Ana səhifə »  Mədəniyyət »  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub
A+   Yenilə  A-
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub

İyulun 8-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda, müəllifin verdiyi müsahibə və çıxışları əks olunub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq Fondun fəaliyyəti barədə məlumat verib. Günay Əfəndiyeva təşkilat tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması, qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, tədbirlərin təşkil edildiyini, belə tədbirlərdən birinin Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi olduğunu qeyd edib.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsiylə tarixi günlər yaşadığını vurğulayan fondun prezidenti, bu Şanlı Qələbənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını bildirib. Şanlı Qələbənin bütün Türk dünyasının Zəfəri olduğunu qeyd edən Günay Əfəndiyeva, həmin mürəkkəb dövrdə Azərbaycanın yanında qardaş Türkiyənin durduğunu vurğulayıb. Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Xarici İşlər və Müdafiə Nazirliyinin səviyyəsində dəstək göstərildiyini vurğulayaraq, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin təkcə sözdən ibarət olmadığını bütün dünyaya sübut edildiyini qeyd edib.

Fondun prezidenti ölkənin informasiya cəbhəsində mübarizə apardığı 44 gün ərzində Azərbaycanı sevən insanlar tərəfindən dəstək göstərildiyini bildirərək, Hulusi Kılıçın bu çətin günlərdə baş verən hadisələrə öz fikrini bildirməsinin və müsahibələr verməsini xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonradan verilən müsahibələrin, çıxışların istedadlı jurnalist Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olunduğunu qonaqların diqqətinə çatdırıb.

Hulusi Kılıç Azərbaycan üçün ən çətin və həssas zamanda çalışdığını bildirən Günay Əfəndiyeva, həm Azərbaycanda, həm də Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətləri olduğunu qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, təqdimatın məhz Türk məkanında – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən xüsusi məmnunluq duyduğunu qeyd edib.

Əli Əhmədov deyib: “Bu kitabı görəndə Hulusi Kılıçın Azərbaycana qarşı dost mövqeyini hiss etdim, onun bu kitabda səsini və nəfəsini duydum. Gördüm ki, burada olan materiallar dövri mətbuatda olarkən mənə tanış idi və bilirdim ki, Hulusi Kılıç bir türk kimi cəbhədə vuruşur. İnformasiya cəbhəsində döyüşmək heç də bizim qəhrəman igidlərimizin gördüyü işdən az deyil. Hulusi Kılıçdan başqa bir mövqe də gözləmək mümkün deyildi. Azərbaycanda işlədiyi dövrdə Azərbaycan-Türkiyə dostluğunun bir carçısı və öz hərəkəti və mövcudluğu ilə ifadəçisi olduğunun dəfələrlə şahidi olmuşam. Hulusi Kılıçın bir diplomat olaraq mahiyyəti türkçülüyü təbliğ etmək, genişləndirmək və qorumaqdan ibarətdir. Güman edirəm ki, bu təsadüfi deyil, çünki türk olan şəxsdə mütləq belə duyğular var”.

Vətən müharibəsinin Azərbaycan tarixində ən şərəfli anlardan biri olduğunu deyən Ə.Əhmədov vurğulayıb: “Bizim dövrümüzə təsadüf edən bu müharibənin dəyəri ondan ibarətdir ki, Azərbaycan-Türkiyə dostluğu və mərdliyini nümayiş etdirmiş oldu. Tariximizdə buna qədər kifayət qədər nümunələr göstərmək olar, amma bu dəfə də biz buna əmin olduq, öz əsgərlərimiz, cəngavərlərimiz Azərbaycanın qüvvəsini yenidən bizim gözümüz önündə canlandırdı və türk ruhunun cəsarətini ortaya qoydu. Bu kitabda Hulusi Kılıçın şərh etmək istədiyi əsas ideya və fikir ondan ibarətdir ki, dostluq və qardaşlıq qandan gəlir və bu, sözdə deyil, əməldə özünü göstərməlidir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Hulusi Kılıçın həm Azərbaycan xalqı tərəfindən sevilən, həm də Azərbaycanı sevən bir səfir olduğunu bildirib. Anar onun daim Azərbaycanın maraqlarını və mənafelərini qoruyan bir diplomat olduğunu qeyd edib. Xalq yazıçısı bu yaxınlarda işıq üzü görən “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda tanınmış yazarların Qarabağ haqqında yazıları yer alıb. Sonra o, kitabı Hulusi Kılıça hədiyyə edib və Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstək olduğu üçün ona təşəkkürünü bildirib.

Xalq yazıçısı Elçin sovetlər dönəmində Türkiyə ilə Azərbaycan arasında bağlı sərhədin yaşatdığı həsrətdən söz açıb. Bildirib ki, O zamanlar ziyalılarımız Türkiyəni, türk vətəndaşları isə Azərbaycanı ziyarət etmək istəsə də, bu, mümkün deyildi. Sovet İmperiyasının dağıdılmasından sonra bütün reallıqlar dəyişdi, Azərbaycan Türkiyə münasibətləri yeni və qopmaz mərhələyə qədəm qoydu. Azərbaycan xalqının Türkiyəyə məhəbbəti, türkçülüyə hörməti və ehtiramı nəticəsində Azərbaycanda Türkiyə Respublikasının Səfirliyi fəaliyyət göstərməyə başladı. Hulusi Kılıç da Azərbaycan xalqının sevgisini qazanan səfirlərdəndir. Hulusi Kılıçın Azərbaycana olan sevgisi bütün türk dünyasına olan sevgidir və bu kitab həmin sevginin sayəsində ərsəyə gəlib.

Çıxış zamanı Elçin sabiq səfirin Bakıdakı 4 illik fəaliyyəti dövründə gördüyü işləri bir yerə toplayıb yeni bir kitab üzərində işləməyi də tövsiyə edib.

Sonra Milli Məclisin deputatları akademik Nizami Cəfərov, Jalə Əliyeva, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı və digərləri çıxış edərək Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlərini bölüşüb, onun türk dünyasında fədakar bir insan olduğunu söyləyiblər.

Hulusi Kılıç tədbirin türk qurumunda keçirilməsinə və təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib.

Hulusi Kılıç deyib: “44 günlük döyüş ərəfəsində bəlkə bədənim Türkiyədə idi amma ruhum və ağlım cəbhədə idi. İnformasiya cəbhəsi isə diplomatik və siyasi bir cəbhədir. Bunu dəfələrlə söyləmişəm. Qarabağ üçün şəhid düşməyə hazır idim. Bizim xalqlarımız bir- birilərini yaxşı tanımırdılar. Əslində, biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa çalışdım. Televiziyada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım. Son olaraq isə kitabın gəlirini YAŞAT Fonduna verməyi qərar verdim”.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə Hulusi Kılıça fondun xatirə plakatını təqdim edib.

Sonda Əməkdar artisti Rəşad İlyasovun ifasında Azərbaycan və Türkiyənin xalq mahnıları səsləndirilib.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  10-07-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA