Fəth olunmayan qala: Əlincəqala bərpadan sonra
17.02.2016 [10:01]
Xalqımızın qədim mədəniyyəti və tarixinin izlərini özündə yaşadan Əlincə qalasının qüdrəti, yenilməzliyi haqqında tarix kitablarından oxuyub filmlərdə görmüşük. İndi, aradan yüzilliklərdən keçdikdən sonra hər kəs bu qalanın əzəmətini ilkin formada görə və duya biləcək. İki ildir burada aparılan bərpa işləri artıq başa çatmaq üzrədir.
Bərpa işləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən başlayıb. Qala Culfa rayonunun Əlincə və Xanəgah kəndləri ətrafındakı Əlincə dağının zirvəsində yerləşir. Bərpa üçün lazım olan tikinti materialları bura əllə və digər yardımçı vasitələrlə qaldırılıb. Qalanın şərq və qərb darvazaları əvvəlki vəziyyətinə qaytarılıb, zirvəyə piyada yolu çəkilib. Bura qalxmaq üçün sərt yoxuş boyu 2 min pilləkəni dəf etmək lazımdır. Buna görə də zirvəyə nəfəs dərmədən çıxmaq çox çətindir. Yerləşdiyi qayalıq ərazi, sərt yoxuşlu yol, dəyişkən iqlim qalada bərpa işlərinin də ağır zəhmət hesabına başa gəldiyini göstərir.
Xanəgah Abidələr Kompleksinin direktoru Kamal Gülmalıyev Əlincə qalasından Atabəylər dövründə istifadə olunduğunu bildirir: “Bu qala vaxtilə Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı olub. Atabəylər dövründə Əlincə qalasının müdafiə istehkamını gücləndirmək üçün burada su gölləri və qala bürcləri tikilib. Eldəniz hökmdarlarının xəzinəsi də bu qalada saxlanılıb. Əlincə 1387-1401-ci illərdə düz 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib”.
Əlincəqala qədim mənbələrdə “Erincik”, “Alancik”, “Alınca” və digər adlarla qeyd olunur. Yazılı qaynaqlarda isə VI əsrdən etibarən xatırlanır. Ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Bəzi tədqiqatçılar qalanın təqribən 2 min il bundan əvvələ aid olduğunu bildirirlər.
Bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Qaladan ətraf kəndlərin birinə gizli yolun da olduğu ehtimal edilir.
Əlincə qartal yuvasıtək əlçatmazdır. Bunu bizə qala ətrafında dövrə vuran qartallar da xatırladırdı. Qədim tariximizə toxunmaq, igidlik və yenilməzlik ruhunu duymaq istəyənlər bu qalaya mütləq gəlməli və görməlidirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

