/ / Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim edilməsi mərasimi keçirilib
16.03.2019 [10:16]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları - Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti - cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər.
A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın arasında çoxlu hədiyyələr var. O əlavə edib: “Bu gün qardaş Türkiyə təkcə Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında layiqli yer tutacaq hədiyyələr təqdim edib”.
Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib - Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə sahə üzrə dərhal müvafiq göstərişlər verib.
Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi Azərbaycan muğamını göstərib.
Ə.Qarayev əlavə edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ölkəmizin mədəni həyatında xüsusi yerə malikdir. Bu muzeydə təkcə musiqi alətləri nümayiş etdirilmir, həmçinin qədim musiqinin və musiqi alətlərinin dirçəldilməsi həyata keçirilir. Muzeyin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı dünyada Azərbaycanın unikal musiqisini təbliğ edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında dostluq əlaqələrindən və əməkdaşlıqdan bəhs edib. Vurğulayıb ki, bugünkü tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.
Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Türk Dünyasının Musiqi Alətləri Mərkəzinin yaradılmasını təklif edib.
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər.
Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib.
Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk xalq mahnıları və Azərbaycan muğamları səslənib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

