Dövlətimizin bugünkü inkişafı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə bağlıdır
14.07.2009 [14:23]
“1969-cu ilin iyul ayının 14-də ümummilli liderimiz Heydər Əliyev ilk dəfə respublika rəhbərliyinə gələndə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında geridə qalmış bir respublika idi və Onun hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin, dövlətçiliyinin həyatına yeni bir ruh gəldi. Yəni, həyatın bütün sahələrində yeniləşmə başladı”.
Bu sözləri Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, həmin zamanlar sənayenin və kənd təsərrüfatının durumunda, inkişafında bir dirçəlmə özünü göstərdi:
- Bundan başqa, Azərbaycanın dövlət orqanlarında azərbaycanlıların xüsusi rolunun artırılmasına start verildi. Eyni zamanda, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması məhz ümummilli liderin tarixi xidmətlərindən biridir. Xüsusilə, qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ilk hakimiyyəti dövründə - 1978-ci ilin aprel ayında Azərbaycanın yeni Konstitusiyası qəbul edildi və həmin sənəddə, bir çox müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması o zaman üçün çox ciddi, mühüm bir addım idi. Təsəvvür edin ki, bu qədər qlobal işlərin öhdəsindən gəlmək heç də asan məsələ deyil. Sovet dövlətinin tərkibində milli, müttəfiq respublikalardan birinin rəhbərinin bu cür cürətli addımlar atması, əhəmiyyətli işlər görməsi, sözün həqiqi mənasında, böyük risq tələb edirdi. Amma özünüz də yaxşı bilirsiniz ki, ümummilli liderimizin həm iradəsi, həm Onun dünyagörüşü, həm dərin savadı, biliyi imkan verirdi ki, hətta Sovet dövlətinin tərkibində olmasına baxmayaraq, bu işlərin öhdəsindən gəlsin. Mən hesab edirəm ki, ümummilli liderimiz müasir müstəqil Azərbaycanın fundamentini məhz o vaxtlardan qoymağa başlamışdı. Əlbəttə ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyi əldə etdikdən və 1993-cü ilin iyun ayının 15-dən etibarən, ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra vaxtilə əsasını qoyduğu prosesləri daha inamla həyata keçirdi. çünki artıq Azərbaycan müstəqil dövlət idi və ölkəmizin bugünkü inkişafı məhz Onun siyasətinin nəticəsidir.
- Azərbaycan dövlətinin yeganə problemi Dağlıq Qarabağ məsələsidir. Bu münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 18-də növbəti görüşü keçiriləcək. Bu görüşdən nə gözləyirsiniz?
- Bildiyiniz kimi, bu yaxınlarda “böyük səkkizlər”in İtaliyada keçirilən görüşündə ABŞ, Rusiya və Fransanın dövlət başçılarının birgə bəyanatı oldu. Şəxsən belə hesab edirəm ki, bu məsələdə bir irəliləyiş olmalıdır. Mən iyulun 18-də keçiriləcək görüşdən də hər halda müəyyən bir irəliləyiş gözləyirəm. Onu da qeyd edim ki, indiyə qədər görüşlər olub və çox güman, bundan sonra da olacaq. Amma bizim üçün vacib olan bir məqam aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu, birmənalıdır...
- Yeri gəlmişkən, Madrid prinsipləri barədə nə deyərdiniz?
- Bəli, indi bu prinsiplər haqqında çox danışılır. Amma şəxsən mən özüm bu sənədi görməmişəm. Mənim gördüyüm, bildiyim Moskva bəyannaməsidir... Düzdür, mən ABŞ Dövlət Departamentinin açıqlaması ilə tanışam, amma bir fakt ondan ibarətdir ki, ötən il qəbul olunan Moskva bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı və bir nömrəli məsələ kimi özünün əksini tapıb. Yəni, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti deyil. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində, heç şübhəsiz, danışıqlar aparmaq olar.
- Ziyafət müəllim, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində hərb variantı yenidən gündəmə gələ bilərmi?
- Biz həmişə bu fikri söyləmişik və bu gün də həmin fikrimizin üstündə qalırıq ki, məsələnin sülh yolu ilə həll olunması hər iki dövlətin mənafeyinə uyğundur. Ancaq bununla belə, Azərbaycan dövlətinin mənafeləri, milli maraqları ödənilməsə, ərazi bütövlüyü təmin olunmasa, təbii ki, bu məsələ həmişə gündəlikdə var.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

