/ / Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib
Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib
30.03.2021 [09:15]
Martın 29-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır: “Aşıq Ələsgərin həyat və yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox mənalar baxımından da qiymətlidir, vacibdir. Ona görə ki, Göyçə bu gün siyasi coğrafiyamıza aid olmasa da, mədəniyyət coğrafiyamıza aiddir”.
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır.
Aşıq Ələsgər yaradıcılığının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirən nazir deyib ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub: “Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunub. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Aşıq Ələsgərin yaradıcılığı dini inanclarımıza sayğı, Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırışdan ibarətdir. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”.
Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.
Sonra videokonfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam edib.
Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq Ələsgərin sözü və sazının Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğulayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Aşıq Ələsgəri türk dünyasında aşıq ədəbiyyatını zirvələrə qaldırmış qüdrətli ustad kimi xarakterizə edib: “Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaratmış ölməz sənətkardır”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırıb. Bildirib ki, onun irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov deyib ki, il ərzində Aşıq Ələsgərin 200 illiyi ilə bağlı da təşkilat tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.
Konfransda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar və yazıçı, tərcüməçi İmdat Avşar qüdrətli söz ustadının aşıq yaradıcılığının inkişafındakı xidmətlərindən söz açıblar.
Daha sonra məruzələr dinlənilib. Aşıq Bəhmən Göyçəli Dədə Ələsgərin “Yaylaq”, Aşıq Samirə isə “Gözələ” şeirləri üstündə saz havalarını ifa ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

