/ / Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
25.02.2021 [09:09]
Fevralın 24-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib. Tədbir Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Beynəlxalq Türk Akademiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.
Seminarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, Türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, rəsmi qurumların təmsilçiləri, səfirlər, rektorlar və alimlər iştirak ediblər.
Seminarın moderatoru qismində Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attar iştirak edib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Günay Əfəndiyeva çıxışında türk dövlətlərin müstəqilliklərinin elan edilməsinin tarixin şərəf səhifəsində silinməz izlər buraxdığını bildirib. O, türk xalqlarının bütün sahələrdə birlikdə hərəkət etməsi üçün mədəni inteqrasiyanın inkişafının əhəmiyyətini vurğulayıb. Eyni zamanda qardaş Türkiyənin türk dövlətlərinin müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayaraq, hər zaman türkdilli xalqlara verdiyi dəyəri xüsusi qeyd edib.
Qarabağın işğaldan azad olunması məsələsinə toxunan Günay Əfəndiyeva Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarına qovuşmasının bütün türk dünyasının tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Günay Əfəndiyeva həmin dövrdə türkdilli əməkdaşlıq təşkilatlarının göstərdikləri həmrəyliyin xüsusi əhəmiyyət kəsb etdiyini və dağıdılmış ərazilərin bərpası üçün birgə işlərin görülməsinin vacibliyini qeyd edib.
Günay Əfəndiyeva təmsil etdiyi qurumun fəaliyyətindən, təşkil edilmiş tədbirlərdən, eləcə də türkdilli xalqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçiriləcək layihələrdən söz açıb. O, fondun üzv ölkələrlə yanaşı, digər dövlətlərlə, o cümlədən Avropa ölkələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndiyinə diqqət çəkib. Cari ilin əvvəlində fond ilə Litva arasında orada yaşayan türk etnik kökənli azsaylı xalqların - tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyan əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib.
Seminar türk dünyasının mədəniyyətinin, tarixinin inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07

