Heydər Əliyev Mərkəzində “Macarıstan günləri” çərçivəsində sərgi açılıb və qala konsert olub
18.03.2017 [11:18]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılışında iştirak edib
Martın 17-də Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə təşkil olunan tədbirlər silsiləsi geniş və maraqlı proqramı ilə diqqət çəkir.
Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi “Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirib, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğulayıb, Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.
Sonra “Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Ayzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Macarıstanın birinci xanımı Aniko Levai sərginin rəmzi açılışını bildirən lenti kəsiblər.
Sərgi ilə tanışlıq olub. Bildirilib ki, 1857-ci ildə Macarıstanda dünyaya gələn bu rəssam peşə təhsilini ölkəsində aldıqdan sonra həm Budapeştdə, həm də Münxendə, Vyana və Parisdə, Antverpen və Madriddə sərgilərini açır. Lakin Şərq motivləri hər zaman rəssamın diqqətini çəkir və bu minvalla o, dostları ilə birgə səyahətə çıxaraq Qafqaza gəlir. Qafqaz mövzusu rəssamın yaradıcılığında bütöv bir silsiləni təşkil edir. O, Tbilisidə, Bakıda və Dərbənddə dünya rəsm sənətkarlığının nadir incilərini yaradır. Dünyanın bir çox muzeylərində rəsmləri qorunan Ferents Ayzenhut əsərlərinin bədii səviyyəsinə görə hələ sağlığında bir çox dövlət mükafatlarına layiq görülüb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Ayzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilir.
“Azərbaycanda Macarıstan günləri” çərçivəsində təşkil olunan qala konsertdən öncə çıxış edən Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppal bu tədbirin macar xalqının milli mədəniyyətini xaricdə uğurla təcəssüm etdirdiyini bildirib. Xalqlarımız arasında tarixi bənzərliklərin olduğunu diqqətə çatdıran qonaq bir neçə gün ərzində Bakıda Macarıstanla bağlı bir sıra elmi və mədəni tədbirlərin keçiriləcəyini, bu tədbirlərin dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert olub.
Bakı tamaşaçıları qarşısında 70 nəfərlik heyətlə çıxış edən Macarıstanın Dövlət Xalq Ansamblının konserti macar xalq musiqi və rəqsləri ilə müşayiət olunub, tamaşaçılara unudulmaz anlar yaşadıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

