Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü
19.10.2017 [11:15]
Oktyabrın 19-da Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamların əl işlərindən ibarət “Rənglərin qardaşlığı” adlı rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi ilə Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan rəsm sərgisinin kuratoru azərbaycanlı rəssam Gunay Mehdizadədir.
Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov, Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək sərginin iki qardaş ölkə arasında mədəni sahədə əlaqələrin inkişafının bariz nümunəsi olduğunu vurğulayıblar.
Bildirilib ki, mədəni müstəvidə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişlənməsinə və dünyada baş verən qlobal təlatümlər fonunda iki qardaş ölkənin bir-birinə daha da bağlanmasına ehtiyac var. Bu baxımdan incəsənətin müxtəlif növlərində birgə layihələrin həyata keçirilməsi ilə xalqlarımızı daha da yaxınlaşdırmalıyıq.
Qeyd olunub ki, təbiətin və həyatın rənglərini, cizgilərini özündə birləşdirən rəsm sənəti üzərindən Türkiyə və Azərbaycan arasında bir körpü qurulması həm dərin məna, həm də tarixi əhəmiyyət daşıyan bir fəaliyyətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki ölkə arasında “Rənglərin qardaşlığı” da əbədidir. Təbii ki, bu fikrin müxtəlif təşəbbüslərlə davamlı olaraq ifadə olunması, təkrarlanması zərurəti var. Mədəniyyət və incəsənətin müxtəlif növlərində yaradıcı təşəbbüslərin birgə reallaşması iki qardaş ölkənin içində yaşayan “bir millət” anlayışının daha da bütövləşməsi və zənginləşməsinə imkan verəcək.
Bildirilib ki, Bakı Yunus Əmrə İnstitutu ilə İzmir Balçova Bələdiyyəsinin başlatdığı və Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin dəstək verdiyi “Rənglərin qardaşlığı” adlı rəsm sərgisi çərçivəsində bu ilin may-iyun aylarında hər iki ölkədən, ümumilikdə 18 rəssam İzmirdə bir araya gəliblər.
Əminlik ifadə edilib ki, sərgi Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qardaşlaşan Bakı və İzmir arasında əlaqələri daha da möhkəmləndirəcək.
Sərgidə Azərbaycan rəssamlarından Günay Mehdizadə, Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizadə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu Uğraş və Cavid Əliyevin əl işləri nümayiş olunub.
Sərgi üç gün davam edəcək və oktyabrın 21-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

