/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində uşaqlar üçün şənlik
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində uşaqlar üçün şənlik
17.06.2015 [10:23]
Fondun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib
İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri üçün şənlik təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, şənlikdə iştirak edən uşaqlar “Bakı-2015” ilk Avropa Oyunlarının ovqatını hiss ediblər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-havaya əlavə rəng qatıblar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşılayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi isə uşaqların sevincini ikiqat artırıb. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri iştirak ediblər.
Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb.
Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Balacalar müxtəlif rəqslər ifa ediblər, yalnız uşaqlığa xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşüblər. Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş edib.
Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlməyib. Hər uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də olub. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs edib, söhbətləşib, onlarla fotolar çəkdirib.
Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi olub. “Bakı-2015”-in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak ediblər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa Oyunları ilə bağlı viktorinalar keçirilib. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

