/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Mərkəzinin Venesiyadakı sərgisində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Mərkəzinin Venesiyadakı sərgisində iştirak edib
13.05.2015 [10:43]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva sərgi ilə tanış olub.
Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.
Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın videoinstalyasiyaları izləyicilərin böyük marağına səbəb olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. O deyib ki, bu, Azərbaycanın müasir incəsənət sahəsindəki rəssamlarını dünyaya tanıtmaq, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin genişləndilməsi baxımından vacibdir.
“Odla suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən videoçarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni araşdırır. Sərginin nümayişi üçün Venesiyanın “Palazzo Barbaro” sarayının seçilməsi də təsadüfi deyil. Belə ki, bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi venesiyalı tacir və diplomat İosafat Barbaro idi. Qeyd edək ki, İosafat Barbaro XV əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi.
Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi mesenat Murtuza Muxtarovun sarayından - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən - “Səadət Sarayı” kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı timsalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır.
Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın videoinstalyasiyası bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini təqdim edir və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.
YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya mayın 9-dan noyabrın 22-dək 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.
Bakıda yerləşən “YARAT” təşkilatı özünün nizamnaməsi çərçivəsində sərgilər, təhsil proqramları və festivallar kimi fəaliyyət növləri ilə, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və xarici rəssam cəmiyyətləri və şəbəkələri arasında əlaqələrin təşviqi və təcrübə mübadiləsinin təşkili ilə məşğuldur. “YARAT”ın təhsillə bağlı təşəbbüsləri sırasında mühazirələri, seminarları və gənc rəssamların dəstəklənməsinə yönəlmiş “ARTIM” proqramını da qeyd etmək olar. “ARTIM” proqramı Azərbaycanın istedadlı gənc rəssamlarına öz əsərlərini peşəkar səviyyədə nümayiş etdirmək imkanı yaradır. Bundan başqa, “YARAT” yerli müasir incəsənət infrastrukturunun inkişafı ilə bağlı vədlərə əməl edərək, 2012-ci ildə “Yay” sərgi salonunu da yaradıb.
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

