“Xətai” xalçası Bakıdadır
16.11.2023 [10:40]
Hər naxışı keçmişimizdən xəbər verir...
Y.SAHİB
Milli dəyərimiz olan xalça ilə tanışlıq uşaqlıqdan başlayır. Körpə ikən üzərində iməkləməyə, sonra yeriməyə başladığımız xalçalar... Nənələrimizin danışdığı nağıllarda bizi xəyal dünyasına aparan, “uçan” xalçalar... Evlərimizi bəzəyən, rəngarəng naxışları, təsvirləri ilə gözlərimizi oxşayan xalçalar...
Xalçaçılıq sənəti, milli-mənəvi dəyərlərin ilmələr üzərində yaşadılıb nəsildən-nəslə keçirilməsi ənənəsi xalqımızın tarixi qədər qədimdir. Bu sənətə məhəbbət ədəbiyyatımızda, folklorumuzda, incəsənətimizdə hər zaman əksini tapıb. Ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Mir Cəlal Paşayevin qələmə aldığı “Bir gəncin manifesti” povestində də xalqımızın xalçaya münasibəti, onun sərvətimizə verdiyi dəyər bariz şəkildə özünü göstərib.
Dünyada ən əziz insanlarını itirən, ehtiyac ucbatından toxuduğu xalçasını satışa çıxarmalı olan, lakin müqabilində xarici turistlərdən yüksək məbləğ təklifi alsa belə “...yada satmaram!” deyərək imtina edən Azərbaycan qadını. Çünki bu xalça onun üçün yalnız bir əşya deyildi. Üzərində kədərini, sevincini, dünənini, bu gününü ilmə-ilmə nəqş etdiyi, onu köklərinə bağlayan körpü idi.
“Xətai” xalçasının təqdimatı keçirildi
Noyabrın 14-də xaricdəki şəxsi kolleksiyadan alınaraq Vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub. Tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib. Səfəvilər dövrünün saray xalçalarının təsiri duyulan yeni eksponatın kompozisiyasında Qarabağ xalçalarına xas stilizə olunmuş nəbati və zoomorf ornamentlər əks olunub.
Zəngin naxış tərtibatına malik xalça üzərində çarpazlaşan “xətai qolları” arasında türk xalqlarının bir çox sənət abidələrini bəzəyən əjdaha təsvirləri yer alıb. Azərbaycan xalçaçılığında geniş istifadə edilən əjdaha təsvirləri “Xətai” kompozisiyası kimi tanınıb. Bu ad azərbaycanlıların soykökündə duran qəbilələrdən biri olan Xəta/Xətai qəbiləsinin adından götürülüb. “Xətai” xalçaları vaxtilə Qarabağda toxunaraq xarici ölkələrə daşınıb və hazırda onlar dünyanın aparıcı muzey və şəxsi kolleksiyalarının inciləri sırasındadır
Təqdimatda çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sözügedən xalçanın muzey üçün, ümumilikdə Azərbaycan mədəni irsi üçün əhəmiyyətindən danışıb.
Hər birinizi təbrik edirəm...
Şərq xalçaları üzrə beynəlxalq konfransın (ICOC) akademik komitəsinin sədri, italiyalı kolleksiyaçı, dünyaca məşhur xalça eksperti Alberto Boralevi isə Azərbaycana ilk dəfə 40 il öncə gəldiyini bildirib. Mütəxəssis indi ilə 40 il əvvəli müqayisə etdiyi zaman muzeyin xalça siyasətinin yeniləndiyini diqqətə çatdırıb: “Hazırda biz xalçanın mənşəyini araşdırırıq. Belə bir nümunənin əldə edilməsi çox böyük bir uğurdur, bu münasibətlə mən hər birinizi təbrik edirəm”.
İncəlik və zəriflik nümunələri...
Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Qarabağ xalçaçılığın inkişaf etdiyi ən qədim məkanlardandır. Onun sözlərinə görə, IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə Qarabağ xalçalarının nəfisliyindən, onların Yaxın Şərq ölkələrində böyük şöhrət qazanmasından bəhs edilir: “Ümumiyyətlə, XIX əsrdə həm Qarabağ xalçaçılıq məktəbi, həm də digər xalçaçılıq məktəbləri inkişaf səviyyəsinə görə zirvəyə çatıb. Məhz bu dövrdə bir-birindən gözəlliyi, al-əlvanlığı ilə seçilən xalça kompozisiyaları toxunub. Bunlara misal olaraq, “Malıbəyli”, “Balıq”, “Xətai” “Ləmpə”, “Dəryanur”, “Rüstəm və Söhrab”, “Bağçada güllər”, “Açma-yumma”, “Bulud”, “Qoca” və başqa xalça kompozisiyalarını göstərmək olar. Bu xalçalar incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilib”.
Milli və bəşəri dəyərimiz...
Ü.Fərzəliyeva qeyd edib ki, son illər Azərbaycan Milli Xalça Muzeyi tərəfindən milli irs nümunələrinin qorunub saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük uğurlara imza atıb: “Qarabağın “Xətai” kompozisiyalı xalçalarının Vətənə qaytarılması isə nəinki muzey, eyni zamanda ölkə səviyyəsində mühüm tarixi, mədəni əhəmiyyətə malik hadisələrdir.
Azərbaycan xalçası beynəlxalq miqyasda qəbul olunmuş milli və bəşəri dəyərdir. Bu gün dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyaların bəzəyinə çevrilən Azərbaycan xalçaları mədəniyyətimizi layiqli şəkildə təmsil etməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

