Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq

28.03.2014 [09:14]

Aprelin 9-da Heydər Əliyev Mərkəzində dünya müasir incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur Böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq.
Mərkəzdən AzərTAc-a bildiriblər ki, Heydər Əliyev Mərkəzinin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək.
Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. O, 1966-1968-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilərlə çıxış etməyə başlayıb. Görkəmli sənətkar hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.
Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.
Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30