“Söyün Sadıqovun jurnalistlərə kifayət qədər borcu var”
25.07.2013 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun “Publika.Az”-a müsahibəsi:
- Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikdirəcəyini bəyan edib. Söyün Sadıqovun Azərbaycan jurnalistlərinə bu cür qayğısını necə qiymətləndirirsiz?
- Birincisi, Söyün Sadıqovun jurnalistlərə kifayət qədər borcu var, gətirib onların borclarını ödəsin. Hətta bir sıra mətbuat orqanları da yazmışdı ki, Söyün Sadıqov jurnalistlərin əməyindən istifadə edərək onları aldadıb və əmək haqlarını ödəməyib. Digər tərəfdən isə Söyün Sadıqov indiyədək doğulduğu kənddə bir məktəb, məscid belə, tikdirməyib, sosial məsələlərə köməklik göstərməyib. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən jurnalistlərə böyük diqqət və qayğı göstərilir. Bilirsiniz ki, artıq 155 mənzil sahiblərinə təhvil verildi. Yeni binanın da təməli qoyuldu və inşası üçün artıq vəsait ayrıldı. İki ildən sonra həmin bina da təhvil veriləcək. Yəni, jurnalistlərə köməklik Söyün Sadıqov kimi quru sözlə deyil, əməli işlə edilməlidir. Hər kəs Söyün Sadıqovu yaxşı tanıyır. Bu adamın yalançılıqda, dələduzluqda və fırıldaqçılıqda tayı-bərabəri yoxdur. Söyün Sadıqov ayı-ayrı adamların və dövlət rəhbərlərinin adından istifadə etməklə gündəmdə qalmaq istəyir. Əgər Söyün Sadıqov doğrudan da jurnalistlər üçün nəsə etmək istəyirdisə, o zaman indiyədək bunu edərdi. İndiyədək Söyün Sadıqov hansı jurnalistə nə isə köməklik göstərib? Axı nə səbəbə görə birdən-birə Söyün Sadıqovun yadına jurnalistlər üçün bina tikmək düşür? Bu, sırf ara qarışdırmaqla məşğul olmaqdır. Mən dəfələrlə də demişəm ki, Söyün Sadıqov bazar adamıdır, bunun düşüncəsi bazar adamının düşüncəsidir. Ona görə də, Söyün Sadıqovun Azərbaycan və azərbaycanlıların adından danışması ölkəmizə hörmət gətirmir. Yəni, bunun səviyyəsinə və görkəminə baxıb qiymət verirlər. Bu baxımdan da, Söyün Sadıqovun nə deməsindən asılı olmayaraq dövlət hər zaman jurnalistlərə diqqət və qayğı göstərir və bu gələcəkdə də davam edəcək.
- “Milli şura”nın üzvü Vidadi Mirkamal “Azadlıq”a müsahibəsində sizin haqqınızda təhqiramiz ifadələr səsləndirib. Buna münasibətiniz necədir?
- Bu adam vaxtilə rüşvət üstündə işdən qovulub. İşdən qovulandan sonra da adını hüquq müdafiəçisi qoyaraq vəkillik edir. Ancaq bu adamın ümumiyyətlə vəkillikdən anlayışı yoxdur. Ədliyyə strukturlarında çalışmış bu adam indi gəlib ortaya düşüb və vəkil olduğunu deyir. Vəkilliyinin də nəticəsi göz qabağındadır. Neçə müddətdir ki, Seçki Məcəlləsinə uyğun olaraq normal şəkildə bir namizədin sənədlərini hazırlayıb hələ təqdim edə bilmirlər. Hələ bilmirlər ki, Konstitusiyanın tələbləri nədən ibarətdir. Ona görə də, bu cür adamların əsl yeri “Milli şura”dır. Mən hər zaman demişəm ki, cəmiyyətin bütün tör-töküntüləri “Milli şura”ya yığışıblar.
Biz qabaqcadan deyirik ki, bu müddəalar həyata keçməlidir və Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı ləğv olunmalıdır. Mən ortaya hüquqi termin qoymuşam. Ancaq bunların bu qədər səviyyəsiz olması vəziyyətlərini daha da ağırlaşdırır. Mən bunlardan artıq nəsə də gözləmirəm.
- Ötən gün sabiq müdafiə naziri Rəhim Qazıyev müsahibəsində sizi saymadığını deyib, hətta bir lətifə də söyləyib. Bundan xəbəriniz varmı?
- Bəli, Rəhim Qazıyev vətən xainidir. Vətən xainindən bundan artıq nə gözləmək olar? Rəhim Qazıyev Vətənini, dövlətini, millətini satan, dövlətçiliyinə xəyanət edən və başqa millətin əlaltısına çevrilən adamdır. Mən bu adamdan artıq nəsə də gözləmirəm. Bir misal var, bir gün molla ulağını satır. Ulağı alan bir şəxs mollaya sual edir ki, ulağın xüsusiyyəti nədən ibarətdir? Molla da deyir ki, ayağı sürüşkəndir. Deyir ki, eybi yox, ayağı sürüşkən olmasının ziyanı yoxdur. Sahibi bir gün duz alıb vurur ulağın üzərinə. Ulağ duzla çaydan keçəndə duzu su yuyub aparır. Bunu görən sahibi yüyürüb gəlir mollanın üstünə və deyir ki, bəs molla sən deyirdin ki, ulağın ancaq ayağı sürüşkəndir? Molla da cavabında deyir ki, bəli, mən düz dedim, ayağı sürüşkəndən hər şeyi gözləmək olar. İndi Rəhim Qazıyev də ayağı sürüşkəndir, bundan nə desən gözləmək olar.
- “Milli şura” daxilində gedən indiki proseslərə münasibətiniz necədir?
- “Milli şura” adında bir qurum yoxdur, artıq bu qurum dağılıb. Bu yaxınlarda “Milli şura”da olan adamın biri Amerikaya getdi, ancaq orada 3 adamla görüşə bilmədi və suyu süzülə-süzülə geri qayıtdı. Lakin gəlib burda özündən uydurur ki, guya Amerikada gedib dinləmələrdə iştirak edib. Guya oradan Azərbaycana ekspertlər də dəvət edib və həmin ekspertlər gəlib Azərbaycanda seçki texnologiyalarını müəyyənləşdirəcək və sairə. Bunlar hələ də başa düşmürlər ki, seçki prosesi artıq gedib. Seçki prosesi artıq əsas mərhələsini başa vurub. Ancaq bunlar hələ öz namizədlərini müəyyənləşdirə bilməyiblər. Bu baxımdan da, texnoloqlar ən azı bir il qabaqdan seçki məsələlərini hazırlayır. Bu adamlar ancaq bu formada fırlanıb baş girləyəcəklər, Rüstəm İbrahimbəyov da bunları yarı yolda qoyacaq. Sonra da bütün bunları iqtidarın boynuna atacaqlar ki, guya bu da hakimiyyətin gizlin planı olub. İnanın, indi bunu siz də mətbuatda görəcəksiz. Müxalifət axırda deyəcək ki, bu iqtidarın planı olduğu üçün baş tutmadı və Rüstəm İbrahimbəyov sən demə iqtidara işləyirmiş və sairə.
Vaxt gələcək, bunların şahidi olacaqsız. Biz bunları artıq öncədən görürük. Biz “Milli şura”nı özümüzə rəqib görmürük və ona görə də, bunlara qabaqcadan yol-istiqamət göstəririk, hətta hüquqi cəhətdən yardım da göstəririk ki, seçkilərdə iştirak edə bilsinlər. Sadəcə olaraq, bu adamlar çox yaxşı bilirlər ki, seçkidə heç bir səs qazana bilməyəcəklər. Bu adamlara heç üç adam da səs verməyəcək. İndidən bunlar seçkilərdə iştirak etmək üçün hüquqi təminatları təmin etmirlər, sonra da başlayıb hay-küy salacaqlar ki, guya iqtidar bunların namizədlərinin qeydiyyatına mane olub və sairə. Ancaq əslində özləri öz sonlarına imkan yaradırlar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

