Kaşğarda Azıx şəhəri
16.12.2020 [09:21]
Azərbaycanın arxeoloqları qazıntılara başlayana qədər erməniləri nə Azıx kəndi maraqlandırırdı, nə Azıx mağarası. Onlar hələ Məmmədəli Hüseynovun adını da eşitməmişdilər, Mingəçevirdən tapılan yazılı şamdana görə arxeoloq Vahidovun kölgəsini qılınclayırdılar. Çünki bürünc şamdan üzərində “Tanqri” sözü aydın oxunurdu. Daha sonra Məmmədəli Hüseynov Azıx mağarasının səkkizinci qatından ilk insan tipinin çənə sümüklərini tapıb, elmi ictimaiyyətin müzakirəsinə təqdim etdi. Qırmızı Bazardan İrəvan çuxuruna qədər aləm bir-birinə dəydi. Hansı erməni müdirin kabinetinə girirdin, stolların üstündə qalaq-qalaq kitab görürdün. Ermənilərin hamısı dilçi olmuşdular. Elliklə Azıx adının anlamını axtarırdılar. Uzun çabalardan sonra dizaxlı bir qoca müəllim sanskrit dilində zoğ, yaşıl budaq anlamında “a-zox” sözünü tapdı. Ancaq məna uyğun gəlmirdi, zoğ hara, daş-qaya hara?
Azərbaycan ictimai düşüncəsində ümumiləşməkdə olan bir fikrə görə, Azıx mağarası “ayı mağarası” deməkdir. Düzdür, “azıq”, “azuq” türk dillərində ayının altı-yeddi adından biridir, ancaq mağaranın adı birbaşa ayı sözü ilə bağlı deyil. Azıx kəndinin adı ilə bağlıdır.
Totemi ayı olduğuna görə qıpçaqların bir qəbiləsi özünü “Azıq” adlandırırdı. Hələ eradan əvvəl I minillikdə Azıq, Azuq, Ayu, Ayup adlı türk etnosları Kaşğardan Misirə qədər dünyanın neçə-neçə ölkələrinə yayılmışdılar.
Xüsusilə maraqlıdır ki, “Divanü-luğatit-türk” əsərinin yazarı Mahmud Kaşğarinin özü Kaşğar yaxınlığındakı Azıx şəhərində anadan olub. Həmin şəhər islamiyyətdən öncə totemi ayı olan bir türk nəsli tərəfindən salınıb.
Ayılara totemik münasibət nə ilə bağlıdır? Dünyanın bir çox qədim xalqları kimi türklər də həm ayını sevir, həm də ondan qorxurdular. Ona görə qorxurdular ki, ayılar mağarada yaşayırdı. Onları öldürmədən mağaralarda məskunlaşmaq olmurdu. Ona görə sevirdilər ki, ayı onların azuqəsi idi. Qış düşəndə meşədəki yabanı meyvələr yox olur, insanlar mağaralarda qış yuxusuna gedən ayıları tutub ətini yeyirdilər.
M.Kaşğarinin və V.V.Radlovun lüğətində “azuq” sözü iki mənada verilib: ayı və azuqə. Bundan əlavə, Fəzlullah Rəşidəddininin qələmə aldığı “Oğuznamə”də “Azuk bolsun” mərasim adı var. İrkıl Xoca Gün xanın oğlanlarının onqonunu müəyyən edir. Həmin mərasim “Azuk bolsun”, yəni var-dövlət qazansın adlanır.
Rusiyanın qafqazşünas-tədqiqatçıları XIX əsrin sonlarında Qarabağda etnoqrafik bilgilər toplayarkən görmüşdülər ki, Azıx kəndinin əhalisi özünü həm də Azux adlandırır. Onların mifik təxəyyülünə görə, ayı dəyirmançı imiş. İnsanların çörəyə hörmətsizliyini görüb azıxmış, yəni heyvana dönüb meşəyə qaçmışdır.
Buna uyğun olaraq, Azərbaycan dilində “azıxmış” sözü var. Ev heyvanları aylarla çöldə qalıb vəhşiləşəndə deyirik ki, “heyvan azıxıb”. “Əmrah” dastanında belə bir epizod var: Xidmətçi qız həyətə çıxanda görür ki, üz-gözünü tük basmış, cındırından cin hürkən bir qoca kişi bağdakı almaları yeyir. Qorxaraq evə qayıdıb deyir:
Xanım, bağa bir azıxmış giribdi,
Yeyib qurtarıbdı yar almasını.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək lazımdır. Ermənilərin iddialarına görə türklər Ön Asiyaya XI əsrdə gəliblər. Halbuki uzlar, peçeneqlər, azıxlar Azərbaycanda və Anadoluda çoxdan yaşayırdılar. Bu barədə e.ə. IX əsrə aid Assuriya və e.ə. VIII əsrə aid Urartu mixiyazılı abidələrində dəyərli bilgilər var.
Assuriya hökmdarı III Tiqlatpalasarın kitabəsində deyilir ki, hardasa Suriya ilə Türkiyə arasında Ayup adlı ölkə var. Bir Urartu qaya yazısında isə qeyd olunur ki, Ayup Urartu tayfa ittifaqına daxil olan etnoslardan biridir. Ayin zamanı Ayup etnosunun tanrısına bir dana qurban kəsərdilər.
Bir sıra türk dillərində, o cümlədən Kumık dilində ayıya “ayup” deyilir. Totemi ayup, yəni ayı olan etnosun yurd yerləri Ayıp, Ayıplı formalarında xəritəmizə daxil edilib. İndi kiməsə Ayıplı, kiməsə də Çaxırlı kəndinin adı xoş gəlmir. Çakır qartalın bir növünün adıdır.
İlhami Cəfərsoy
AMEA-nın Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri, filologiya üzrə
elmlər doktoru
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

