Qəbələdə Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub
02.08.2017 [10:09]
Qəbələ şəhəri Beynəlxalq Musiqi Festivalına uğurla ev sahibliyi edir. Bu musiqi bayramı artıq gözəl bir ənənəyə çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva artıq neçə ildir ki, bu musiqi festivalının respublikamızın dilbər guşəsi olan Qəbələdə keçirilməsinə yaxından dəstək verirlər. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verilməsinin göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası mənəvi yaxınlığı hiss etməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub. Uğurla reallaşan növbəti kamera konserti də olduqca maraqlı ifalarla yadda qalıb. Bir səhnədə yer alan tanınmış musiqiçilər - Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə (piano), İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtuozları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Təl-Əvivdəki “Buchman-Mehta” Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin çıxış edərək bəstəkar İohannes Bramsın, Fikrət Əmirovun, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər.
Həmçinin konsertdə Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Musiqiçilərin təqdimatı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

