“Prezidentin 3-cü müddətə seçilməsi Azərbaycan xalqının tələbidir”
23.08.2013 [09:17]
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərovun publika.az-a müsahibəsi:
- İnsan Hüquqları Klubu və Polşanın İnsan Hüquqları üzrə Helsinki Fondu Azərbaycanda prezident seçkisi ilə bağlı hüquqi rəy paylaşıb. Konstitusiya hüququ sahəsində mütəxəssis, professor Sadurskinin yazdığı rəydə iddia olunur ki, guya prezident İlham Əliyevə üçüncü müddətə namizədliyini irəli sürmək imkanı verən konstitusiya dəyişikliyi qanunun aliliyi, insan hüquqları və şəffaflıq prinsiplərinə ziddir. Bu məsələyə münasibətiniz necədir?
- Əvvəla, Azərbaycan Konstitusiyasına müvafiq olaraq ölkəmizdə keçirilən referendum nəticəsində qəbul edilmiş qanunun nəticələrinə hər bir kəs hörmətlə yanaşmalıdır. Çünki bu Azərbaycan xalqının iradəsidir və Azərbaycan xalqının iradəsi də ən yüksək qanun şəkilində öz ifadəsini tapır. Öz idarəetmə formasını seçmək Azərbaycan xalqının suveren hüququdur.
Həmin rəydə cənab Sadurski yazır ki, 2009-cu ilin martında keçirilən referendumda üçüncü müddətin müəyyən olunması guya hansısa qanunun aliliyinə ziddir. Mən Sadurskinin bu fikirlərini tamamilə boş və cəfəngiyat hesab edirəm. Bu sahədə, yəni müddətin 2, 3 və ya 4 dəfə olması ilə bağlı heç bir beynəlxalq standart yoxdur. Cənab Sadurski bununla bağlı mənə deyə bilərmi ki, hansı bir beynəlxalq hüquqi sənəddə göstəriş var? Bu dövlətlərin daxili işidir və daxildə hər bir dövlətin öz xalqı bu məsələni müstəqil formada həll edir.
Hesab edirəm ki, Azərbaycan xalqının iradəsinə şübhə və qərəzlə yanaşan belə bir insanın professor adını daşımağa heç bir ixtiyarı yoxdur. Bütün dünya gördü ki, 2009-cu ilin martında keçirilən referendum dünyanın və beynəlxalq təşkilatların gözü qarşısında çox ədalətli və şəffaf keçirilib. Bu, Azərbaycan xalqının istəyi və iradəsidir.
Bundan əlavə, prezidentin 3-cü müddətə seçilməsi ilə bağlı müddəa da Azərbaycan xalqının iradəsi, istəyi və tələbidir. Azərbaycan xalqı bu məsələni öz iradəsi və istəyi ilə həll etdi.
O ki, qaldı Sadurskinin guya bu məsələnin qanunun aliliyinə, insan hüquqlarına və şəffaflıq prinsiplərinə zidd olması ilə bağlı uydurma fikirlərinə, mən qeyd etmək istəyirəm ki, Azərbaycanda qanun aliliyinin, insan hüquqlarının və şəffaflıq prinsiplərinin özünün təsbit olduğu Konstitusiyanın qarantı Azərbaycan xalqı və Prezidentidir. Bu referendum yolu ilə Azərbaycan xalqı bir daha sübut etdi ki, Azərbaycanda ən yüksək hüquqi qüvvəyə malik olan sənəd, akt Konstitusiyadır. Konstitusiyanın özü də bilavasitə qanun aliliyini özündə əks etdirir.
Sadurski iddia edir ki, guya bu demokratik və konstitusion standartlara ziddir. Soruşmaq istəyirəm ki, cənab Sadurski, siz demokratiya və Konstitusiya standartları dedikdə nəyi nəzərdə tutursunuz? Bu standartlar hansı beynəlxalq sənəddə öz əksini tapıb? Siz deyin, biz də baxaq. Prezidentlik səlahiyyətlərinin üçüncü müddəti ilə bağlı heç bir beynəlxalq sənəd yoxdur və ola da bilməz. Çünki bu hər bir xalqın və dövlətin daxili işidir.
Əgər Sadurski doğrudan da özünü Konstitusiya hüququ üzrə mütəxəssis sayırsa və onun heç olmasa beynəlxalq hüquqdan xəbəri varsa, o zaman bilməlidir ki, Konstitusiyanın özündə bununla bağlı bir başa göstəriş var. Azərbaycan Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yaxud yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Belə bir vəziyyətdə üzdən iraq professor hansı hüquqi əsaslarla rəy yayıb Azərbaycan Konstitusiyasını şərh edir.
Sual olunur, nə əcəb cənab Sadurski indiyədək prezidentlik səlahiyyətlərinin üçüncü müddətliyi ilə bağlı hər hansı fikir bildirməyib? Nə üçün məhz seçkiyə rəsmi start veriləndən sonra bu məsələni ortaya atır? Axı onun məqsədi nədir və hansı dairələrin muzdlu sifarişini yerinə yetirir? Hesab edirəm ki, məqsəd birdir, məqsəd seçkilərin nəticələrinə qərəzli münasibətdən gedir. Artıq Sadurski kimi şəxslər indidən Azərbaycan xalqının iradəsini şübhə altına almağa çalışırlar. Ancaq Sadurski və onun kimilər bilməlidir ki, Azərbaycan xalqının iradəsinə heç kəs təzyiq edə bilməz və oktyabrın 9-da baş tutacaq seçkilər qanunun aliliyi, demokratik və şəffaf formada həyata keçiriləcək.
- “Milli şura”da gedən son proseslərə münasibətiniz necədir?
- Əvvəla, mən indi “Milli şura” adında hər hansı təşkilat tanımıram. İxtisasca hüquqşünas olduğum üçün deyə bilərəm ki, belə bir təşkilat hüquqi baxımdan mövcud deyil.
“Milli şura” haqqında bir fikir bildirmək istəyirəm. Yəqin ki, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi və V.N.Qoqolun “Ölü canlar” əsərini xatırlayırsız. Bu əsərlər xüsusilə indiki müxalifətə və “Milli Şura”ya münasibətdə çox aktuallıq kəsb edir. Həmin “Ölülər” pyesində Şeyx Nəsrullah ölüləri diriltmək istəyir, ancaq bunun nəticəsi hamıya məlum olur.
İndi də Rüstəm İbrahimbəyov Şeyx Nəsrullah qiyafəsində qəfil peyda olur və “Milli şura”ya daxil olan müxalifəti diriltmək istəyir. Amma indi nə XIX əsr, nə də XX əsrin əvvəlləri deyil. Heç kəs “ölü canların” diriləcəyinə inanmır və inana da bilməz.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

