib
20.11.2009 [10:19]
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 17-ci ildönümü tamam olur. İstərdik, müstəqil Azərbaycan tarixində də özünəməxsus yer tutan bu hadisə və ümumiyyətlə, partiyanın 17 illik fəaliyyəti haqqında sizin fikirlərinizi öyrənək...
- İlk növbədə, YAP-ın yaradılmasının 17-ci ildönümü münasibəti ilə Azərbaycan xalqını, partiyanın yaradıcılarını, bu prosesdə zəhməti olan hər kəsi təbrik edirəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, partiyanın yaradılmasında iştirak edən insanlar YAP-ın qızıl fondudur. O insanlar belə bir partiyanın yaradılmasında iştirak etdikləri üçün fəxr hissi keçirə bilərlər.
Bildiyimiz kimi, YAP Azərbaycanın müstəqillik tarixinin ən çətin və ziddiyyətli dövründə yaranıb. Partiyamızın yarandığı gündən indiyə qədər baş verən bütün proseslər mənim gözümün qarşısındadır. Qeyd edim ki, YAP-ın yaradılması ideyası, əsasən, ümummilli liderimizin Azərbaycana dönüşündən sonra gündəmə gəldi. İstər xalq hərəkatı dövründə, istərsə də sonrakı dövrlərdə cəmiyyətimizin Heydər Əliyevə böyük dəstəyi və inamı var idi. Təsadüfi deyildi ki, Azadlıq meydanında mitinqlər zamanı da insanlar tərəfindən məhz Heydər Əliyevin portretləri havaya qaldırılırdı. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gördüyü işlər xalqın yaddaşında idi. Bu illər ərzində Azərbaycanda böyük quruculuq işləri həyata keçirilmişdi. Onun Azərbaycan üçün qurub-yaratdıqlarını xalq unutmamışdı. Bunun nəticəsində də xalq Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtmasını arzulayırdı.
Beləliklə, Heydər Əliyev Azərbaycana qayıtdıqdan, Naxçıvanda fəaliyyətə başladıqdan sonra Azərbaycanı sevən insanlar Ulu öndərin yenidən hakimiyyətə qayıtması haqqında fikirləşirdilər. Bilirsiniz ki, 1992-ci ildə yaş senzinə qarşı mitinqlər başladı. Azərbaycan xalqı həmin ildə keçiriləcək prezident seçkilərində Heydər Əliyevin namizədliyinin irəli sürülməsini istəyirdi. O vaxtkı Mütəllibov hakimiyyəti Xalq Cəbhəsi ilə birlikdə Konstitusiyanın 121-ci maddəsinə 2-ci bənd əlavə etmişdi. Bu da prezident seçkilərində iştirak üçün yaş senzindən ibarət idi. Bütün dövlətlərdə, seçkilərdə iştirak üçün aşağı yaş senzi müəyyənləşdirilir. Məsələn, namizəd olmaq üçün bələdiyyə seçkilərində 21 yaş, parlament seçkilərində 25 yaş, prezident seçkilərində isə 35 yaş tələb olunur. Amma yaş senzinin yuxarı həddi dünyanın heç bir yerində yoxdur. O vaxtkı hakimiyyətin qəbul etdiyi qanuna əsasən 65-dən yuxarı yaşı olanların prezidentliyə namizədliyi irəli sürülə bilməzdi. O vaxt siyasi partiyalar olmadığı üçün qanunvericiliyə görə prezidentliyə namizədlər idarə və müəssisələr tərəfindən irəli sürülürdü. 1992-ci ildə 300 müəssisə və təşkilat Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürmüşdü. “Əlincə” Cəmiyyəti də Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdü və müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdi. Amma həmin zaman Ulu öndər Heydər Əliyevin 69 yaşı var idi. Ali Sovetin qəbul etdiyi yaş senzinə görə MSK Heydər Əliyevin namizədliyini qeydə ala bilməzdi. Ona görə də, ziyalılarımız, Ulu öndərimizi sevən insanlar Ali Sovet qarşısında mitinq keçirirdilər. Heydər Əliyevin hüquqlarının qorunması ilə əlaqədar belə bir aksiyaya başladılar. Bu, Azərbaycan tarixində ciddi hadisə oldu. Həmin dövrdə həm Mütəllibov, həm də AXC hakimiyyəti demokratiya və ədalət prinsiplərindən uzaq idi. Əvəzində ölkədə anarxiya baş alıb gedirdi. Nəticədə isə torpaqlarımız işğal olunurdu. Belə bir şəraitdə insanlar Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb edirdi. Bu proses seçkilər yolu ilə baş verməli idi. Seçkilərdə iştirak da siyasi partiyalar vasitəsilə həyata keçirilməli idi. Bununla əlaqədar bir qrup ziyalılar Naxçıvan Muxtar Respublikasına səfər etdi və Heydər Əliyev ilə görüşdü. Bir neçə mərhələdən sonra Heydər Əliyev YAP-ın yaranması ilə əlaqədar başqa insanların nə düşünməsi ilə maraqlandı. Bundan sonra 91 ziyalı Ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” başlıqlı müraciət ünvanladı. Heydər Əliyev də onlara cavab verdi. Nəticədə 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. O təsis konfransında iştirak edən ən gənc insanlardan biri mən idim. Bütün bu tarix mənim gözümün qarşısındadır.
- Partiyanın təsis konfransı keçirildikdən sonra təşkilatlanma işi necə aparılırdı? Yəqin ki, ciddi təzyiqlərlə üzləşirdiniz...
- YAP çətin, ağır mübarizələr nəticəsində yaranıb. AXC hakimiyyəti YAP-ı yaratmağa imkan vermirdi. İnsanlara təzyiqlər göstərilirdi. Hətta oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Bütün bunlara baxmayaraq YAP yarandı. Dekabr ayında YAP Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra qısa müddət ərzində bir çox rayonlarda təsis konfransları keçirildi. O vaxtkı hakimiyyət YAP-ın təşkilatlanmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət elan etsə də, insanlar partiyaya axın-axın gəlirdi. Onlar, əsasən, ziyalılar, zəhmət adamları, ictimai-siyasi proseslərdə fəal şəxslərdən ibarət idi. Qısa müddətdə bütün rayonlarda yerli təşkilatlar yarandı. YAP ölkədə ictimai-siyasi proseslərin önündə getməyə başladı. 1993-cü ilin iyun ayında isə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. O vaxtdan bu günə qədər YAP Azərbaycanın həyatında fəal iştirak edən partiyadır. Bütün seçkilərdə, bütün siyasi proseslərdə YAP öndədir. Partiyamızın artıq 500 min üzvü var. Bu insanlar Azərbaycanı sevən, xalqın rifahı naminə çalışan insanlardır ki, bu yolda mübarizə aparırlar.
- O zaman, AXC-Müsavat hakimiyyəti YAP-ın yaradılmasına mane olmağa çalışırdı. Maraqlıdır, özlərini “demokratik qüvvələr” adlandıranlar hansı əsasla bu siyasi partiyanın yaradılmasına mane olurdu?
- 1992-ci ildə hakimiyyət açıq-aşkar formada YAP-ın yaranmasına imkan vermirdi. Müraciətə imza atan ziyalılar prokurorluğa çağrılırdı. Partiya Sədrinin müavini Murtuz Ələsgərov vəhşicəsinə döyüldü. Rayonlarda da insanlara təzyiqlər göstərilirdi. Daxili işlər naziri televiziya vasitəsilə partiyanın yaradıcılarını adbaad hədələyirdi. Bir neçə aydan sonra o vaxt baş nazir olan Pənah Hüseynov teledebatda AMİP-in nümayəndəsinə dedi ki, bu gün artıq ana müxalifət siz yox, YAP-dır. Halbuki, YAP cəmi 2 ay idi ki, yaranmışdı. Onu da qeyd edim ki, həmin dövrdə YAP-ın qərargahına basqın oldu. Bu zaman Abdin Fərzəliyevlə mən xəsarət aldıq. Yəni bu cür hallar çox olub, amma bütün bunlar insanları daha da mətinləşdirirdi.
- Şübhəsiz, bu mübarizliyin nəticəsində də Ədliyyə Nazirliyi qısa zaman kəsiyində Yeni Azərbaycan Partiyasını qeydiyyatdan keçirməyə məcbur oldu...
- Bəli, 1992-ci ilin dekabr ayında Ədliyyə Nazirliyi YAP-ı qeydiyyatdan keçirdi, amma YAP-a Bakıda fəaliyyət göstərmək üçün yer vermədilər. Yalnız akademik Fərəməz Maqsudovun direktor olduğu AMEA-nın riyaziyyat institutunun iki otağında fəaliyyət göstərirdik. Fəaliyyətə başlayandan bir neçə il sonra YAP rəsmi olaraq qərargahla təmin olundu.
- ümumiyyətlə, 1993-cü ilin iyun ayına qədər - partiyanın Sədri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdana qədər YAP-da təşkilatlanma işi necə idi? Nə qədər rayon və şəhər təşkilatı təsis olunmuşdu?
- 1993-cü ilin iyun ayına qədər partiyamızın 71 rayon və şəhər təşkilatı yaranmışdı. Yəni bu təşkilatlar biz müxalifətdə olanda təsis olunmuşdu. Samux, Xızı, indiki Göygöl kimi kiçik rayonlarda təşkilatlar sonradan yarandı. Buna səbəb isə, partiyanı yaratmaq üçün qrupların çox olması idi. Yəni insanlar arasında YAP-ın yerli təşkilatlarını yaratmaq üçün rəqabət gedirdi. İlk partiyamız Biləsuvarda, sonra isə Sabirabadda yarandı.
- Siyavuş müəllim, o dövrdə Yeni Azərbaycan Partiyasının yaranması, ümumilikdə, dövlətimizə nə verdi?
- YAP bu gün Azərbaycan dövlətinin inkişafında müstəsna rolu olan bir partiyadır. Partiyamızın ideoloji prinsipləri azərbaycançılıq, dövlətçilik, qanunçuluq və sosial ədalət prinsipləridir. 1992-ci ildə ümummilli lider Heydər Əliyev YAP-ın Proqram və Nizamnaməsini necə yazmışdısa, həmin sənədlərdə əks olunmuş prinsiplər bu gün də olduğu kimi Azərbaycanda həyata keçirilməkdədir. YAP-ın əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasıdır. Partiyamız bu yolda cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir.
- çətin və şərəfli mübarizələrdən keçən Yeni Azərbaycan Partiyası bu gün ölkəmizdə alternativi olmayan ən güclü siyasi qüvvədir. Günbəgün YAP-ın artan nüfuzu qarşısında digər partiyalar getdikcə daha zəif görünür. Azərbaycanda 50-dən artıq siyasi partiya fəaliyyət göstərsə də, onların əksəriyyətinin mövcudluğu hiss olunmur. Bu faktı necə izah edərdiniz?
- Partiyamızın qurucusu ümummilli lider Heydər Əliyevdir və Ulu öndərimizin ideyaları YAP-ın fəaliyyətinin, uğurlarının əsasını təşkil edir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük qələbələr qazanır. ümumiyyətlə, cənab Prezident İlham Əliyev YAP Sədrinin müavini seçildikdən sonra partiyanın inkişafında yeni mərhələ başladı. Təxminən o vaxta qədər YAP-ın 230 min üzvü var idisə, cənab İlham Əliyev Sədr müavini, sonra I müavini olanda YAP sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli gücləndi. YAP-ın daxilində islahatlar daha da genişləndi, partiyamızın beynəlxalq əlaqələri xeyli gücləndi. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə inkişaf prosesi xeyli sürətləndi. Xalq gördü ki, YAP-da varislik prinsipinə əməl olunur, partiyada inkişaf, gənc nəslə qayğı var. Bunlar hamısı cənab Prezidentin timsalında görünür. Bu fəaliyyətimiz uğurla davam edir. Uğurların nəticəsi kimi YAP-ın 500 mininci üzvü haqqında məlumat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Digər tərəfdən, onu da qeyd etmək istəyirəm ki, YAP ilk gündən bu vaxta qədər daim daxilində islahatlar aparıb. YAP müxalifətdə olanda ədalətli mövqe nümayiş etdirib. Ulu öndər Heydər Əliyev deyirdi ki, YAP dövlətə, xalqa yox, iqtidara müxalifət olub, ədalətli mübarizə aparmışıq. İqtidarda olanda da ədalətli mövqe nümayiş etdirmişik. Bəzi partiyalar var ki, həm iqtidarda, həm də müxalifətdə olanda ədalətsiz olublar. Bu partiyalar heç vaxt islahat aparmayıblar, gənclərə yer verməyiblər. Bu amil inkişafa mane olur. Onların ideologiyası müxalifətçilik deyil, düşmənçilikdir. Ən əsası odur ki, onlara Azərbaycan xalqının inamı yoxdur.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
