Mətbuatın rolu cəmiyyətimizdə çox böyükdür
30.09.2009 [15:42]
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və onun elan etdiyi müsabiqələr, QHT-lərin inkişafı, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafı üçün ayırdığı vəsaitlər, dövlət orqanları ilə KİV-lər arasında əməkdaşlıq və digər məsələlər barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Səs” İnformasiya Agentliyinə (SİA) müsahibə verib.
- Ərəstun müəllim, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyətinin inkişafında nə kimi rol oynadı?
- Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və onun elan etdiyi müsabiqələr QHT-lərin inkişafına yeni təkan verdi. Həmçinin, cəmiyyətimizdə gedən proseslərdə vətəndaş təşəbbüsünün reallaşması üçün əlavə şərait yaratdı, onlara köməklik göstərdi.
Layihələrin həyata keçirilməsi cəmiyyətimizdə gedən hərtərəfli dövlət quruculuğu prosesində vətəndaşların iştirakını genişləndirdi. Həm vətəndaş cəmiyyətinin inkişafında vətəndaşların birbaşa rolunu artırdı, həm də vətəndaş nəzarətinin güclənməsinə yeni imkanlar açdı. Onu da vurğulamaq olar ki, layihələrin reallaşdırılması QHT-lər çərçivəsində fəaliyyət göstərən vətəndaşların potensialının daha səmərəli istifadə olunması və onların cəmiyyətimizin həyatında geniş şəkildə iştirakına əlavə şəraitin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir.
Ona görə də Şuranın fəaliyyətə başlaması, onun elan etdiyi istiqamətlər üzrə layihələrin reallaşdırılması sahəsində addımlar atılması, bütövlükdə, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına və bu sahədə çalışan insanların peşəkarlığının artmasına, gördükləri işin keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Artıq ikinci müsabiqə üzrə layihələrin həyata keçirilməsi istiqamətində işlər görülür. Şura bu prosesə nəzarət edir və zəruri tədbirləri görür.
- Layihələrin gedişində aparılan monitorinqin nəticələri göstərdi ki, heç də bütün QHT-lər Şuranın Əsasnaməsinə və qəbul olunan proqrama uyğun fəaliyyət yolu tutmayıb. Növbəti mərhələdə onların aqibəti necə olacaq?
- Təbii ki, həyata keçirilən layihələr qanunvericilik çərçivəsində olmalıdır. Yaradılmış şəraitdən düzgün istifadə edən QHT-lərin işini müsbət qiymətləndirmək lazımdır. Bu sahədə prosesə qoşulmuş QHT-lərin geniş hissəsi öz məsuliyyətlərini dərk edərək, layihələrin həyata keçirilməsində lazımi addımları atıblar və cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər.
Bununla yanaşı, bəzi QHT-lər də yaradılmış imkanlardan sui-istifadəyə cəhd edirlər. Monitorinqin nəticələri də göstərdi ki, bir çoxları bu işə məsuliyyətsiz yanaşıblar. Yekun olaraq, monitorinqin növbəti mərhələsində bu faktlar təsdiqlənsə və həmin QHT-lər öz nöqsanlarını aradan qaldırmasalar, qanun çərçivəsində onlara qarşı tədbirlər görüləcək. O cümlədən növbəti müsabiqə zamanı onların bu prosesdə iştirakına şərait yaradılmayacaq.
Nizamnamədə də nəzərdə tutulub ki, belə təşkilatlara qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər.
- QHT-lərin göstərdiyi fəaliyyətdən fərqli olaraq, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuata ayırdığı vəsait hesabına layihələr həyata keçirən KİV-lərin fəaliyyəti daha diqqətçəkəndi...
- Məsələnin bu şəkildə qoyulması bəlkə o qədər də düzgün olmaz. Sadəcə, burada marağın daha çox cəlb edilməsi görüntüsü onunla bağlı ola bilər ki, mətbuat bu məsələləri daha çox işıqlandırmaq imkanına malikdir. Ola bilsin ki, buna görə bir çox hallarda diqqəti QHT-lərdən fərqli olaraq, bu məsələlərə yönəltmək imkanlarından daha geniş istifadə edirlər.
Təbii ki, mətbuatın rolu cəmiyyətimizdə çox böyükdür. Mətbuat orqanları bu prosesdə daha artıq şəffaflığın təmin olunmasında yaxından iştirak edə bilərlər. Layihələrin həyata keçirilməsi prosesindən göründüyü kimi, KİV-lər layihələrin elan olunmasından başlayaraq, bugünkü gündə ilkin addımların atılması gedişində öz töhfələrini verir. Burada tənqidi yanaşmalar da olub. Amma unutmayaq ki, ilkin addımlar atılır. KİV-lər layihələri necə həyata keçirəcək, hansı nəticələri əldə edəcəklər? Təbii ki, bunlar müəyyən vaxtdan sonra, layihələrin həyata keçirilməsi sahəsində bəzi məqamlar aydınlaşandan sonra üzə çıxacaq. Amma hər halda, güman edirəm ki, KİV-lər bu işin öhdəsindən gələcəklər.
İlkin təcrübə olmasını nəzərə alaraq, gələcəkdə mümkündür ki, burada müəyyən qədər təkmilləşmə aparılsın. Şübhəsiz, bu prosesdə iştirak edən KİV-lərin özləri də təcrübələrini artıracaq. Təbii ki, orada çalışan jurnalist heyəti də peşəkarlığını artırmaq üçün çalışmalı, bir çox məsələlərə daha samballı yanaşma nümayiş etdirməlidir. Bizim də istədiyimiz budur ki, məhz bu sahədə görülən işlərin keyfiyyəti artsın. Azərbaycan jurnalistikası və bütün cəmiyyətimiz dövlətin bu yardımından faydalansın.
- Bu halda dövlət orqanları ilə mətbuat arasında əməkdaşlıq münasibətlərinin daha hansı formada qurulmasının zəruri olduğunu düşünürsünüz?
- Dövlət orqanları ilə mətbuat arasında əməkdaşlıq artıq təşəkkül tapıb. Dövlət orqanlarının həyata keçirdiyi bütün tədbirlər mətbu orqanlar tərəfindən işıqlandırılır. Yaxud dövlət orqanları öz işləri barədə KİV-lərə mütəmadi olaraq məlumat verirlər. Burada görülən işlər müxtəlif baxış bucağından işıqlandırılır.
Yaxşı işlər öz layiqli qiymətini alır. Problemlər, çətinliklər də bu və digər dərəcədə təhlil edilir, tənqid olunur. Müəyyən təkliflər irəli sürülür ki, gələcəkdə bu problemlərin həllində daha uğurlu addımlar atılsın. Əsas məsələ ondan ibarət ola bilər ki, KİV-lər yazdıqları mövzu ilə bağlı peşəkar yanaşmanı nümayiş etdirə bilsin. Yəni, hər bir jurnalist yazdığı mövzunu daha dərindən bilməlidir. Məhz belə olarsa, müvafiq orqanlarla KİV-lər arasında daha yüksək səviyyəli, etimadlı münasibət qurula bilər. Dövlət orqanları öz fəaliyyətləri barədə ictimaiyyətlə əlaqələr şöbələri vasitəsilə mətbuata lazımi informasiya verməlidirlər. Bu sahədə hansısa orqanda çətinlik, qüsur varsa, o da qarşılıqlı etimad və əməkdaşlıq sayəsində aradan qaldırılmalıdır.
Fondun yaradılması və həyata keçirilən layihələrin məqsədi həm də ondan ibarətdir ki, istər dövlət orqanlarının fəaliyyətindən KİV-lərə çatdırılan məlumatın keyfiyyəti və operativliyi, istərsə də, jurnalistika ilə məşğul olanların fəaliyyət peşəkarlığı artırılsın. Beləliklə, anlaşılmazlıq yaradan məqamlar tədricən aradan qaldırılsın. Dövlət orqanlarının gördüyü işlər şəffaf şəkildə daha keyfiyyətli, peşəkarcasına mətbuatda işıqlandırılsın. Bu da ümumilikdə, cəmiyyətimizdə gedən proseslərdən və dövlətin həyata keçirdiyi siyasətdən cəmiyyətin daha geniş, ətraflı, dolğun şəkildə xəbərdar olmasına xidmət edir.
- Ərəstun müəllim, QHT-lərə Dövlət Dəstəyi Şurasından fərqli olaraq, Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondun mətbuata ayırdığı layihələrin gedişatına özü nəzarət edir. Bəziləri iddia edir ki, belə bir fərqin olması şəffaflığın, ədalət prinsipinin pozulmasına gətirib çıxaracaq. Əslində, bəs necədir?
- Hər bir orqan - donor ayırdığı vəsaitin xərclənməsinə nəzarət etməlidir. Bunun üçün də özü monitorinq apara bilər. Eləcə də, monitorinqin nəticələrini təhlil edib ictimaiyyətə çatdıra bilər. İndi burada monitorinqi aparanlar bu sahədə çalışmış, müəyyən səriştəsi olan insanlardır.
Bu monitorinqi aparan qrupu və ya komissiyanı vəsaiti ayırmış qurum, o cümlədən Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yarada bilər. Onlar özləri bunu hansı şəkildə səmərəli hesab edirsə, həmin şəkildə də həyata keçirəcək.
Bu, hələ işin başlanğıcıdır, bəri başdan hansısa qəti mülahizə söyləmək və bu prosesə şübhə ilə yanaşmaq düzgün olmaz.
- Monitorinqin müstəqil qurum tərəfindən aparılması nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, monitorinqi müstəqil qurum kimi, Fond özü də effektli apara bilər. çünki vəsaiti ayıran qurum daha maraqlıdır ki, onun ayırdığı vəsaitdən səmərəli, düzgün istifadə edilsin.
Monitorinq aparılacaq və bununla bağlı mətbuata geniş məlumat veriləcək. Məhz bundan sonra monitorinqin yekunları haqqında obyektiv fikir söyləmək mümkün olacaq.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
