Nəsiminin həyatı və yaradıcılığı “Ənəlhəqq” tamaşasında
22.06.2019 [09:23]
İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP), Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və “Nəsimi ili” çərçivəsində təşkil edilib.
Tədbiri Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığından söhbət açıb.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini mədəniyyətə, şeirə, sənətə göstərilən dövlət qayğısı kimi qiymətləndiriblər.
İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söyləyən natiqlər 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyi, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin “Nəsimi ili” elan edilməsini şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsi kimi dəyərləndiriblər.
Nəsimi irsinin təsir dairəsindən söz açan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən akademik həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü, şairin sözlərinə mahnılar bəstələndiyini xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına “Nəsimi” filmi tanıdıb.
Tədbirdə Xalq artisti Rasim Balayev ona böyük populyarlıq qazandıran “Nəsimi” filmindəki məşhur rolundan danışıb, böyük mütəfəkkir barədə öz fikirlərini bölüşüb.
Daha sonra YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin incəsənət qrupu tərəfindən nəzmlə hazırlanan və Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunan “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub. Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtkı qəddar rejimə, tökülən qanlara qarşı Nəsiminin üsyankarlığının əsas götürüldüyü, mürid və mürşid, despot şah və həqiqət tələb edən şair, xeyir və şər, aşiq və məşuq münasibətlərinin ifadə olunduğu “Ənəlhəqq” tamaşasının layihə rəhbəri Rəşad İmanov, ssenari müəllifləri Rəhman Mirzəlizadə və Fehruz Rzayev, quruluşçu rejissoru Cavidan Kəsəmənlidir.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

