Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
28.01.2021 [08:56]
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Anar Kərimov Fransa və Azərbaycan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliği ilə bağlı reallaşdırılan tədbirlər, o cümlədən ölkəmizin Fransada həyata keçirdiyi layihələr barədə məlumat verib.
Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və mədəni infrastrukturun vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı talan və “təmizləmə” həyata keçirib. Bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb.
Dövlət katibi Jan Batist Lömuan qəbula görə təşəkkürünü bildirərək hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. Qonaq, eyni zamanda, Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub.
Anar Kərimov bu məsələyə dair hazırda danışıqların davam etdiyini bildirərək, müstəqil ekspertlərdən ibarət UNESCO missiyasının, təşkilatın 1954-cü il Haaqa Konvensiyasına və digər BMT sənədlərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində, beynəlxalq hüquqda mədəni mülkiyyət hesab olunan bütün müəssisə və abidələri əhatə etməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Həmçinin missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik baxımından ərazinin ilk öncə minalardan təmizlənməsi və iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edib.
Nazir, eyni zamanda, Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən bu məsələ ilə bağlı daha çox xristian abidələrinə dair fikirlərin səsləndirilməsinin və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmamasının Azərbaycanda təəssüflə qarşılandığını vurğulayıb. Qeyd olunub ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə ölkəmizdəki bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən “Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə siyasətinin açıq göstəricisidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

