Azərbaycanın zəngin mədəni dəyərləri bütün dünyaya nümunədir
30.05.2014 [09:00]
Azərbaycanın zəngin mədəni dəyərləri bütün dünyaya nümunədir.
AzərTAc xəbər verir ki, bu fikri Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun keçirdiyi “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində mayın 28-də Avropa Şurasının mənzil-iqamətgahında təşkil olunmuş sərginin açılışındakı çıxışında qurumun baş katibinin müavini xanım Qabriella Battoni-Draqoni səsləndirib.
Sərgini açan nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov demokratik yol tutan Azərbaycanın 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduğunu xatırladıb, belə əlamətdar hadisənin təşkilata üzvlüyü dövründə ölkəmizin ilk dəfə Nazirlər Komitəsinə sədrliyi ilə eyni vaxta təsadüf etdiyini diqqətə çatdırıb.
Bu gün Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğunu vurğulayan səfir iki qitənin qovuşuğunda yerləşən ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin mövcudluğunu qeyd edib, ayrı-ayrı etnik qrupların mədəniyyətinə və dinlərinə yüksək tolerantlıq göstərildiyini, onların dillərinin, dinlərinin, mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradıldığını bildirib.
Səfir müstəqilliyin bərpasından sonra Ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabrında müxtəlif ölkələrin aparıcı şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində müstəqilliyini qoruyub saxladığını bəyan edib.
Diplomat Azərbaycanın geosiyasi mövqeyinə görə beynəlxalq aləmdə öz yeri olduğunu vurğulayıb, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini və artıq öz xalqına xidmət edən güclü demokratik dövlətə çevrildiyini bildirib.
Qeyd olunub ki, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Burada sərgilənən müxtəlif eksponatlar ölkəmizin qədim tarixinin və zəngin mədəniyyətinin göstəricisidir və bu əsərlər Azərbaycanın mədəni irsini və mədəni müxtəlifliyini əks etdirir. 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunan belə sərgilər fransızların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan verir.
Bu sərginin Avropa Şurasında təşkil olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Emin Eyyubov Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıtdırmaq sahəsində mühüm rol oynadığını, Fondun təşəbbüsü ilə Fransada bir çox tarixi və mədəni abidələrin bərpa edildiyini bildirib.
Avropa Şurasının baş katibinin müavini Qabriella Battoni-Draqoni çıxışında 2011-ci ilədək qurumda mədəniyyət bölməsinə rəhbərlik etdiyini, həmin dövrdə qurumun Azərbaycan ilə birlikdə Bakıda şəhərlərarası layihələr, mədəni irslə bağlı müxtəlif tədbirlər həyata keçirdiyini, 2008-ci ilin dekabrında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Avropa İttifaqının, UNESCO nümayəndələrinin, Ərəb Liqası ölkələrinin və digər beynəlxalq təşkilatların iştirakı ilə mühüm konfrans təşkil olunduğunu xatırladıb, yığıncaqda mədəniyyətlərarası dialoq, beynəlxalq sahədə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.
Konfrans zamanı Azərbaycan mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olduğunu diqqətə çatdıran baş katibin müavini “Gülüstan” sarayında nümayiş etdirilən çoxlu sayda xalça kolleksiyasının, musiqi alətlərinin, qədim silahların və incəsənət əsərlərinin onda xüsusi təəssürat oyatdığını, bu eksponatlar sayəsində Azərbaycanın zəngin mədəni dəyələrə malik ölkə olduğunu vurğulayıb. Bildirib ki, Şərqlə Qərbi birləşdirən Azərbaycandan bir çox sivilizasiyaların keçdiyinin şahidi oldum. Əlbəttə, həmin sivilizasiyalar bugünkü Azərbaycana öz töhfəsini verib.
Qabriella Battani-Draqoni deyib ki, tanış olduğum mədəni dəyərlər bir sintezdir. Bu, həm də öz növbəsində ölkədə yaşayan etnik qrupların sintezidir. Bütün bunlar özlüyündə Azərbaycan tarixini və mədəniyyətini təşkil edir. Azərbaycanın mədəni irsi müxtəlifdir və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun arxitekturası, Qobustan və “Atəşgah” kimi abidələr, Qəbələ arxeoloji qazıntıları dünyanın ən qiymətli mədəni irsləridir. Bu gün nümayiş etdirilən sərgi ölkə barədə deyilənlərin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22

