Bəstəkarın rejissor oğlu...
18.01.2024 [11:05]
Eldar Quliyevin doğum günüdür
Yeganə BAYRAMOVA
O, Azərbaycan kino sənətində yeni bir mərhələnin təməlini qoyub. Haqqında danışacağımız şəxs özünü “Bir cənub şəhərində” filmi ilə təsdiqləyib. Söhbət tanınmış kinorejissor, Azərbaycanın xalq artisti Eldar Quliyevdən gedir. Yaxşı kino təkcə istedad, bu işə sevgi və sədaqət tələb etməklə bitmir. Bunun üçün həm də çox böyük iş qabiliyyəti, fədakarlıq lazımdır. Eldar Quliyevin həm öz ölkəsində, həm də onun hüdudlarından uzaqlarda qazandığı uğur və şöhrətin təməlini məhz bu keyfiyyətlər təşkil edir.
Yeniyetmə yaşlarında heç ağlına da gətirməzdi ki, həyatını kino ilə bağlayacaq. Məktəbdə fizika fənni ilə çox maraqlanır, Moskva Fizika-Texnika İnstitutuna daxil olmağa hazırlaşırdı. Lakin qəflətən bütün planları dəyişdi. O vaxt kinoteatrlarda Mixail Kalatozovun sensasiyaya çevrilmiş “Durnalar uçur” filmi nümayiş etdirilirdi. Bu filmə dəfələrlə baxmış, qəti qərara gəlmişdi ki, “Rejissor olacağam, kino çəkəcəyəm!”.
E.Quliyev “Gümüşgöl əfsanəsi” (film,1984), “Burulğan” (film,1986), “Təxribat” (film,1990), “Dostuma məktub” (film,1992), “Elegiya” (film,1997), “Nə gözəldir bu dünya...” (film,1999), “Girov” (film,2005) və.s filmlərlə Azərbaycan kinomatoqrafiyasına töhfələr verib.
Bu gün tanınmış kinorejissorun anadan olmasından 83 il ötür. E.Quliyev məhşur bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya göz açmışdı. Bəlkə də incəsənətə olan marağı da bundan qaynaqlanırdı. Gənc yaşlarında ona kinostudiyanın rəhbəri vəzifəsi təklif edilsə də, razılaşmır. Hesab edir ki, kinostudiya incəsənət məkanıdır. Orada iclaslar, toplantılar keçirilməməlidir.
1987-ci ildə “Təxribat” filmini çəkən rejissor uzun müddət filmdən uzaq qalır. O deyirdi ki, həmin illər kinomatoqrafçılar üçün çətin günlər idi. Daha sonra gənclər üçün “Debüt” adlı studiya-laboratoriya yaradır. Həmin dövrdə bu studiyanın yeni rejissorlar yaradacağını düşünən E.Quliyev, sonradan məqsədinə çatmadığını da etiraf edir.
Həyatının böyük bir hissəsini kino çəkilişlərinə həsr edən rejissorun yaradıcılığında çəkdiyi, amma bəyənmədiyi filmlər də olur. Bütün filmlərində sevgi mövzusuna toxunan rejissor müsahibələrinin birində deyib ki, ki, sevgi həyatdır, sevgisiz yaşaya bilən insan varsa, mən ona həsəd apararam.
Rasim Ocaqov, Müslüm Maqomayev, Həsən Turabov və s. digər şəxslərlə yaxın dostluğu olan E.Quliyev ancaq onu başa düşən şəxslərlə dostluq edirdi. Onlarla ssenarilər qələmə alan E.Quliyev, yaratdığı obrazlarda bir az da özünü görürdü. Bunu da dilə gətirmək istəmir, tamaşaçının ixtiyarına buraxırdı.
O, həm də Vətənini sevirdi. Hər zaman deyirdi: “Vətənini sevən, vətən mənim üçün nə edib deməz, mən vətən üçün nə etmişəm deyər. Mən Azərbaycanlıyam. Bu vətənə borcluyam...”.
Xalq artisti “İstiqlal”, “Şərəf”, “Şöhrət” ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, “Qızıl çinar” beynəlxalq mükafatı və s. orden və mükafatlarla təltif edilib.
Eldar Quliyev unudulmaz bir insan, gözəl rejissor idi. İllər keçəcək, nəsillər dəyişəcək. Amma “Babək”, “Bir cənub şəhərində”, “Bəyin oğurlanması”, “Güllələnmə təxirə salınır” və s. filmlərə baxan hər kəs onu bir daha yad edib, ruhuna rəhmət oxuyacaq...
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

