Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir
18.12.2013 [09:16]
Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev www.yap.org.az saytına müsahibə verib:
- Asəf müəllim, bildiyimiz kimi, bu günlərdə Pakistanda səfərdə olmusunuz. Səfər haqqında məlumat verməyinizi xahiş edirik...
- 8-10 dekabr tarixlərində Pakistanın paytaxtı İslamabad şəhərində Asiya Parlamenti Assambleyasının 6-cı iclası keçirildi. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və mən həmin tədbirdə iştirak etdik. Bu təşkilata Asiyanın bir çox ölkələri daxildir. Azərbaycan isə qurumda müşahidəçi üzv statusunda təmsil olunur.
Assambleyanın iclasında Çindən, Rusiyadan, bütövlükdə Asiyanın aparıcı ölkələrindən böyük nümayəndə heyətləri iştirak edirdilər. İclasda enerji təhlükəsizliyi və digər məsələlər müzakirə olundu. Azərbaycan nümayəndə heyəti olaraq bizə də söz verildi. Qeyd etdik ki, ölkəmiz 22 ildir müstəqil ölkədir və müstəqilliyin ilk illərindən Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Dünyada hər 136 nəfərdən biri qaçqındır, Azərbaycanda isə hər 9 nəfərdən biri qaçqın və məcburi köçkündür. Yəni bu, dünya göstəricilərindən 15 dəfə böyükdür. Ona görə də, biz Asiyanın ciddi sözünü gözləyirik, bu qitə işğalçıya qarşı öz sözünü deməlidir, ona qarşı sanksiyalar tətbiq olunmalıdır.
Toplantıda, eyni zamanda, Azərbaycanın inkişafı prosesləri haqqında da məlumat verdik. Bildiyiniz kimi, 2013-cü il Azərbaycanda “İKT ili” elan olunub. Bu istiqamətdə ölkəmiz uğurla inkişaf etməkdədir. İKT dünyanın gələcək inkişafında vacib rol oynayır və ekspertlər belə bir proqnozlar verirlər ki, gələcəkdə dünyada ümumi daxili məhsulun 80 faizi İKT hesabına formalaşacaq. Bu da çox ciddi göstəricidir. Çünki bu gün məlumdur ki, İKT-dən gələn gəlir 5 ildə 2 dəfə artıb. Ona görə də, hesablasaq, gələcək üçün çox böyük göstəricidir.
Yeri gəlmişkən, qeyd edim ki, təşkilatın növbəti toplantısı gələn il Kambocada keçiriləcək. Ümumiyyətlə, bu tədbirdə bütün Asiya ölkələrinin nümayəndələri var idi, assambleyanın işində bir neçə yüz adam iştirak edirdi. Bu da onu göstərir ki, yeni olsa da, həmin quruma Asiyada böyük maraq var. Bu təşkilat vasitəsilə Asiya ölkələri öz qanunvericilik sahəsində təcrübə mübadiləsi aparırlar. Bu da bütövlükdə ölkələr arasında inkişafa töhfələr verə bilər. Digər tərəfdən, Asiya Parlamenti böyük tribunadır. Hər ölkə özündə baş verən prosesləri bu tribuna vasitəsilə səsləndirir, eyni zamanda, digər ölkələrlə əlaqə qurmaq imkanı yaranır. Həmin təşkilata üzv olmaq üçün ölkələrin parlamentləri tərəfindən rəsmi müraciət göndərilməlidir. Bu müraciətə təşkilatın Siyasi Şurasında baxıldıqdan sonra assambleya müvafiq qərarlar qəbul edir.
- Assambleyanın toplantısı çərçivəsində İCAPP və Asiya Parlamentinin rəhbərliyi arasında görüş də keçirilib. Bu görüşdə hansı məsələlər müzakirə olunub?
- Qeyd etdiyiniz kimi, səfər zamanı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Asiya Parlamenti Assambleyası rəhbərliyinin görüşü oldu. Bu tədbirə sədrliyi Azərbaycan etdi. Tədbirdə hər iki tərəf üçün maraqlı olan məsələlər müzakirə olundu. İclasa Afrika Siyasi Partiyalarının Təşkilatı da qatılmışdı. Belə bir məsələ müzakirə olundu ki, İCAPP, CAPP və COPALL-ın nümayəndələri bir araya gələrək toplantı keçirsin. Biz də Azərbaycan tərəfi olaraq çıxış edərək bu təşəbbüsü dəstəklədik. Bu tədbirin nəticəsi olaraq bəyanat qəbul olundu. Bizim təklifimizlə bu bəyanata belə cümlə əlavə olundu ki, “Münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik, amma bu həll beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamlələri və ölkələrin ərazi bütövlüyü çərçivəsində olmalıdır”.
- Səfər çərçivəsində YAP-ın nümayəndə heyəti ikitərəfli görüşlər keçirdimi?
- Biz bu səfər zamanı bir sıra görüşlər keçirdik. Pakistanda nümayəndə heyətimiz yüksək səviyyədə qəbul olundu. Pakistanın Baş naziri, parlamentn sədri yuxarıda qeyd etdiyim görüşdə iştirak etdi. Bundan başqa, əyalətlərin spikerləri YAP-ın nümayəndələri ilə görüşdü. Yəni Pakistanda Azərbaycana böyük hörmət var və bu hörməti səfərimiz zamanı bir daha gördük. Eləcə də, başqa nümayəndə heyətləri ilə görüşdük. Bizim əsas məqsədimiz odur ki, bütün ölkələrin nümayəndələrinə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqda məlumat verək. Onların səsini gözləyirik ki, bu məsələdə haqq-ədaləti ciddi şəkildə müdafiə etsinlər.
- Gələcəkdə daha hansı beynəlxalq tədbirlər keçiriləcək?
- Yeni Azərbaycan Partiyası üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak edir. Bu mənada İCAPP-ın tədbirlərini xüsusi vurğulamaq istəyirəm. Məlumat üçün deyim ki, gələn ilin yanvar ayında Nepalda İCAPP-ın Qadınlar Qolunun iclası olacaq. Mart ayında İCAPP-ın Daimi Komitəsinin iclası Filippinin paytaxtı Manilada keçiriləcək. Sentyabrda isə Şri-Lankada təşkilatın Baş Assambleyasının keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdə YAP olaraq fəal iştirak edəcəyik.
- Asəf müəllim, artıq 2013-cü il başa çatır. Bu il ərzində YAP-ın beynəlxalq əlaqələrinin səviyyəsini necə qiymətləndirərdiniz?
- Partiyamızın beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir. Buna nümunə kimi ölkəmizdə partiyamızın təşəbbüsü ilə keçirilən tədbirləri, eləcə də, ikitərəfli münasibətləri göstərmək olar. Bilirsiniz ki, 2013-cü ilin aprel İCAPP-ın Qadınlar Qolunun ilk iclası keçirildi, avqust ayında isə Gənclər təşkilatının toplantısı oldu. Həmin tədbirlərdə bir sıra qərarlar qəbul olundu. Eləcə də, Türkiyədə İCAPP-ın Daimi Komitəsinin iclasında iştirak etmişik. İCAPP-ın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etdik, Daimi Komitənin bir iclası da Vyetnamda oldu. Bundan əlavə, İCAPP çərçivəsində bir sıra partiyalarla əməkdaşlıq haqqında memorandum imzalamışıq. İCAPP böyük təşkilatdır, özündə 340-dan çox siyasi partiyanı birləşdirir. YAP bu təşkilat çərçivəsində həm iqtidarda, həm də müxalifətdə olan partiyalarla əməkdaşlıq edir. Qurumun Daimi Komitəsinin üzvü seçilməyimizin səbəbi də geniş xarici siyasət həyata keçirməyimizdir. Avropaya gəldikdə isə, biz Avropa Xalqları Partiyası ilə fəal əməkdaşlıq edirik.
Ümumiyyətlə, partiyamızın beynəlxalq əlaqələri inkişaf edir. Bu da ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Təbii ki, beynəlxalq əlaqələrimiz bundan sonra da inkişaf edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

