Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / 100 il sonra... 5 il əvvəl

100 il sonra... 5 il əvvəl

22.02.2022 [21:45]

Alqiş Musayev

Mehriban Əliyeva hansı siyasi texnoloqların xidmətindən istifadə edir?

Baş redaktor yazır...

Alqış HƏSƏNOĞLU

Azərbaycan harada idi?

Azərbaycan haradadır?

Son yüz ildə biz haradan hara gəlmişik?

Və qət etdiyimiz bir əsrlik məsafəni hansı ölçü vahidləri  müəyyən edir.

İnkişafımzın son həddi qənaətbəxşdirmi?

Bir neçə məqamı xatırlatmaq vacibdir.

Ölməz Mirzə Cəlil dilsiz-ağızsız, hüquqdan bixəbər, cahil həmvətənimiz Novruzəlinin faciəsinə həsr etdiyi “Poçt qutusu” hekayəsini belə başlamışdı:

“Noyabr ayının 12-ci günü idi...”

Novruzəlinin həmin gün yaşadıqları ötən əsrin əvvəlində baş verirdi.

Bilmirəm, təsadüf, yoxsa tarixin həmin günə verdiyi bir ilahi düzəlişdir:

Ötən əsrin sonları, noyabrın 12-də Azərbaycan xalqı seçki qutusundan öz müstəqil dövlətinin ana Kitabını çıxardı.

İndi hər il “alnı açıq, üzü ağ, başı dik” azərbaycanlılar həmin tarixi Konstitusiya bayramı kimi qeyd edirlər.

Ötən əsrin əvvəlində “əcnəbi seyrə balonlara çıxır, biz hələ avtomobil minməyiriz” deyib başqa xalqlardan geri qalmağımızdan gileylənən Sabir, həm də sabahımızdan bədgümanlıqla “İstiqbalımız lağlağdır” adlı şeirini yazmışdı.

Hətta başqa bir dahimiz - Səməd Vurğunun “İstiqbal təranəsi”ndəki qanadlı romantika da gələcəyimizlə bağlı baxışlara birmənalı əminlik və aydınlıq gətirə bilmədi.

Amma bu gün...

Sabirin dərin təəssüfü və pessimizmini bilmərrə unutduran tarixi nailiyyətlərə şahidlik edirik.

Azərbaycan kosmik klubun üzvüdür.

Və üzərinə mili bayrağımızın rəsmi əks olunmuş süni peykimiz kosmik fəzanı fəth edir.

Ölkəmiz Zəfər marşının müşayiəti ilə özünün gerçək “istiqbal təranəsi”ni oxuyur.

Həm də  böyük ciddiyyətlə və dərin bir inamla.

Ötən əsrin 20-ci ilində Məhəmməd Hadi “yoxdur millətimin imzası imzalar içində” deyib sonsuz kədər və məyusluqla iztirab çəkdiyi həyatını tərk etmişdi.

Əslində dünyanı “nakam tərk etdi” deməklə Məhəmməd Hadinin müsibətini olduğu kimi ifadə etmək mümkün deyil.

O, nakam bir arzu kimi yox oldu. Onun ruhu bədənindən və vətənindən didərgin düşdü.

Harada, necə vəfat etdiyi, harada dəfn edildiyi bilinmədi.

Yalnız əsrin sonlarında  Hadinin nigaran ruhu hüzur  tapa bildi.

Bu gün onun millətinin qeyri-millətlər içərisində sayılıb-seçilən bir mübarək imzası var.

Azərbaycan BMT-nin üzvüdür.

Nəinki BMT-nin üzvüdür. 2011-ci ildə Azərbaycan bu təşkilatın ən ali orqanı olan Təhlükəsizlik Şurasının ikiillik (2012-2013) müddətə qeyri-daimi üzvü seçilib.

İlham Əliyevin hakimiyyəti dönəmində reallaşan bu fakt bir millətin qürur mənbəyi kimi bütün tarix boyu anılacaqdır.

Bu gün Azərbaycanın imzası (Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəst-xəttində) düşmən dövlətin kapitulyasiya aktını ehtiva edən bir sənəddə tarixin və ədalətin möhürü kimi həkk olunub.

Ötən əsrin 18-ci ilində ermənilərə güzəşt edilmiş İrəvan uzun müddətə unuduldu.

Cümhuriyyət qurucularından tutmuş müstəqillik dövrünün rəhbərləri daxil, kimsə İrəvanın adını çəkmədi.

İlk dəfə İlham Əliyev İrəvanı dövlət rəhbəri və dövlət səviyyəsində gündəmə gətirdi.

Və bu gün Azərbaycan Prezidenti planetin və tarixin ən legitim tribunasından - Cıdır düzündə qədim yurd yerlərimiz, dədə-baba torpaqlarımız olan İrəvan, Göyçə, Zəngəzur haqqında Ermənistanı və ümumilikdə dünya ermənilərinin yuxusunu qaçıran bəyanatlar verir.

Və bu bəyanatların icrası istiqamətində heyrətamiz işlər görür...

Bu yerdə xüsusi vurğulamaq lazım gəlir ki, ötən əsrin əvvəlləri milli yaddaşımızda özünə yalnız neqativlərlə yer etməyib.

O dövr  həm də  - ən gərgin, əlacsız, çıxılmaz durumda belə, milli qürurunu hər şeydən üstün tutaraq “itə ataram yada satmaram” deyib, azərbaycanlıların mənəviyyat kodeksini müəyyənləşdirən Ana obrazıyla xatırlanır.

Ötən əsrin əvvəlində Azərbaycan qadını Şərqdə ilk dəfə olaraq səsvermə hüququ əldə edib.

Və  bu gün..

 Ötən əsrin ikinci onilliyində (cümhuriyyət dönəmi)  səsvermə hüququ qazanmış Azərbaycan qadını mürəkkəb geosiyasi məkanda bütün təhdidlərə rəğmən müstəqilliyini qoruyub saxlayan, apardığı mücadiləni böyük zəfərlə tamamlayan bir dövlətin ali idarəçiliyində təmsil olunur.

Özü də bu hadisə Xalq Cümhuriyyətin 100 illik yubileyi ərəfəsində baş verdi.

5 il əvvəl 2017-ci ilin fevral ayında Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu.

100 yaşlı Xalq Cümhuriyyətinə bundan böyük ehtiram, bundan  gözəl nə töhfə ola bilərdi ki...

Birincilik onun həyatının açar sözü, ictimai-siyasi fəaliyyətinin əsas kodudur.

Mehriban xanım İlham Əliyevlə ailə qurub Heydər Əliyev ailəsinin üzvü olanda Tibb İnstitutunun birinci kursunda oxuyurdu.

Birinci kursdan Birinci xanımlığa və Birinci vitse-prezidentliyə qədər mənalı, gərgin, zəngin bir ömür yolu...

Milyonların minnətdarlıq, ehtiram duyğusu, milyonların güvənc yeri...

Özü bu barədə deyir:

“Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.

Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim - müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası - hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.

O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə, öz xalqının dəstəyindən, inamından və sevgisindən.”

Mehriban xanımın təbiriylə desək, bu çətin yolda İlham Əliyev ilk növbədə, Mehriban xanımın çoxşaxəli fəaliyyətindən güc alır...

Azərbaycan xalqının öz liderinə olan dəstəyində inamında və sevgisində Mehriban Əliyevanın xüsusi payı vardır.

Birinci vitse-prezident kimi Mehriban xanım İlham Əliyev hakimiyyətinin həm də məsuliyyət ortağıdır.

Birinci vitse-prezidentlik ictimai-siyasi-hüquqi düşüncədə hakimiyyətin siyasi varisi kimi qavranılır.

Və Mehriban Əliyeva bu statusda həm də özünün baş müəllimi hesab etdiyi Heydər Əliyevin milli iradəsinin, onun siyasi kursunun davamçısı kimi çıxış edir.

Dəfələrlə qeyd etdiyimiz kimi Heydər Əliyev yolunun alternativi yoxdur.

Alternativi  yoxdur,  amma bu yol Azərbaycanın siyasi tarixinə bir-birindən fərqli siyasi obrazlar təqdim edir.

İlham Əliyev, Mehriban Əliyeva kimi.

Mehriban Əliyeva öz siyasi obrazını özü yaradıb, öz əliylə öz əməlləriylə.

Necə ki, Heydər Əliyevin siyasi varisi olan İlham Əliyev özü öz ictimai-siyasi və liderlik obrazını yaratdı.

Mehriban Əliyevaya qarşı bəslənilən ümumxalq simpatiyasının əsasında nə dayanır?

Bu gün böyük əksəriyyətin inamla müraciət edə biləcəyi bir ünvan var:

Bizim Mehriban!

Özü də Mehriban xanım bu münasibəti dövlət idarəçiliyində rəsmi statusla çıxış edəndən çox-çox əvvəl qazana bilmişdir.

O, bu sevgiyə, milyonların rəğbətinə necə nail ola bilir?

2005-ci ildə “Yeni Azərbaycan” qəzeti bu “sirr”in  cavabını araşdırmışdı.

Elə bu gün də aktual olan sualı məhz belə qoymuşdu: Mehriban Əliyeva hansı siyasi texnoloqların xidmətindən istifadə edir?

“Doğrudur, siyasi texnologiyaların inkişaf etdiyi, hətta təhtəlşüuruna da təsir üsullarının kəşf olunduğu bir dövrdə texnoloji imkanlardan, istifadə edilməsində təəccüblü bir şey də yoxdur.

Və təsadüfi deyil ki, Mehriban xanımın Azərbaycan siyasətinə ildırımsürətli gəlişini, burada öz layiqli yerini tapmasını, ən əsası isə geniş xalq kütləsinin qəlbini belə tezliklə ələ almasını da məhz siyasi texnoloqların gücü ilə izah edənlər daha çoxdur. Etiraf edək ki, bəzən bu gənc və kübar xanımın qısa, lakin sirayətedici nitqlərinin, hətta sözsüz, yalnız jestlər və mimikalar səviyyəsində belə qarşısındakılara göstərdiyi təsirin altında bəzən bu fikrin gerçəkliyinə inanır və düşünürsən ki, görəsən, Mehriban Əliyeva hansı siyasi texnoloqların xidmətindən istifadə edir?

Amma az sonra onun fəaliyyətinin nə qədər sadə, lakin nə qədər mühüm və ardıcıl addımlardan ibarət olduğunu xatırlayır və onun təsir mexanizmini də aydınlaşdıra bilirsən. Fakt budur ki, artıq Mehriban xanım Azərbaycanın sevilən simalarından birinə çevrilib, xalq onun fəaliyyətini izləyir, onu görmək, dinləmək, onunla ünsiyyətdə olmaq istəyir. Onun məktəblərdə, tibb ocaqlarında, muğam konsertlərində, elmi konfranslarda əhalinin ən müxtəlif təbəqələri, eləcə də xarici qonaqlarla görüşlərində göstərdiyi humanizm, insanpərvərlik nümunələri Azərbaycanda bədheybət şəklə salınmış siyasətin ümumi simasına məxsusi bir gözəllik, ülvilik verir. Mehriban xanımın hər görüşünün, onun keçirdiyi hər bir aksiyanın İlham Əliyev iqtidarına xalqa yaxınlıq baxımından rəsmi təbliğatdan qat-qat artıq dividendlər gətirdiyinə indi heç kimin şübhəsi yoxdur. Doğrudanmı bütün bunlar cəmiyyətdəki statusu kifayət qədər yüksək olan, intellektual səviyyəsi ilə bu mərtəbədən də yüksəklərə qalxmağı bacaran bir xanımın şəxsi səyləri hesabına əmələ gəlir? Onun atdığı addımlar spontan səciyyəni daşıyır, yoxsa əvvəlcədən planlaşdırılır, düzülüb-qoşulur? Respublikanın birinci xanımı olması öz-özlüyündə aşkarlayır ki, o, “xalq arasında çıxış”larında heç də tam sərbəst və müstəqil ola bilməz. Amma axı burası da var ki, planlaşdırma ilə, etiket qaydalarına əməl etməklə bu boyda uğuru belə asanlıqla qazanmaq olmaz! Bəs nədədir Mehriban xanımın təsir gücü? Yuxarıda qeyd etdik ki, o, həddən artıq sadə, təvazökar və millətsevərdir. O, özünü kütlənin xoşuna gəlməkdən ötrü qurutmur, nitqlərini əzbərləmir, davranışlarını rol kimi məşq etmir, xalq arasında səhnədə rol oynayırmış kimi hərəkət etmir. Düşündüyü kimi danışır, olduğu kimi görünür, baxışlarını açıq, səmimi, lakin qəti tərzdə ifadə edir, insanları özünün haqlı olduğuna inandırır. Aydın görünür ki, planlaşdırdığı tədbirlərin bütün görünən və görünməyən tərəflərini irəlicədən yaxşı-yaxşı öyrənib, qaldırdığı problemləri dərindən bilir.  “Qarabağ xanəndələri” albomunu nəşr edəndə də, maddi tarixi abidələrimizlə bir sırada qədim muğamlarımızı UNESCO səviyyəsində təmsil və təbliğ edəndə də xalqın əziz bildiyi dəyərlərlə işlədiyini düzgün qiymətləndirir. Bürokratik aparatın, məmurların get-gəlindən bezib haqqa ümidlərini itirmiş həmvətənlərimizin əlindən tutanda da yüksək səmimiyyət nümayiş etdirir. Onu nə populyarlıq, nə süni şöhrət, nə də birgünlük, beşgünlük dəyərlər düşündürür...

Bu gün tək bizim yox, çoxlarının nəzərində beynəlxalq, regional, ölkə siyasətinin sərt reallıqları ilə ayaqlaşmaq zərurəti ilə üzləşən Prezidentin ictimaiyyətlə ən mahir əlaqələndiricisi məhz elə odur - Mehriban Əliyeva. Özünün daxildən gələn yüksək ünsiyyət mədəniyyəti, paklığı, təmizliyi, mənəvi ucalığı, ziyalı cövhəri ilə Mehriban xanım bu gün Azərbaycan dövlət idarəçiliyinə rəsmən heç bir dəxli olmasa da, İlham Əliyev siyasi xəttini bəzən təhrif edən, onunla xalq arasında sədlər yaradan “iqtidar mənsubları” ilə həqiqi antiteza təşkil edir. Mehriban xanım xalqına zidd mövqedə dayananların hamısına qarşı ən layiqli opponentdir, baxmayaraq ki, o, bu gün nə iqtidardakı, nə də müxalifətdəki opponentlərinin heç birinə qarşı açıq çıxışlar etmir. Onun əleyhdarlığı da, tərəfkeşliyi də dildə deyil, əməldədir. Mehriban xanım o qədər səmimidir ki, təbliğatdan, təşviqatdan uzaq əməllərində də öz daxili aləmini gizlətməyi bacarmır. Əlindəki imkanlardan ona pənah gətirən, ondan nicat umanların nəfinə istifadə edir, xalqın zəruri ehtiyaclarını dəqiqliklə duyub qiymətləndirir. Bunlar elə güclü və parlaq fərdi keyfiyyətlərdir ki, heç bir texnoloq məsləhəti ilə başa gələ bilməz. Bunları ən mahir aktyorlar belə oynamağa qadir deyil. Bunlar insana ana südü, ata öyüdü, yaşanmış həyat təcrübəsi ilə, qazanılmış biliklərlə verilən nadir xüsusiyyətlərdir. Belə incə və həssas məsələlərdə Mehriban xanım özünəxas daxili səmimiyyəti ilə bütün texnoloji nailiyyətlərin fövqündə dayanan unikal şəxsiyyətdir.

Beləliklə, onun fəaliyyətinə bu prizmadan yanaşdıqda birinci xanımın hansı “texnoloq” və “məsləhətçi”lərin xidmətindən yararlanması da müəyyənləşir”. (“Yeni Azərbaycan” (№166), 30 avqust, 2005-ci il).

Mehriban xanımın bütün uğurlarını maddi resurslar, texnoloji imkanlar deyil, hər şeydən öncə onun şəxsi keyfiyyətləri, mənəvi imkanları təmin edir.

Onun müsahibələrində, qısa və məzmunlu çıxışlarında bütün sualların dəqiq cavabı var.

“Yeni impuls, qeyri-adi yanaşma gərəkdir”.

“İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir”.

“Mən konkret adamlara kömək etmək, konkret iş görmək istəyirəm”.

“Mərhəmət təkcə çətinliyə düşmüş insana yardım etmək deyil, həm də məsuliyyətli qərar qəbul etməkdir”.

“Uğur naminə uğur, hakimiyyət naminə hakimiyyət mənim üçün aparıcı motiv olmayıb”...

Bu cür orijinal və sərrast cavabların sayını çoxaltmaq mümkündür.

Ancaq zənnimcə, Mehriban xanımın birinciliyinin bir əsas və həlledici səbəbi var:

Birincilik  Mehriban xanım üçün məqsəd deyil!

Bütün digər resurslar kimi adi vasitədir.

Dövlətinə, xalqına, Prezidentinə xidmət etmək üçün!

Paylaş:
Baxılıb: 414 dəfə

Müəllifin digər məqalələri:

Fərq etməz Cıdır düzü ya Rizə...

Ləyaqət əsas...

18.05.2022 [10:36]

İlham Əliyevin bir cümləsi

Bir cümləyə sığan...

02.02.2022 [13:59]

Səbəbkar cənab Prezidentdir!

Tanıyıb bilən hər kəs məni İlham...

24.12.2021 [10:02]

Brüssel görüşü haqqında Soçi təəssüratları...

Sanki Paşinyanı bu...

21.12.2021 [09:50]

Saakaşvili rüsvay edir...

Qərbi, Amerikanı,...

29.11.2021 [22:56]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31