Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başa çatıb
02.10.2018 [09:14]
Nəsiminin xatirəsinə həsr edilən ədəbi müsabiqənin qalibləri mükafatlandırılıb
Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.
Festivalın bağlanışı mərasimində “Mərhaba!” ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən “Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba”, “Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim” və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.
Sonra Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri - Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.
Mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.
Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilib. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17-si final mərhələsinə qalıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının keçirildiyi dörd gün ərzində Bakıda və Şamaxıda ölməz şairin ruhunu və yaradıcılığını yaşadan, incəsənət və mənəviyyatı tərənnüm edən müxtəlif tədbirlər-sərgilər, mühazirələr, ədəbi-bədii gecələr, musiqili kompozisiyalar və s. təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

